qoluzorluluq
qom-qom
OBASTAN VİKİ
Fon-de-Qom
Fon-de-Qom (fr. Font-de-Gaume) — Fransada ((fr. Les Eyzies-de-Tayac-Sireuil) şəhəri, Dordon departamenti) Son Paleolit ​​dövrünə aid heyvanların divar rəsmləri olan bir mağaradır. == Təsviri == Fon-de-Qom qrottu mağara sənətinin ən yaxşı nümunələrindən biridir. Bizon, vəhşi at, mamont, şimal maralı və digər heyvanların çoxsaylı təsvirləri qara və qırmızı boya ilə çəkilmiş ən qədim xətti rəsmlərdən Madlen dövrünə (e.ə. 15.000 - 11.000) aid ən möhtəşəm polixrom kompozisiyalara qədər müxtəlif üsullarla hazırlanmışdır. 1912-ci ildə Henri Beqan Fransa Pireneylərində Tyuk d'Oduber mağarasının divarlarında bizon təsvirlərini aşkar etdikdən sonra rəsmin qədimliyi və həqiqiliyinə dair şübhələr nəhayət aradan qaldırıldı. Onlar stalaktit təbəqəsi altında idilər, onların yaşı 10.000 ildən çox idi. Onların altında zubr heykəlləri tapılıb. == Açılışı == Fon-de-Qom qrotu 1901-ci ildə Deni Peroyni tərəfindən kəşf edilmişdir.
Alfredo Qomes Urkuyo
Alfredo Qomes Urkuyo (isp. Alfredo Gómez Urcuyo; d. 9 avqust 1942, Rivas, Nikaraqua) — Nikaraqua Respublikasının vitse-prezidenti (2005-2007). == Həyatı == 9 avqust 1942-ci ildə Rivas şəhərində anadan olmuşdur. == Təhsili == İlk ali təhsilini Rivas şəhərindəki Rosendo Lopes İnstitutunda almışdır. Daha sonra təhsilini Diriamba şəhərinin Pedaqoji İnstitutunda və Xinotepe şəhərinin Xuan Xose Rodrigez İnstitutunda davam etdirmişdir. 1970-ci ildə Manaquanın Mərkəzi Amerika Universitetində baytarlıq və zooloq peşəsinə yiyələnmişdir. == Siyasi fəaliyyəti == 2005-ci il oktyabrın 10-da Nikaraqua Milli Asambleyası tərəfindən Respublikanın vitse-prezidenti seçilmişdir. 2007-ci ilin yanvarına qədər bu vəzifədə olmuşdur. == Ailəsi == Evlidir, altı övlad atasıdır.
Andre Qomeş
Andre Filipe Tavareş Qomeş (port. André Filipe Tavares Gomes; 30 iyul 1993, Qrijo, Portuqaliya) — Portuqaliya futbolçusu, "Barselona" futbol klubunun və Portuqaliya milli futbol komandasının yarımmüdafiəçisi.
Anxel Qomeş
Adilson Anxel Abreu de Almeyda Qomeş (31 avqust 2000-ci ildə anadan olub) — İngiltərə təmsilçələrindən olan Mançester Yunayted klubunda hücuma meylli yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. O, İngiltərənin U-16 və U-17 millilərinin kapitanı olmuşdur. == Klub karyerası == === Mançester Yunayted === ==== Gənclik karyerası ==== Qomeş altı yaşı olarkən Mançester Yunayted akademiyasına qəbul olmuşdur. 13 yaşında klub ilə formal müqavilə imzalamışdır. Qomeş 2013-cü ilin oktyabr ayında U-17 komandası ilə Slovakiyada keçirilən turnirdə iştirak etdikdən sonra 2014-cü ilin may ayında müqaviləni yenilədi. Qomeş mütəmadi olaraq məktəbli liqasında və U-18 komandasında əvəzedici kimi iştirak edirdi. Komanda ilə debütünü mövsümün sonuncu oyununda 14 yaşı olarkən etmişdir. 2015-ci ilin iyul ayında Qomeş Mançester Yunayted Premyer Kubokunun Ən Dəyərli Oyunçusu seçilmişdir. Lakin komandası kuboku 12-ci yerdə başa vurmuşdur. ==== 2016–17 mövsümü ==== 2016-cı ilin sentyabr ayında Qomeş 2001-ci ildən bəri Mançester Yunaytedin akademiya səviyyəsində het-trik edən ən gənc futbolçu kimi tarixə düşmüşdür.
Arçil Qomiaşvili
Arçil Mixayloviç Qomiaşvili (gürc. არჩილ მიხეილის ძე გომიაშვილი) — Sovet və rus aktyoru, sahibkar və Gürcüstan SSR xalq artisti (1966). == Həyatı == Arçil Mixayloviç Qomiaşvili 23 mart 1926-cı ildə anadan olmuşdur. 1940-1942-ci illərdə Tbilisi incəsənət texnikumunda təhsil almışdır. Teatra olan böyük həvəsi Qomiaşvilini "MXAT" məktəb-studiyasına gətirir. O, bu təhsil ocağında bir neçə il oxumuşdu. Lakin orada az qala dava-dalaş həddinə qədər gəlib çıxmış qalmaqaldan sonra o, məhkəmə ilə problemləri yarandığından Moskvanı tərk edir. Tbilisidə onu Marcanişvili adına Akademik teatrın truppasına qəbul edirlər. 1958-ci ildə isə aktyor Poti şəhərinə gedir və əvvəl Eristavi adına teatrda, sonra isə Qriboyedov adına Tbilisi rus teatrında işləməyə başlayır. Arçil Qomiaşviliyə ümumxalq məhəbbətini isə 1971-ci ildə kinorejissor Leonid Qaydayın İlf və Petrovun əsəri əsasında çəkdiyi "12 stul" filmində ifa etdiyi Ostap Bender rolu gətirir.
