QEYSANİLƏR
QƏBZ VƏ BAST
OBASTAN VİKİ
Güllü qəbir piri
Güllü qəbir piri - Laçın rayonu Böyük Seyidlər kəndində yerləşir. Hacı İbrahim ağa Qarabağın adlı-sanlı seyidlərindən olan Xudavəndə Xəlifənin nəvəsidi. Hacı seyid İbrahim ağanın məzarı Seyidlər kəndinin qəbiristanlığındadır və ağır ziyarətgahlardan sayılır. Ağanın ocağında qızılgül bitmişdi. Elə ona görə də məzarına "Güllü qəbir" deyirlər. "Laçınən abidələri - Güllü qəbir piri". az.baku-art.com. İstifadə tarixi: 18 may 2021.
Qəbir
Məzar, qəbir, və ya başdaşı — İnsanların ölərkən basdırıldığı yer. Məzarların toplu olaraq olduğu yer isə məzarlıq və ya qəbiristanlıq adlanır. Kurqan Küp qəbir Bir çox dinlərdə qəbir ölən insanın axirətə keçidi üçün mühüm mərhələ hesab olunur.
Küp qəbir
Küp qəbir — ölmüş şəxsin küpdə dəfn edilmə ənənəsi; qədim dövrlərdə müxtəlif xalqlar arasında geniş yayılmışdır. Elmə məlum olan ən qədim küp qəbirləri e.ə IV minilliyə aiddir və Misirdə tapılmışdır. Mesopotamiya, Aralıq dənizi sahilləri və Kiçik Asiyadakı ən qədim küp qəbirləri isə e.ə. III — II minilliklərə aiddir. Qafqazda ən qədim küp qəbirləri Dağıstanda (e.ə II minilliyin II yarısı), Abxaziyada (e.ə. I minillik) Kolxidada (e.ə. V-IV əsrlər) aşkar edilmişdir. Amma bunlarla e.ə. II əsr - b.e.nın I əsri Şərqi Zaqafqaziya Küp qəbirləri mədəniyyəti arasında ortaq əlaqə yoxdur. Məlumdur ki, Cənubi Amerikadakı hindilər, tupi və aravaklar son zamanlara dədər ölülərini gil küplərdə dəfn edirdilər.
Qəbir əzabı
Qəbir əzabı (ərəb. عذاب القبر‎ ʿAdhāb al-Qabr, həmçinin Qəbirsıxma) — İslam inancına görə insanı öldükdən sonra gözləyən əziyyət. Qəbir əzabı ilə bağlı Quran kitabında heç bir məlumat göstərilməmişdir. Quranda ondan çox ayədə qəbirlərlə bağlı ifadə keçdiyinə baxmayaraq, qəbir əzabından bəhs edilmir.
Təknə qəbir
Təknə qəbir, gil sarkofaq və ya vanna qəbir — Qafqaz Albaniyası ərazisində mövcud olmuş qəbir tipi. Azərbaycanda əsasən Göyçay, Türyançay, Girdimançay hövzələri üçün səciyyəvidir. Təknə tip qəbirlərdə ölü dördkünc və ya oval formada olan gildən hazırlanmış təknəyəbənzər saxsı içərisində dəfn olunurdu. Gil təknələrin ölçüləri əsasən 60-80 sm aralığında müşahidə olunur. Bəzi saxsı tabutların yan tərəflərində tutmaq üçün dəstəyi də olur. Qəbir avadanlıqları gil təknənin ətrafına və ya içərisinə (kiçik ölçülü əşyalar olduqda) qoyulurdu. Mərhum sağ və ya sol böyrü üstə olmaqla bükülü vəziyyətdə yerləşdirilirdi. Təknə qəbirlər əsaslı şəkildə ilk dəfə 1930-1960-cı illərdə aparılan arxeoloji qazıntılar zamanı öyrənilmişdir. Bu illər ərzində İsmayıllı rayonunun bir neçə kəndində (Mollaisaqlı və Sultankənd, Qışlaq və Qalagah kəndlərində), Qəbələ şəhərinin xarabalıqlarında, Mingəçevirdə bir neçə təknə qəbirlər tədqiqata cəlb olunublar . Təknə qəbirlər haqqında ilk məlumatları professor Y.A.Paxomov 1933-cu ildə Mollaisaqlı kəndindən maddi-mədəniyyət nümunələrinin tapılması zamanı vermişdir.
