QAZLAR

maddənin aqreqat hallarından biri. Qaz molekulları arasındakı qarşılıqlı təsir qüvvəsi, maye və bərk cisimlərdəkinə nisbətən çox zəifdir. Buna görə də Q.-ın xüsusi forması olmur və molekulların daim nizamsız hərəkəti nəticəsində onlar olduğu qabın bütün həcmini doldurur. Q. aşağıdakılara bölünür: – İnert (təsirsiz) Q. – helium, neon, arqon, kripton, ksenon və radon qazlarının ümumiləşdirilmiş adı. – İxrac Q. – daxili yanacaq mühərriklərinin işlənməsi zamanı əmələ gələn Q., atmosfer havasını əsas çirklənmə mənbəyi sayılır. – Turş Q. – qazəmələgətirən kimyəvi birləşmələr qrupu. Bura karbon-2-oksid, hidrogen-sulorid, kükürd-oksid və b. Daxildir. Bu qazlar turş xarakterlidir. – Neft Q.ı. – neftlə birlikdə olan qazşəkilli karbohidrogenlər, həmçinin neft emalı zamanı əmələ gəlir. – Təbii Q. – Dağ süxurlarının məsamə və boşluqlarını dolduran və karbohidrogenlərdən ibarət olan Q. – Gözyaşardıcı Q. – maddələrin gözyaşardıcı effkt yaradan kimyəvi birləşmələri və qazşəkilli qarışıqları. – Texniki Q. – müasir texnikanın geniş istifadə etdiyi Q. və onların məhsulları və ya tullantıları. Q. xalq təsərrüfatının müxtəlif sahələrində (ammonyak-soyudu-cularda; azot və təsirsiz Q. – lampalarda; xlor, azot, təbii Q.-kimya sənayesində və s.) tətbiq olunur.
QARÖLÇƏN
QAZTƏMİZLƏMƏ
OBASTAN VİKİ
Qazlar
Qazlar (gür.: g.ə. კაზლარი, l.ə. kazlari) - Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Nəcib qazlar
Nəcib qazlar - elementlərin dövri sisteminin 8-ci qrupuna daxil olan qazlar: helium, neon, arqon, kripton, ksenon və radon (radiumun qaz emanasiyası). Bunlar həmçinin nadir və inert qazlar da adlandırılır. Xarici elektron təbəqəsinin (8 elektrondan ibarət), quruluşunun qapalı olması, ionizasiyanın yüksək potensialı və elektrona hərislik kəmiyyətinin mənfiliyinə görə nəcib qazlar adi şəraitdə başqa elementlərlə kimyəvi əlaqəyə girmir. Element Dövri sistemin 8-ci qrupu Qazlar Hellium Neon Arqon Kripton Ksenon Radon Radium Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Təsirsiz qazlar
VIII qrup elementləri təsirsiz qaz adlanır. Bu o deməkdir ki, onlar digər elementlərlə energetik səviyyələrini elektronla doldurmaq üçün reaksiyaya girmirlər. Buna səbəb onların sonuncu energetik səviyyələrinin dolu olmasıdır. Buna görədə onlar digər qruplara nibətən daha zəifdirlər. Helium(He), Neon(Ne), Arqon(Ar), Kripton(Kr), Ksenon(Xe) və radioaktiv Radon(Rn) təsirsiz qazlara misal göstərilə bilər. Təsirsiz qazlara eyni zamanda nəcib qazlar da deyilir. Mendeleyev cədvəlində öz əksini tapmışdır.
Yarımpərdəayaq qazlar
Yarımpərdəayaq qaz (lat. Anseranas semipalmata) — Yarımpərdəayaq qazlar fəsiləsinə aid quş növü.
