Qnomon
Günəş saatı — Günəşin səmadakı mövqeyinə görə qnomonun kölgəsinin uzunluğunun dəyişməsi və kölgənin siferblat üzərindəki hərəkətinə əsasən vaxtın təyin edilməsinə imkan verən qurğu.
Adi günəş saatı dizaynlarında, şaquli şəkildə yerləşdirilmiş çubuğun kölgəsi, üfüqi şəkildə yerləşdirilmiş səthdə günün saatlarını göstərən siferblatın üzərinə düşür. Günəş səmada hərəkət etdikcə saatın üzərindəki çubuğun kölgəsi müxtəlif saat xətləmələri ilə üst-üstə düşərək hərəkət edir. Bu qurğularda çubuq Yerin fırlanma oxuna uyğunlaşdırılmalıdır. Buna görə də bu növ günəş saatının düzgün vaxtı göstərməsi üçün çubuq maqnit şimalını deyil, coğrafi şimalı göstərməlidir. Bundan əlavə, çubuğun üzərində dayandığı üfüqi səthlə yaratdığı bucaq saatın yerləşdiyi coğrafi enliyə bərabər olmalıdır. Ancaq bu iki xüsusiyyətə uyğun olmayan, lakin fərqli prinsiplər çərçivəsində işləyən günəş saatları da qurula bilər. Bu saatları dairənin ortasına çubuq qoyaraq və kompasdan istifadə etməklə (o, şimalı göstərməlidir) kölgənin hər saatın tamamında düşdüyü yeri işarələməklə etmək olar. Amma buludlu günlər və gecə kimi amillər bu tip saatları yararsız hala salır.