Qozbeli qəbir düzəldərmi? (film, 1972)
Filmdə "Gənclərə geniş yol" şüarındakı mənalara toxunulmuşdur. Lakin heç də hər yerdə bu şüara əməl edilmir. Öz layihəsini qəbul etdirmək istəyən gənc memarın başına gələn əhvalat əks etdirilir. "Mozalan" Satirik Kinojurnalı № 41, 1-ci süjet Müəllif : Tahir Piriyev Rejissor : Əsgər Məmmədov Operator : Antonina Korotnitskaya Rəssamlar : Əsgər Məmmədov, Tahir Piriyev Səs operatoru : Kamal Seyidov Musiqilərindən istifadə edilən bəstəkar : Xəyyam Mirzəzadə ("Günlərin Bir Günündə..." cizgi filmindən) (titrlərdə yoxdur) Baş Redaktor : Eyvaz Borçalı YouTube Filmi izlə sayt YouTube Filmdə anonim məktubların doğurduğu nəticələr öz əksini tapır. "Mozalan" Satirik Kinojurnalı № 6, 1-ci süjet Müəllif : İntiqam Qasımzadə Rejissorlar : Nazim Məmmədov, Bəhmən Əliyev Quruluşçu rəssam : Kamil Nəcəfzadə Operator : Aleksandr Milov Səs operatoru : Ələkbər Həsənzadə Baş redaktor : Eyvaz Borçalı YouTube Filmi izlə sayt YouTube Filmdə alverçilik problemlərinə toxunulur. "Mozalan" Satirik Kinojurnalı № 96, 2-ci süjet Müəllif : M. Lipskerov Rejissor : Vahid Talıbov Rəssam : Elçin Axundov Operator : Ramiz Ağayev Səs operatoru : Akif Nuriyev Redaktor : Vidadi Paşayev Ramiz Əzizbəyli-Robot (titrlərdə yoxdur) Filmi izlə sayt YouTube Filmdə işə düzəlmək istəyən maralın əvvəl buynuzunu çıxarırlar, sonra qulaqlarını uzadırlar.
Cəbəci Əsri qəbiristanlığı
Cəbəci Əsri qəbiristanlığı (türk. Cebeci Asri Mezarlığı) — Türkiyənin paytaxtı Ankarada, Altındağ ilçəsində, Plevne prospektində yerləşən qəbiristanlıq. Müsəlman qəbiristanlığından əlavə burada xristian və yəhudi qəbiristanlığı da var. Məmməd Əmin Rəsulzadənin də qəbri bu qəbiristanlıqdadır.
Cərəcur qəbiristanlığı
Cərəcur nekropolu — Culfa rayonunun Gal kəndindən şərqdə orta əsrlərə aid arxeoloji abidə. Torpaqda qazılan müsəlman qəbirləri q-ş. istiqamətində yönəlmişdir. Bəzi qəbirlərin üzərinə sənduqə tipli sinə daşları, bəzilərinə isə daş qoç fiqurları qoyulmuşdur. Qoçlardan ikisinin üzərində ərəb əlifbası ilə yazı olmuşdur. Nekropol XIV-XVIII əsrlərə aid edilir. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh.61.
Danyeri qəbiristanlığı
Danyeri qəbiristanlığı — Azərbaycan Respublikası Şərur rayonu ərazisində arxeoloji abidə. Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən arxeoloji abidədir. Eyniadlı yaşayış yerinin yaxınlığında yerləşir. Əsas hissəsinin izləri itmişdir. Bir neçə sənduqə dövrümüzədək qalmışdır. Düzbucalıq formalı sənduqənin üç tərəfi cızma, döymə və oyma üsulu ilə zəngin nəbati naxışlarla bəzədilmişdir. Sənduqənin kitabəsi ərəb əlifbası ilə həkk edilmiş Quran ayələrindən, mərhumun adı, doğum və ölüm tarixinə aid məlumatlardan ibarətdir. "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. Azərbaycan Milli Ensiklopediyası. Bakı.
