QEYSANİLƏR

Əli ibn Əbu Talibin oğlu Məhəmməd ibn Hənəfiyyənin imamətini qəbul edən dini cərəyanın ardıcılları olmuşdurlar. Bir çox mənbələrdə ifrat şiə təriqəti kimi qeyd edilir. Təriqətin yaranması Muxtar ibn Əbu Übeyd Səqəfinin fəaliyyəti ilə bağlıdır. Onun ləqəblərindən biri “Qeysan” olmuşdur. Digər məlumata görə bu adı Məhəmməd ibn Hənəfiyyənin oğlunun tələbələrindən biri daşıyırdı. Qeysanilər müsəlman ənənəsində ifrat təriqətin mənsubları hesab olunsalar da, onları digər dini cərəyanlardan fərqləndirən xüsusiyyətlər vardır. Belə ki, onlar Əli ibn Əbu Talib və onun soyundan olan imamları tanrılaşdırmamış, onları günahsız və müqəddəs insanlar hesab etmişdirlər. Bu səbəblə də, onlara tabe olmağın vacibliyini iddia etmişlər. Onların inanclarına görə imamlar Tanrının dünyadakı təcəllisidirlər. Onlar imamları peyğəmbərlərlə bir tuturdular. Şiə məzhəblərinin əksəriyyətində olduğu kimi qeysanilər də gizli imamın zühurunu gözləyirdilər. Zühurunu gözlədikləri imam isə Məhəmməd ibn Hənəfiyyə idi. Qeysanilərin bir hissəsi hesab edirdi ki, o ölmüşdür, ancaq yenidən dirilib dünyaya təkrar xilaskar kimi qayıdacaqdır. Başqa bir qrup qeysanilər isə onun ölməsi xəbərini inkar etmiş, qeybə çəkildiyini iddia etmişdirlər. Onların inanclarına görə Allah imamlara verdiyi ilahi əmrləri başqaları ilə əvəz edə bilər. Bəzi tarixçilərə görə onlar insanın ölümündən sonra onun ruhunun başqa bir bədənə köçməsinə inandıqlarını qeyd edirlər. Qeysanilər sonralar bir neçə təriqətlərə parçalanmışdırlar. İslam tarixçilərinə görə onların arasında iki əsas qol olmuşdur: Muxtarilər (Muxtar Səqəfinin tərəfdarları) və Haşimilər (Məhəmməd Hənəfiyyənin oğlu Əbu Haşimin tərəfdarları). Həşimilər də öz aralarında bir neçə qola parçalanmışdırlar. Bəyanilər Əbu Haşimdən sonra imamətin Bəyan ibn Siman Nəhdiyə keçdiyinə inanırdılar. Rizamilər isə Əbu Haşimdən sonra imamətin Abbasilər soyuna keçdiyini iddia etmişdirlər. Onlara Abbasi şiələri də deyirlər. Günümüzdə, Qeysani dini cərəyanına mənsub insanlar mövcud deyildir.
QEYBƏT
QƏBİR
OBASTAN VİKİ
Qeysanilər
Qeysanilər — Əli ibn Əbu Talibin oğlu Məhəmməd ibn Hənəfiyyənin imamətini qəbul edən dini cərəyanlardan biri olmuşdur. Qeysanilər Əli ibn Əbu Talibin oğlu Məhəmməd ibnül-Hənəfiyyənin imamətini qəbul etmiş şiə yönümlü təriqətlərdən biridir. Bu təriqətin yaradıcısı Muxtar ibn Əbu Übeyd Səqəfi olmuşdur. O Abdulla ibn Zübeyrin (64/684–73/692) hakimiyyəti zamanı Xilafətdə siyasi qeyri-stabillikdən və daxili çəkişmələrdən istifadə edərək, Kufəyə gəlib Əli ibn Əbu Talibin oğlu Məhəmməd ibnül-Hənəfiyyənin xeyrinə fəal təbliğat aparmışdır. Müsəlman tarixçiləri qeyd edirlər ki, Məhəmməd ibnül-Hənəfiyyənin bu barədə xəbəri olmayıb. Onun adından istifadə edərək, fəaliyyət göstərən adamlarla da onun əlaqələri olmamış Muxtarı isə o rədd etmişdir. Tarixçilərin yazdıqlarına görə, Muxtar müsəlmanların peyğəmbər ailəsinə qarşı məhəbbətindən sui-istifadə edən adamlardan olmuş və pis məqsədlər güdmüşdür. Xəlifə Əlinin hakimiyyəti vaxtı o, İraqda yaşamış, onun ölümündən sonra isə Bəsrəyə getmişdir. Hüseyn ibn Əli Kərbəlada şəhid ediləndən sonra Muxtar dövlətin əleyhinə apardığı təbliğata görə Əməvilərin Kufədəki canişini Übeydulla ibn Ziyad tərəfindən həbs edilmişdir. Azadlığa buraxılandan sonra isə Əməvilərə qarşı üsyana qalxmış Abdulla ibn Zübeyrin hərəkatında fəal iştirak etmişdir, sonda ondan İraqa göndərimləsini xahiş etmişdir.