Uçan qazlar modeli
Uçan qazlar modeli və ya uçan qazlar paradiqması (雁行形態論, Qanko keytay-ron) — Kaname Akamatsu tərəfindən yaradılmış iqtisadi nəzəriyyə. Bu nəzəriyyəyə əsasən Yaponiya elm və texnologiya sahəsində regionun aparıcı ölkəsi kimi təsvir olunur. Modelə görə əmtəə mal istehsalının nisbətən daha az inkişaf etmiş ölkələrə keçdiyi regional iyerarxiyada Asiya ölkələri Qərb ölkələrini üstələyəcək. Beləliklə, regiondakı zəif inkişaf etmiş ölkələr inkişaf etmiş ölkələrin arxasında vəhşi qazların uçuş nizamında olduğu kimi sıralanmış formada təsvir olunur. Ən qabaqda uçan qaz Yaponiyadır. İkinci sırada uçan qazlar sənayeləşdirilmiş iqtisadiyyata malik ölkələrdir (Cənubi Koreya, Sinqapur, Çin Respublikası və Honkonq). Üçüncü sırada ASEAN-ın ən inkişaf edən ölkələri (Tailand, Malayziya və İndoneziya), dördüncü sırada isə regionun ən az inkişaf etmiş ölkələri (Çin, Vyetnam, Filippin) dayanır. Akamatsu öz modelində inkişafı üç pilləyə bölürdü: I pillə: az inkişaf etmiş iqtisadiyyat beynəlxalq iqtisadiyyata ilk daxil olanda, onun təfərrüatı olan ilkin mallar ixrac olunur, sənayə malları isə istehlak üçün iqtisadiyata idxal olunur. II pillə: ölkənin gələcəkdə milli ixracatın böyüməsi üçün idxal olunan malların yeni daxili istehsal yerləri yaradılır. Daxili bazarda alıcı gücü artdığına görə orda satmaq daha çox gəlir gətirir və beləliklə, yeni istehsal olunan mallar elə daxili bazarda satılır və daxili kapital bu aktivliyə cəlb olunur.
Okunoşima Zəhərli Qazlar Muzeyi
Okunoşima Zəhərli Qazlar Muzeyi (大久野島毒ガス資料館, Okunoşima Dokuqasu Şiryokan) – Yaponiyanın Hiroşima prefekturasının Takehara şəhərinə daxil olan Okunoşima adasında yerləşən və zəhərli qazlara həsr olunmuş muzey. == Tarixi == Okunoşima adası 1929–1945-ci illərdə Yaponiya İmperator ordusu tərəfindən zəhərli qazlar hazırlamaq üçün məkan kimi istifadə olunmuşdur. Bu səbəbdən Okunoşima "zəhərli qazlar adası" ləqəbi ilə tanınır. Muzey 1988-ci ilin aprelində sülh aktivistlərinin və zəhərli qaz qurbanlarının təşəbbüsü ilə açılmışdır. Muzeyin ilk direktoru Hatsuiçi Murakami 1940-cı ildə 14 yaşında ikən Okunoşimadakı zəhərli qazlar fabrikində işləmiş, müharibədən sonra "Zəhərli qazlar adası və oğlan" kitabını yazmışdır. == Xüsusiyyətlər == Muzey kolleksiyasına 600-dən çox əşya daxildir. Muzeydə zəhərli qaz istehsalında istifadə olunmuş ləvazimatlar, toksik maddələrin saxlanılması üçün qablar, qaz mərmilərinin qalıqları, qaz maskaları, qoruyucu geyimlər, zəhərli qazların Çində istifadə olunması barədə əmrləri əks etdirən sənədlər sərgilənir. Muzeydə çəkiliş aparmaq üçün icazə tələb olunur. Muzeyin birinci otağı Yaponiya İmperator ordusunun Okunoşimadakı gizli zəhərli qazlar proqramına həsr olunmuşdur. Sərgi zəhərli qaz zavodundakı təhlükəli iş şəraiti və zəhərli qazların insan bədəni üzərindəki təsiri haqqında məlumat verir.