Dağüstü qəbiristanlığı
Dağüstü qəbiristanlığı və ya Pirvənzərə qəbiristanlığı — Azərbaycanın Bakı şəhərində 1930-cu illərin əvvəllərinə qədər mövcud olan müxtəlif məzhəbli qəbiristanlıq . Qəbiristanlıq Bakı təpəsinin üstündə, Çəmbərəkənd kəndinin cənub-şərqində, Pirvənzərə kimi tanınan yerdə yerləşirdi. Şəhər mühəndisi polkovnik Nikolay fon der Nonne tərəfindən tərtib olunmuş 1899-cu il Bakı şəhərinin planında qəbiristanlıq bir neçə ərazilərə bölünürdü: müsəlman, erməni həvari, pravoslav, katolik, lüteran, yəhudi və molokan. Qəbiristanlıq ərazisində bir neçə kilsə də vardı. 1930-cu illərin ilk yarısında qəbiristanlıq söküldü və onun yerində Sergey Kirov adına park salındı. 1990-cı ildə qəbiristanlığın köhnə müsəlman hissəsində, Qara Yanvar faciəsi qurbanlarının cəsədləri və sonra Qarabağ münaqişəsi zamanı həlak olanlar dəfn edilmişdir. Bu gün bu sahə Şəhidlər Xiyabanı olaraq tanınır. 1882-ci il tarixli Bakının "Kaspi" qəzetinin avqust sayında qeyd olunurdu ki, yaşayış binalarının yaxınlığında qəbiristanlığın yerləşməsi əhaliyə zərərlidir.. Qəzet xüsusilə qeyd etdi ki, qəbiristanlıq, xüsusən də rus qəbiristanlığı, xarici şəhər evlərinin damlarından başlayır və qəbiristanlığa girmək üçün ilk evin əsas pilləsindən sonuncu pilləsinə kimi gedib, məzarları adlamaq üçün kifayətdir və ya, bu evlərin hər birinin damından kiçik bir addım attıb, qəbiristanlığa girmək olar. Bir çox sakinlər qəzetin müxbirlərinə məlumat vermişdilər ki, qızmar havada cəsədlərin parçalanmasından güclü qoxu gəlirdi.
Drakula qəbirdən qalxıb (film, 1968)
Drakula qəbirdən qalxıb (ing. Dracula Has Risen from the Grave) — 1968-ci ildə istehsal olunmuş Böyük Britaniya filmidir. Drakula qəbirdən qalxıb — Internet Movie Database saytında.
Dаn yeri Оrtа əsr qəbirstаnlığı
Ev heyvanları qəbiristanlığı (film, 2019)
Ev heyvanları qəbiristanlığı (ing. Pet Sematary) — Stiven Kinqin eyniadlı romanı əsasında rejissor Kevin Kolş və Dennis Vidmyer tərəfindən 2019-cu ildə əkilmiş qorxu filmi. Boston həkimi Luis Krid ailəsi ilə birlikdə kiçik Ladlou şəhərinə köçür: həyat yoldaşı Rachel, kiçik uşaqlar Ellie və Gage və pişik Çörç. Elli yeni evlərini əhatə edən meşələrdə gəzərkən ölü iti daşıyan "Heyvanlar qəbiristanlığı" olan qəbiristanlığa gedən qəribə uşaqların korteji ilə qarşılaşır. Qonşu Jude Crandall Ellie və Rachel-ə meşələrin təhlükəli olduğunu və tək çıxmamaları barədə xəbərdarlıq edir. Universitet xəstəxanasında, Luisin iştirakı ilə avtomobil qəzasından sonra xəstəxanaya yerləşdirilən tələbə Viktor Paskou ölür. Tələbənin ölümü ilə məşğul olan Lui, ölümündən sonrakı gecə bir yuxu görür və Pasko onu heyvan qəbiristanlığının arxasına aparır və Luidən "kənar keçməməsi" barədə xəbərdarlıq edir. Luis oyanır ki, ayaqları palçıqla örtülmüşdür. Heluin bayramında pişiyi yük maşını vurur. Jude və Louis pişiyi dəfn etmək üçün ev heyvanları qəbiristanlığına gedirlər, lakin Jude daha sonra Luizi bir vaxtlar hindlilərin istifadə etdiyi qədim məzarlığa aparır.
