Qibti kafedralına terror hücumu (Qahirə, 2016)
Qibti kafedralına terror hücumu (ing. Cairo Cathedral bombing; ərəb. فجير كاتدرائية القديس مرقس القبطية) — Misirin paytaxtı Qahirə şəhərinin Abbasiyyə rayonu ərazisindəki Müqəddəs Mark qibti ortodoks kafedralı yaxınlığında baş vermiş terror hücumu. Hadisə nəticəsində 25 nəfər həlak olub, 50 dən çox şəxs müxtəlif dərəcəli bədən xasarətləri alıb.
Terror hücumunun əsas hədəfi kimi Misirdə yaşayan xristian qibtilərin olduğu ehtimal edilir. Partlayış kilsənin adətən qadınlar ibadət edən sağ qanadında baş verdiyi təsdiqlənib. Hadisə 1968-ci ildən bəri fəaliyyət göstərən Müqəddəs Mark qibti ortodoks kafedralı qarşı törədilmiş ilk terror hücumudur. Müqəddəs Mark qibti ortodoks kafedralı Misirdə yaşayan on beş milyona yaxın qibtilərin əsas ibadət mərkəzi hesab olunur.