QOBİ

(monq.-susuz yer) seyrək kserofit bitkiləri olan şoran, yaxud daşlı torpağın üstünlük təşkil etdiyi və səth axımı olmayan səhra və yarımsəhra landşaftının ümumi adı. «Qobi» adı MXR-da və ÇXR nın ona qonşu sahələrində yayılmışdır. гоби gobi
QLYASİOLOGİYA
QOBU
OBASTAN VİKİ
Qobi
Qobi (monq. Говь, çin. 戈壁) — Mərkəzi Asiya ərazisində geniş ərazini əhatə edən səhra. Səhra Çin və Monqolustan ərazilərində yerləşir. Xarakterik olaraq səhra və yarımsəhra landşaftından ibarətdir. Səhra qərbdən şərqə 1600 km, şimaldan cənuba 800 km təşkil edir. Ümumi səhrası isə 1 300 000 km² təşkil edir. Qədim zamanlarda səhra «Şamo səhrası» adı ilə məşhur idi Çində səhranın genişlənməsinin qarşısını almaq məqsədilə Yaşıl çin səddi adlı layihə həyata keçirilir. «Qobi» sözünün Monqolca anlamı «susuz yer» mənasını verir. Üstəlik Mərkəzi Asiya ölkələrində, xüsusi ilə türk xalqlarında bu söz səhra və yarımsəhra mənasını ifadə edir.
Qobi çölü
Qobi (monq. Говь, çin. 戈壁) — Mərkəzi Asiya ərazisində geniş ərazini əhatə edən səhra. Səhra Çin və Monqolustan ərazilərində yerləşir. Xarakterik olaraq səhra və yarımsəhra landşaftından ibarətdir. Səhra qərbdən şərqə 1600 km, şimaldan cənuba 800 km təşkil edir. Ümumi səhrası isə 1 300 000 km² təşkil edir. Qədim zamanlarda səhra «Şamo səhrası» adı ilə məşhur idi Çində səhranın genişlənməsinin qarşısını almaq məqsədilə Yaşıl çin səddi adlı layihə həyata keçirilir. «Qobi» sözünün Monqolca anlamı «susuz yer» mənasını verir. Üstəlik Mərkəzi Asiya ölkələrində, xüsusi ilə türk xalqlarında bu söz səhra və yarımsəhra mənasını ifadə edir.
Qobi gönlücəsi
Qobi gönlücəsi (lat. Eptesicus gobiensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin gönlücə cinsinə aid heyvan növü. Əfqanıstan, Çin, Hindistan, Monqolustan, Pakistan və Rusiyada yayılmışdır. Rus zooloqu professor Nikolay Alekseyeviç Bobrinski ilk dəfə 1926-cı ildə Qobi səhrasında Altay dağlarından gələn bu heyvan nümunəsini təsvir etmişdir. Bu yarasa bədən uzunluğu 57 ilə 65 mm arasında dəyişən, qolunun uzunluğu isə 38 ilə 42 mm arasında dəyişən olduqca kiçik bir hamarburunlar yarasası növüdür. Arxa hissəsində xəz qırmızı-sarı, tüklərinin dibi tünd qəhvəyi, içəri hissələrindəki xəz qəhvəyi ağ rəngdədir. Yarasanın üst çənəsinin daxili kəsici dişləri xarici hissədəki dişlərə nisbətən daha yüksəkdir. Orta Asiyaya məxsus yerli heyvan növüdür. Bu yarasa növü Qazaxıstan, Əfqanıstan, Şimali Hindistan, Monqolustan və Cənubi Sibirdəki Tuvadan keçərək Şimali İrana qədər, Əlburz dağlarından Çinin şərqinə qədər yayılmışdır. Tipik olaraq səhra, yarımsəhra və dağ bölgələrində yaşayır.
Qobi qonur ayısı
Qobi qonur ayısı (lat. Ursus arctos gobiensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. Monqolustan ərazisində Qobi səhrası ərazisində yaşayırlar. Hazırda nəslinin kəsilmə ehtimalı yüksəkdir. Monqolustanın endemik canlısı olması və nəslinin kəsiləsi təhlükəsi ilə əlaqədar Monqolustan Qırmızı kitabına daxil edilmişdir. Xüsusi ilə onların kiçik populyasiyaya malik olması ilə əlaqədar onlar üçün təhlükəni artırır. Son genetik abalizlər nəticəsində onların sayının 22–31 baş (2012-ci ildə bununla bağlı aparılan elmi ekspedisiya zamanı) olması qeydə alınnışdır. Bəzən Qobi qonur ayısını Ursus arctos pruinosus yarımnövü ilə eyniləşdirirlər. Bu isə onların morfoloji uyğunluqlsrı iləizah olunmağa görədir. Ancaq sovet terioloqları Vladimir Yevgeni Sokolov və Viktor Nikolayeviç Qobi qonur ayısının kəllə quruluşunu əsas gətirərək onlar tibet ayıları ilə deuil daha çox Tyanşan ayıları olan Ursus arctos isabellinus yarımnövünə bənzərlikləri qeydə almışlar.