Farkaşreti qəbiristanlığı
Farkaşreti məzarlığı (mac. Farkasréti temető) — Budapeşt şəhərində yerləşən məşhur məzarlıq. 1894-cü ildə istifadəyə verilən məzarlıq Budapeştin görməli yerlərindən biri sayılır. Burada bir çox tanınmış macar əsilli aktyorlar, aktrisalar, rəssamlar, opera müğənniləri, musiqiçilər, heykəltəraşlar, memarlar, yazıçılar, şairlər dəfn edilmişdir. Bundan başqa məzarlıqda bir çox alim, akademik, elm xadimlərinin məzarları mövcuddur. Buradakı məzarlar əksərən diqqətəlayiq heykəllərlə bəzədilmişdir. 1950-ci ildə məzarlığın ətrafında park salınmış, 1980-ci illərdə isə morq salonu və yeni şapel inşa edilmişdir. Tikinti məşhur macar memar İmre Makoveçin planları əsasında həyata keçirilmişdir. Macarıstanda kommunist hakimiyyəti zamanı Kerepeşi məzarlığında dəfn mərasimlərinə məhdudiyyət qoyulması, buranı ölkənin əsas məzarlığına çevirdi. Farkaşreti Budapeşt şəhərinə 3 km məsafədə yerləşir.
Feriköy qəbiristanlığı
Feriköy Məzarlığı — İstanbul şəhərində Şişili və Okmeydanı bölgələrinin arasında yerləşən qəbiristanlıq. Məzarlıq öz adını yerləşdiyi təpəlikdən alıb. Bir çox məşhur siyasətçinin və incəsənət xadimlərinin məzarları burada yerləşir. Məzarlıqda Azərbaycanın ilk ədliyyə naziri Xəlil bəy Xasməmmədli, ilk hərbi naziri Xosrov bəy Sultanov, mühəndis Qulam Mirzə Şərifzadə, "Difai" təşkilatının lideri Əhməd bəy Ağaoğlu və ailəsi, onun qızı Türkiyənin ilk qadın millət vəkili olan Sürəyya Ağaoğlu, Türkiyə İstiqlaliyyət Müharibəsinin iştirakçısı Baba bəy Behbud, mühacirlər Hüseynqulu xan Xoyski, Miryaqub bəy Mirmehdiyev, Məmməd Sadıq Aran, Kərim bəy Odər, Səlim Rəfiq bəy Rəfioğlu, Şəfi bəy Rüstəmbəyli, Nağı bəy Şeyxzamanlı dəfn olunublar. 2018-ci ildə məzarlıqda baxımsız qalan bir çox azərbaycanlının qəbirləri təmir olunub və məzarlığın girişində Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə Cümhuriyyət qurucularının xatirəsinə abidə ucaldılıb. Abidənin üzərində Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının rəsmi “Bir millət, iki dövlət” ifadəsi, Feriköy məzarlığında uyuyan Xəlil bəy Xasməmmədli, Xosrov bəy Sultanov, Qulam Mirzə Şərifzadə, Əhməd bəy Ağaoğlu, Baba bəy Behbud, Hüseynqulu xan Xoyski, Miryaqub bəy Mirmehdiyev, Məmməd Sadıq Aran, Kərim bəy Odər, Səlim Rəfiq bəy Rəfioğlu, Şəfi bəy Rüstəmbəyli, Nağı bəy Şeyxzamanlının adları yazılıb. Şəmsəddin Sami - alban əsilli türk yazıçı və tədqiqatçı Əli Sami Yen - türk futbolçu Keriman Xalis Ece Tamer - Türkiyənin ilk "Dünya Gözəli" Turqut Özatay - türk aktyor Ahmet Mete Işıkara - türk alim Əhməd bəy Ağaoğlu - dövlət xadimi Difai təşkilatının qurucusu Xəlil bəy Xasməmmədli - Azərbaycanın ilk ədliyyə naziri. Xosrov bəy Sultanov - Azərbaycanın ilk müdafiə naziri. Qulam Mirzə Şərifzadə - 1919-1920-ci illərdə Azərbaycan Dövlət teatrının direktoru. Sürəyya Ağaoğlu - Türkiyənin ilk qadın millət vəkili.
