qoşun
qoşunçəkdi 2021
OBASTAN VİKİ
Atlı qoşun
Atlı qoşun, Süvarilər, Kavaleriya - (fr. cavalerie, it. cavaleria, от lat. caballus — at) - atlılar - döyüş əməliyyatlarının aparılması və yerdəyişmə üçün minik atlarından istifadə edilən qoşun növü. == Tətbiqi və xüsusiyyətləri == Sürətli və güclü zərbə ilə birlikdə, yüksək hərəkətliliyə və manevrliyə malik olan süvarilər, keçmişin bir çox döyüşlərində həlledici qüvvə idi. Öz qoşunlarından xeyli aralı məsafədə müstəqil hərəkət etmək bacarığı, qısa zaman ərzində böyük məsafələri qət etmək, rəqibin arxasında və cinahlarında qəflətən peyda olmaq, döyüş üçün çevik açılmaq həm atlı, həm də piyada sırada bir hərəkətlərdən başqasına çevik keçid bacarığı, süvarilər üçün çoxfunksional taktiki və strateji-əməliyyat imkanları yaradırdı. Süvarilərin əsas döyüş hərəkətlərindən birincisi, gedişində rəqibə saldırılan, cinahlarına zərbə endirilən, geri çəkiləndə isə onu qovan, hücum idi. Süvarilər həmçinin, öz qoşunlarının cinahlarını və geri çəkilməsini qorumaq, kəşfiyyat aparmaq və rəqibin arxasına reyd etmək və sairə əməliyyatlarda əsas qüvvə idi. == Yaranması və inkişafı == Süvarilər qeyri-nizami atlı qoşun kimi Qədim Dünyanın, atların kütləvi yetişdirildiyi ölkələrində yaranmışdır. Qədim Misir, Hindistan, Çin və başqa ölkələrdə atlara qoşulmuş döyüş arabaları istifadə olunurdu.
Qoşun mahalı
Qoşun mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri. Ağsu, Şamaxı və Qobustan rayonlarının ərazisində mövcud olmuşdur. Mahalın naibi Məlik Mahmud idi. 1821-ci ildə 11 oba (Çuxanlı, Utuqlu,Təkləli, Mənkələxanı, Tuluç, Çilov, Mərzəndigə, Nabur, Ləngəbiz, Qəşəd, Bicov) və 21 kənddə (Çağan, Qalabuğurt, Dilmanlı (Dilman), Hacman (Hacımanlı), Xatımanlı, Çarağan, Nüydü (Nüydi), Şərədil, Talis, Ərçiman, Əngəxarən, Zarat, Cabanı, Sündü (Sündi), Mədrəsə, Kərkənc, Kələxana (Kələxanı), Meysəri (Meysarı), Keşdiməz (Keçdiməz), Saqiyan, Qonaqkənd 1065 ailə yaşayırdı. XIX əsrin əvvəllərində Qarabağdan Şamaxı xanlığına 1500 ailə köçmüç və köçüb gələnlər Şamaxı xanlığının Qoçun mahalında 8 kənd salmışdılar. Qoşun mahalının sakinləri əkinçilik, maldarlıq və bağçılıqla məşğul olurdular. Şirvan xanlığı Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03.
Tümən (qoşun)
Tümən (q.türk 𐱅𐰇𐰢𐰤, tümän, monq. түмэн, tümen, türk. tümen, mac. tömény), tarixi türk və monqol dövlətlərində iştənilən bir qoşun növü idi. Bir tümən on min əsgərdən ibarətdir. Tümən sözünün köhnə türkcədən tərcüməsi "on min"-dir, bəzi mənbələrdə diviziya sözünün qarşılığı kimi işlənilir.
Piyada (qoşun növü)
Piyada — Quru qoşunlarındakı əsas döyüş sinifidir. Müharibədə ən ön cəbhədə yer alan, lazım gəldikdə düşmən ordusu ilə qabaq-qabağa döyüşəcək əsgərlərdən formalaşdırılır. Piyadalar, timdən tabora qədər müstəqil birliklərin tərkibində xidmət edirlər. Piyadanın əsas silahı avtomatdır. Piyadanın müharibədə vəzifəsi: Atəş və manevrlər ilə düşmənə yaxınlaşmaq, onu əsir almaq, məhv etmək və ya atəş açaraq, yaxından döyüş və əks-hücum ilə düşmənin hücumunu dayandırmaq və düşməni geri çəkilməyə məcbur etməkdir. Bir bölgənin tam olaraq ələ keçirilməsi və nəzarət altında saxlanılması, ancaq piyada birliklərinin mövcudluğu ilə mümkündür. Piyadalar öz vəzifələrinə görə müxtəlif siniflərə bölünürlər: Piyada, Mexanikləşdirilmiş Piyada, Motorlu piyada, Komando, Sərhəd, Tank əleyhinə, Minaatan və Hava-Desant Qüvvələri olaraq müəyyənləşdirilmişdirlər.

Значение слова в других словарях