Qobi iri qəhvəyi yarasası
Artur de Qobino
Artür de Qobino (fr. Joseph Arthur Comte de Gobineau; 14 iyul 1816[…] – 13 oktyabr 1882[…], Turin) — Fransız yazıçı və diplomat. Qabino irqçiliklə bağlı teoriyalarını genişləndirməklə 1853-cü ildə yazmağa başladığı İnsan irqlərinin qeyri-bərabərliyi haqqında təcrübələr əsəri ilə məşhurlaşmışdır. Orijinalında (fr. Essai sur l'Inegalite de Races Humaine) olaraq adlanan əsər 1855-ci ildə tamamlanmışdır. Artür de Qobino 1816-cı ildə Fransanın İl-de-Frans bölgəsində məmur ailəsində dünyaya gəlmişdir. Dövlət məmuru olan atası kral hökumətinə sədaqəti ilə tanınırdı. Anası (fr. Anne-Louise Magdeleine de Gercy) krallıqda vergi məmuru olan şəxsin qızı idi. Anası ilə bağlı xatirələrini bir necə əsərində canlandırmışdır.
Har Qobind
Har Qobind-Siqhlərin altıncı qurusudur. orijinal adı ਸ੍ਰੀ ਗੁਰੂ ਹਰਿ ਗੋਬਿੰਦ ਸਾਹਿਬ ਜੀ. 14 iyun 1595-3 mart 1644.
Monqol Qobisi
Monqol Qobisi (Şamo) — Qobinin tərkibində yerləşən ən iri səhradır. Səhranın böyük qismi Monqolustanın ərazisində yerləşir. Peşam dağlıq ərazilərini əhatə edir. Səhranın əsas əhalisi köçərilərdir. Xüsusi ilə onlar arasında monqol və oyrat qəbilələri üstünlük təşkil edir. Digər səhralar kimi bu səhrada az məskunlaşılmışdır. Səhranın ərazisində nadır Qobi endemiklərinə rast gəlinir.
Qaşun Qobisi
Qaşun Qobisi — düzənlik şərqdə Tyan-Şan və Xamiy dağları, cənubda Beyşan dağları ilə əhatələnir. Səhra Çinin Sincan-Uyğur Muxtar Rayonuda yerləşir. Qobinin bir hissəsini təşkil edir. Səhra şoranlıqlarla zəngindir. Daşlı səhradır. İl ərzində cəmi 50 mm yağıntı düşür. Yayda temperatur 40°S, qışda isə 32°S təşkil edir. Əsasən səhra bitkiləri yayəlmışdır. Heyvanlardan vəhşi eşşək, ceyran, vəhşi dəvə, gəmiricilər və sürünənlərə rast gəlmək olar.
Qobind Sinqh
Siqhlərin onuncu və son qurusudur. (ਗੁਰੂ ਗੋਬਿੰਦ ਸਿੰਘ. 1666-1708). Quru Teqh Bahadurun oğludur.
Önaltay Qobisi
Önaltay Qobisi — səhra Monqolustanın cənub-şərqində yerləşir. Qobi səhrasının bir hissəsini təşkil edir. Şimaldan Monqol Altayı, cənubdan isə Atas-Boqda və Saqan-Boqda dağları arasında yerləşir. Səhra əsasən orta və alçaq dağlıq yaylaları əhatə edir. Onun ərazisinin böyük hissəsi dəniz səviyədindən 700-1800 metr əraziləri əhatə edir. Səhra əsasən daşlı, bəzi yerlərdə isə qumlu-çınqıllı ərazilərdən ibarətdir. Bitki örtüyünə nadir hallarda rast gəlinir. Burada səhranın mərkəz hissələrdə saksaul, acılıqotu və başqalarına rast gəlinir. Su mənbələrinə yaxın ərazilərdə qamış, yulğun, iydə, qovaq, dəvətikanı, şoranlıqlarda isə şorangə bitir. Önaltay Qobisi ərazisində antilop, qulan, nadir hallarda vəhşi dəvə, dağlıq ərazilədə isə qonur ayıya rast gəlinir.