Fluntern qəbiristanlığı
Fluntern məzarlığı - İsveçrənin Sürix şəhərində yerləşən qəbiristanlıq.
Güney Qışlaq Qəbiristanlığı
Güney Qışlaq qəbiristanlığı — Şahbuz rayonunun Güney Qışlaq kəndinin girəcəyində yolun kənarında arxeologi abidə. Qəbiristanlıqda XX əsrin 50–60-cı illərinədək dəfn mərasimləri aparılmışdır. Qəbirlərin bir qisminin baş daşları düşmüşdür. Qəbirlərin ətrafı kiçik həcmli daşlarla əhatə edilmiş, bəzən isə onların üzərində daşlar təpə şəklində toplanmışdır. Qəbirlərdən bir neçəsinin ətrafı dairəvi formada iri həcmli daşlarla əhatələnmişdir. Baş daşlarının üzərində ərəb əlifbası ilə kitabə, o cümlədən tarixlər yazılmışdır. Baş daşlarının üzərində hicri 1121, 1372 və s. tarixlər qeyd edilmişdir. Onların çoxusunun üzəri qalın torpaqla örtüldüyündən kitabələri və tarixləri müəyyənləşdirmək çətinlik törədir. Baş daşlarının üzərindəki kitabələrə əsaslanaraq Nekrapolu XVII–XX əsrlərə aid etmək olar.
Gəcil qəbiristanlığı
Gəcil qəbiristanlığı “Məqbərətül-Ürəfa (Ariflər məzarlığı)” — Təbriz in üç tarixi məzarlığından biri. Gəcil və ya Məqbərətül-Ürəfa məzarlığı isə XII əsrdən bəri sufilərin və alimlərin dəfn yeri olmuşdur. Məşrutə hərəkatının bəzi tanınmış simaları və şəhidləri də həmin məzarlıqda dəfn edilib. Pəhləvilər hakimiyyətə gəldikdən sonra bu tarixi məzarlığı parka çevirmək bəhanəsi ilə dağıtdılar. Məqbərətülürəfa və yaxud Ariflər Məzarlığında Təbrizli Şəms kimi tarixi şəxsiyyətlərin dəfn edildiyi söylənməkdədir. Gülüstan Bağı Rza Pəhləvi dövründə tarixi məzarlığın üzərində tikilərək həmin məzarlıq məhv edilmişdir.
Gəmiqaya qəbiristanı
Gəmiqaya qəbiristanı — Ordubad rayonunda Qapıcıq dağının (Kiçik Qafqaz) cənub-qərb ətəyində, Qaranquş yaylağında (Tunc dövrünə aid qayaüstü rəsmlərlə zəngin ərazi) orta əsrlərə aid arxeoloji abidə. Qəbiristanda qəbirüstü və dik daşlar var. Bəzi qəbirlərin üstü kurqanları xatırladan müxtəlif daşlarla örtülmüşdür. Qəbirüstü daşlarda kitabə yoxdur. Gəmiqaya qəbir abidələri sahəsindən göy şirli gil qab qırıqları əldə edilmişdir. Abidə X–XIV əsrlərə aid edilir. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 127.
Havuş qəbiristanlığı
Hаvuş qəbiristаnlığı — Hаvuş kəndininin cənub-şərq tərəfində təpənin yаmаcındа yеrləşir. Qəbirlər qiblə istiqаmətindədir, bаş dаşlаrı yоnulmаmış qаyа pаrçаlаrındаn qоyulmuşdur. Bəzi qəbirlərin üzərində dаş yığınlаrınа rаstlаnır. Bəzilərinin isə yаlnız ətrаfınа kiçik həcmli çаy dаşlаrı döşənmişdir. Bu tip qəbirlər Оrtа əsrlər üçün хаrаktеrikdir. Qəbiristаnlığı XI-XVIII əsrlərə аid еtmək оlаr.
