qaşqaylar

qaşqaylar
qaşqay
qaşlama
OBASTAN VİKİ
Qaşqaylar
Qaşqaylar — İranın cənub-qərbində, əsasən Fars ostanında ve əlbəttə Çaharmahal ostanı, Kohgiluyə ostanı, Xuzistan ostanı, Buşehr ostanı yaşayan türkdilli tayfalar birliyi. Qaşqay dilində danışırlar. Qaşqa Azərbaycan dilində "alın", çağatay dilində isə "alnı ağ at" mənasını verir. Bir sıra mənbələrə və V. İ. Savinanın müşahidəsinə görə, onlar İrandakı türk boyları içərisində sayca daha çox olub, müxtəlif bölgələrə yayılmışlar. V. V. Trubetskoy isə qeyd edir ki, qaşqay boylarının bir qismi də kaqali, xazari, quşari, mamali, qamər və sair soylarla birlikdə çoxsaylı bəxtiyar qəbilələrinə qarışmışdır. İranda "döyüşkən xalq" kimi tanınan qaşqaylar son zamanlara qədər tayfa – nəsil bölgüsünü, hərbi demokratiyanın əsas xüsusiyyətini saxlayaraq, əkinçilik və maldarlıqla məşğul olurlar. İndi də qaşqay boy birləşmələrinin başında qəbilə başçılarının seçdiyi ilxan durur. Türk dillərində qaşqa, qaşğa, kaşka, kaska variantları ilə işlənən bu sözün "qaynayıb kükrəmək", "ulduz", "nişan", "ay" və "xoşbəxtlik, müqəddəslik" anlamları vardır. Heyvanların alnındakı ağ xala da "qaşqa" deyilir. Qaşqay sözündəki anlamlar bir-biri ilə bağlıdır və qədim inanışla əlaqədar yaranmış məna çalarlarıdır.
Qaraçaylı (Qaşqaylar)
Qaraçaylı (fars. قراچه‌ای Qəraçee‎; ing. Karachai, Qarachai; qaşqayca: Qərəçaye) — Qaşqay elini təşkil edən tayfalardan biri. Piralu, Kələli, Kürdlü, Kərəm Əbdali, Qaraqirli, Cəli, Qurd, Xan Əhmədi, Rekke, Tus, Maləhmədi, Çardange, Gərmesiri və Bahadonlu adlı tirələrə bölünür. Yrd. Doç. Dr. Muhittin Çelik. "Kaşkay Türkleri" (türk). 2016-01-30 tarixində arxivləşdirilib.
İğdır (Qaşqaylar)
İğdır — Qaşqay elini təşkil edən tayfalardan biri. Şəkərli, Əmirli, Ərəbli, Fili, İraqi, Cövzanlı, Əmələ, Qaraxanlı və Qaraqoyunlu adlı tirələrə bölünür. Yrd. Doç. Dr. Muhittin Çelik. "Kaşkay Türkleri" (türk). www.tarihtarih.com. 2016-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-30.