qocalıq
qocalmaq
OBASTAN VİKİ
Qocalma
Qocalma — müəyyən yetkinlik dövrünə çatandan sonra orqanizmin funksional imkanlarının proqressiv azalması prosesidir. Bu bioloji proses yaşla əlaqədar olaraq inkişaf edib zamanla təbii səbəblərdən ölüm riskinin artması, orqanizminin, xüsusilə, çoxalma və regenerasiya qabiliyyəti kimi vacib funksiyalarının tədricən pozulması və ya itirilməsi ilə səciyyələnir. Qocalmanın bioloji, sosial və psixoloji cəhətlərini, habelə onunla mübarizə prinsiplərini və üsullarını gerontologiya elmi öyrənir.
Əhalinin qocalması
Əhalinin qocalması — əhali içərisində yaşlı şəxslərin (60 və ya 65 yaşdan yuxarı) payının artması. Polyak demoqraf E. Rossetin şkalasına görə, ölkə əhalisinin sayında 60 və daha yuxarı yaşlı şəxslərin payı 8%-ə qədər olduqda – demoqrafik cavanlıq, 8–10% – qocalmanın başlanğıcı, 12% və daha çox – demoqrafik qocalmadır. Bu pay uşaqların və yaşlıların sayının artmasına nisbətən yeniyetmələrin sayının ləng artması, yəni ya doğum sayının azalması və ya yaşlıların ölümünün əskilməsinə, ya da bu iki amilin birgə təsiri nəticəsində arta bilər. Demək, təkrarlanma xarakterinin uzunmüddətli dəyişməsi əhalinin qocalmasının səbəbidir. 19 əsrin 60–70-ci illərindən başlayaraq iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin əksəriyyətində doğum sayının uzunmüddətli azalması üzündən əhali çox qocalmışdır: bu ölkələrdə 60 və daha yuxarı yaşlı şəxslərin payı təqr. 16% təşkil edir. Yaşlı insanların payı 5–6% olan ölkələrdə əhali nisbətən cavandır. Əhalinin qocalmasına ayrı-ayrı yaş qruplarına müxtəlif dərəcədə təsir edən miqrasiya da səbəb ola bilər. Məsələn, gənclərin kənddən şəhərə miqrasiyası kənd əhalisinin qocalması ilə nəticələnir. Əhalinin qocalmasının sosial-iqtisadi baxımdan yekunları, əsasən, əmək qabiliyyəti olan hər nəfərə düşən pensiya yaşlı şəxslərin sayının artması ilə əlaqədardır.

Значение слова в других словарях