Hayqet qəbiristanlığı
Haygeyt qəbiristanlığı — Böyük Britaniyanın London şəhərində məzarlıq. Məzarlıqda çox sayda qotika üslubunda məzar daşları var. Bu məzarlıqda "Drakulanın qanın dadı" və "Məzara görə" adlı qorxu flimləri çəkilib. Flimin çəklişindən sonra məzarlıqda ruhlar görünməyə başladı. 1970-ci ilin martında isə iş o qədər ciddi hal aldı ki, vampir ovuna çıxanların sayı xeyli çoxaldı. Polis böyük çətinliklə "kabus ovçuları"nın qarşısını ala bildi. Hazırda məzarlıqda ən məhşhur məzara və ruhların daimi göründüyü məzarlara xüsusi ekskursiya təşkil olunur.
Hayqeyt qəbiristanlığı
Haygeyt qəbiristanlığı — Böyük Britaniyanın London şəhərində məzarlıq. Məzarlıqda çox sayda qotika üslubunda məzar daşları var. Bu məzarlıqda "Drakulanın qanın dadı" və "Məzara görə" adlı qorxu flimləri çəkilib. Flimin çəklişindən sonra məzarlıqda ruhlar görünməyə başladı. 1970-ci ilin martında isə iş o qədər ciddi hal aldı ki, vampir ovuna çıxanların sayı xeyli çoxaldı. Polis böyük çətinliklə "kabus ovçuları"nın qarşısını ala bildi. Hazırda məzarlıqda ən məhşhur məzara və ruhların daimi göründüyü məzarlara xüsusi ekskursiya təşkil olunur.
Heyvan qəbiristanlıqları
Heyvan qəbiristanlığı — heyvanların dəfn olduğu qəbiristanlıq.
Heyvan qəbiristanlığı
Heyvan qəbiristanlığı — heyvanların dəfn olduğu qəbiristanlıq.
Hun qəbiristanlığı
Hun qəbiristanlığı — Bakı şəhərinin Xəzər rayonunun inzibati ərazi vahidində yerləşən Buzovna qəsəbəsindəki tarixi məzarlıq. Azərbaycanın ən qədim qəbiristanlıqlarından olan Hun qəbiristanlığı hazırda Buzovnadakı ən qədim qəbiristanlıq hesab olunur. Onun tarixi bizim eradan əvvəl III əsrə aid edilir. Burada çox qədim qəbirlər, sərdabələr və bir də türbə vardır. Həmin türbənin tarixi qəbiristanlığın tarixi qədər qədim deyil, İslam dininin yayıldığı tarixdən sonraya aiddir. İçərisində 4 qəbir olan bu türbə Məhəmməd Əli türbəsi adlanır. Bu türbənin adı vaxtilə sultanlardan birinin təyin etdiyi xəlifənin adı ilə bağlıdır. Hun qəbiristanlığındakı qəbirlərin üzərində müxtəlif yazılar – mərhumların şərəfinə yazılmış şeirlərdən beytlər, naxışlar – svastika, günəş və yaxud da əbədiyyət simvolu, Süleyman peyğəmbərin altıbucaqlı möhürü olan ulduz, səkkiz bucaqlı ulduz və digər simvollar, təsvirlər əks olunmuşdur. Tarixin müxtəlif dövrlərində Hun qəbiristanlığının böyük bir hissəsi məhv edilmişdir, qəbir daşları sındırılmışdır. Hazırda baxımsız vəziyyətdə olan bu tarixi məzarlıq Sovet hakimiyyəti illərində çox böyük zərər görərək, dağıdılmışdır.