Ayrılan qazların analizi
Ayrılan qazların analizi – nümunənin isidilməsi və ya parçalanması nəticəsində yaranan qazların termiki analizatorlarda tədqiqidir. == Termiki analizatorlarda nümunənin isidilməsi və ya parçalanması ilə yaranan qazların analizi == Ayrılan qazların analizi – termiki analiz üsullarından biridir. Termiki analiz üsulları ilə eyni vaxtda yaranan qazları tədqiq edərkən tədqiq olunan nümunə haqqında ən tam məlumat əldə edilə bilər. === Sinxron termiki analiz (STA) alətləri === Sinxron termiki analiz (STA) alətləri temperaturun proqramlaşdırılmış artımı şəraitində bir nümunəni öyrənmək üçün bir neçə üsuldan bir anda istifadə etməyə imkan verir, məsələn, termoqravimetriya analizi (TGA) və differensial termiki analiz (DTA) və ya TGA və differensial skaner kalorimetriya (DSC) ilə kombinasiyada (birlikdə). Bu tədqiqatların məqsədi nümunənin, baş verən proseslərin başlanğıc mərhələsində və ara mərhələlərdə, eləcə də onun qalığının öyrənilməsidir. Amma nümunənin isidilməsi zamanı ayrılan uçucu maddələr analitiklərin nəzərindən kənarda qalır. Uçucu maddələrin öyrənilməsi olmadan baş verən proseslərin və onların fiziki-kimyəvi təbiəti haqda məlumatın tam və dəqiq əldə edilməsi mümkün deyil. === Ayrılan qazların analizi üçün sistemlər === ==== STA cihazının İQ Furye spektrometri ilə birləşdirilməsi ==== STA cihazının İQ Furye spektrometri ilə birləşdirilməsi uçucu maddələrin öyrənilməsinin mümkünlüyünü əlavə edir, bununla nümunənin parçalanma mərhələlərinin ardıcıl olaraq ayrılmasını əldə etməyə imkan verir və alınan maddələrin kimyəvi identifikasiyasını təmin edir. İQ Furye spektroskopiya metodu inert və simmetrik iki atomlu molekulları olan qazlar istisna olmaqla, hər hansı bir qazı aşkar etmək üçün istifadə olunur. O, izomerləri ayırmaq və kompleks qarışıqlarda qazları müəyyən etmək üçün istifadə edilə bilər.
Parnik qazları
Parnik qazlar - Atmosferdə bəzi qazlar, o cümlədən su buxarı parnik effekti yaratmaqla fərqlənir, onlar yer səthinə yüksək dərəcədə Günəş radiyasiyası buraxmağa qabildirlər. Yer səthinin orta temperaturu +15 ° təşkil edir, pamik effekti olmasa idi o ,(- 18°) olardı. Odur ki, parnik effekti Yerdə həyatın mövcudluğu üçün əsas mexanizmlərdən biri sayılır. Parnik effekti yaratmaqda atmosferdə olan su buxarı aparıcı rol oynayır. Bu baxımdan, atmosferdə yüksək konsentrasiyada olan qazlar da böyük rol oynayır. Əsas parnik qazları aşağıdakılardır: karbon 2 - oksid (CO2), azot oksidləri, xüsusilə NO2 metan (CH4) və troposfer ozonu (O3). Sonuncu yüz illərdə bu təbii qazların miqdarı artmışdır. Atmosferə əlavə olaraq qlobal ekosistemin təbii komponenti olmayan digər qazlar da daxil olur. Onlardan ən əsasları insan tərəfindən sintez edilən xlor - flüor üzvi birləşmələri, freonlar da bu katiqoriyaya aiddir. Son 200 ildə , xüsusilə 1950 - ci ildən sonra , hazırda da davam edən insan fəailiyyəti atmosferdə pamik effektli qazların konsen- trasiyasmm artmasına səbəb olur.Bu qaz qarışıqları radiasiyanı udur və süni əks etdirir.