Hövsan qəbiristanlığı
Hövsan qəbiristanlığı — Bakıda yerləşən qəbiristanlıq. Adını Hövsan qəsəbəsindən alır. 26 Bakı komissarının sonuncu (2009) rebaylorluğunun yeri kimi tanınır. 26 Bakı komissarının rebaylorluğunun ərazisində 23 ədəd əhəngdaşı sütun quraşdırılmışdır. Qəbirlərdən kimə aiddir, məlum deyil, çünki məbədlər üzərində işarə yoxdur.
Jale qəbiristanlığı
Jale Mərkəzi qəbiristanlığı (sloven. Centralno pokopališče Žale), və ya sadəcə Jale — Lyublyana və Sloveniyadakı ən böyük və mərkəzi qəbiristanlıqdır. Bejiqrad rayonunda yerləşir və Jale İctimai Şirkəti tərəfindən idarə olunur. Qəbiristanlıq 1906-cı ildə Müqəddəs Xaç Kilsəsinin arxasında inşa edilmişdir. İlk dəfn eyni il mayın 3-də, keşiş Martin Malenšekin köhnə Navje qəbiristanlığından oraya köçürüldüyü zaman edildi. Birinci Dünya Müharibəsi illərində, müxtəlif yerlərdən olan həyatını itirən əsgərlərin çoxu Jaledə dəfn edildi. Bununla birlikdə, buradakı qəbirlərin hamısı Roma Katoliklərinə mıxsusdur. Protestantlar, Yəhudilər və Müsəlmanlar isə Navjedə basdırılmışdır. 1923-cü ildə səlahiyyətlilər yəhudilərin və müsəlmanların Jaledə lakin qəbiristanlıq divarının xarici tərəfində dəfn edilməsinə icazə verdilər. 1931-ci ildə qəbiristanlığın yeni hissəsi (B hissəsi) açıldı.
Kensay qəbiristanlığı
Kensay qəbiristanlığı (qaz. Кеңсай) — Qazaxıstanın ən məşhur və ən gözəl nekropollarından biridir. Qəbiristanlıq Qazaxıstanın bir nömrəli fəxri xiyabanı sayılır. Burada bir çox siyasi xadimlər, mədəniyyət və incəsənət adamları və məşhurlar dəfn edilmişdir. Qazaxıstanın ən məşhur məzarlığı Kensay qəbiristanlığıdır. Qəbiristanlıq XIX əsrin sonlarından başlayaraq, Almatı şəhəri böyüdükcə salınmağa başlanmışdır. Qəbiristanlıq Qazaxıstanın bir nömrəli fəxri xiyabanı statusuna malikdir. Kensayda ölkənin məşhur siyasi xadimləri, alimləri, mədəniyyət və incəsənət adamları və hərbiçiləri dəfn edilmişdir. Məzarlıq böyük təpənin arasında yerləşdiyindən adını burdan götürmüşdür. Belə ki, Qazax dilində "Kensay" sözü "böyük dərə" deməkdir.
Kensiko qəbiristanlığı
Kensiko Qəbristanlığı — Amerika Birləşmiş Ştatlarında tanınmış insanların məzarlarının yerləşdiyi qəbristanlıqdır.Valhalla, Nyu-York şəhərində 1889-cu ildə açılmışdır.
Kil hərbi qəbiristanlığı
Kil hərbi qəbiristanlığı (ing. Kiel War Cemetery) — Kil Şimal qəbiristanlığının (alm. Nordfriedhof‎) ərazisində hərbi qəbirstanlığıdır. Bu yerdə ittifaq qoşunlarının 992 hərbi qulluqçusu basdırılmışdı, onlardan çoxusu hərbi aviasiyada xidmət etmiş və İkinci Dünya müharibəsində ölənlərdən ibarətdir. Onların arasında 766 britaniyalı, 148 kanadalı, 33 Yeni Zelandiyalı və 9 polyak var. Qəbiristanlıq memar Filip Hepuortun (ing. Philip Hepworth) layihəsi əsasında Hərbi Dəfinlər üzrə Birlik Komissiyası (alm. Commonwealth War Graves Commission‎) tərəfindən tikilmişdi, həmçinin, komissiya qəbiristanlığın səliqə səhmanına nəzarət edir.

Значение слова в других словарях