Bafetimbi Qomis
Bafetimbi Qomis (Fransızca tələffüz: [bafetimbi ɡɔmis]; d. 6 avqust 1985, Fransa) - Seneqal əsilli fransız futbolçu. Türkiyə Super Liqası təmsilçilərindən Qalatasaray’da oynayır. == Klub karyerası == === Sent-Etyen === Bafetimbi, peşəkar karyerasına Sent-Etyen’də başladı. Daha sonra icarə əsasında Troyes’ə transfer olundu. Bu klubda 13 oyunda 6 qol vurdu. 2009-cu ildə Sent-Etyen’lə yollarını ayırdı. === Olimpik Lion === Qomis 2009-cu ildə ölkəsinin Olimpik Lion klubu ilə 13 milyon avro qarşılığında 5 illik müqavilə imzaladı. Bafetimbi, Sent-Etyen’in Olimpik Lion’a göndərdiyi 6-cı futbolçu olmuşdur. === Suonsi Siti === 2014-cü ildə İngiltərə klublarından Suonsi Siti ilə 4 illik müqavilə imzaladı.
Başcıqlı qomfrena
Başcıqlı qomfrena (lat. Gomphrena globosa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin qomfrena cinsinə aid bitki növü.
Bernardino Antonio Qomes
Bernardino Antonio Qomes (port. Bernardino António Gomes, 29 oktyabr 1768 – 13 yanvar 1823, Lissabon) — Portuqaliyalı həkim, kimyaçı, botanik və parazitoloq. == Bəzi elmi əsərləri == Gomes, B.A. Memoria sobre a ipecacuanha fuca do Brasil. — Lisboa, 1801. — 33 p. Gomes, B.A. Observationes botanico-medicae de nonnullis Brasiliae plantis. — Liboa/Olisipone, 1803. Gomes, B.A. Memoria sobre a canella do Rio de Janeiro offerecida. — Rio de Janeiro, 1809. — 51 p.
Bernardino Antonio Qomes (kiçik)
Bernardino Antonio Qomes (port. Bernardino António Gomes, 1806 — 1877) — Portuqaliya botaniki və həkim. == Əsərləri == Bernardino António Gomes, A. Р. Cardoso. 1835. Exame da Agua Sulfurea do Arsenal da Marinha. 1857. Noticia da Vida e Trabalhos Scientificos do Medico Bernardino António Gomes.
Klaudio Qomeş
Klaudio Qomeş (23 iyul 2000-ci ildə anadan olub) — İngiltərə Premyer Liqası təmsilçələrindən olan Mançester Siti klubunda və Fransa U-18 milli futbol komandasında müdafiəyə meyilli yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Qomeş Fransanın Val-d'Uaz regionunun Arjantey şəhərində anadan olmuşdur. O, şəhəri təmsil edən iki yerli klubda oynadıqdan sonra 2011-ci ildə Yevro klubuna transfer olmuşdur. İki il sonra isə Pari Sen-Jermen klubu ilə müqavilə imzalamışdır. Qomeş futbolçu karyerasında debütünü 18 noyabr 2017-ci ildə Pari Sen-Jermen klubunun əvəzedici komandası ilə etmişdir. O, İzeyur klubuna qarşı oyunda 79-cu dəqiqədə Abdallah Yaysieni əvəz etmişdir. Milli Çempionat 2 (dördüncü liqa) görüşündə PSJ rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. 25 iyul 2018-ci ildə Qomeş Mançester Siti klubu ilə müqavilə imzalamışdır. O, iyun ayında PSJ klubu ilə müqaviləsi başa çatdıqdan sonra Mançester Siti klubu ilə məşqlərə başlamışdır. Qomeş mövsüm öncəsi hazırlıq mərhələsi üçün ABŞ-yə yollanacaq heyətə daxil edilmişdir.
Kolşəkilli qomfokarpus
Kolşəkilli qomfokarpus (lat. Gomphocarpus fruticosus) — qomfokarpus cinsinə aid bitki növü.
Marika Qombitova
Marika Qombitova (12 sentyabr 1956, Tarani nad Ondava[d]) — Slovakiya müğənnisi.
Mario Qomes
Mario Qarsiya Qomes (10 iyul 1985[…], Ridlingen[d], Baden-Vürtemberq) - Hücum mövqeyinde oynayan alman futbolçu. Almaniyanın Ştutqart formasını geyinir. Ştutqartda ikinci dönəmdən əvvəl Volfsburq, Beşiktaş (icarə), Fiorentina, Bayern Münhen və Ştutqart klublarında çıxış edib. O, Bayern Münhenə transferi ilə 2013-cü ilə qədər Alman Bundesliqasının ən bahalı (30 milyon avro) futbolçusu olub. 2006-07 mövsümündə Ştuttqartda göstərdiyi nəticə ilə Almaniyada ilin futbolçusu seçilib. == Klub karyerası == === VfB Ştuttqart === Qomes, peşəkar futbola 2003-04 mövsümündə II Ştuttqart klbunda başlayıb. İki mövsüm aralıqla gah II Ştutqartda gah da Ştuttqartda oynayıb. İki mövsümdə Qomes II Ştuttqartda 43 oyuna 21 qol vurub. Ştuttqartda isə ilk debütünü 9 mart 2004 tarixində UEFA Çempionlar Liqasında Çelsiyə qarşı edib. Bundesliqada isə ilk debütünü 8 may tarixində edib.
Mario Qomez
Mario Qarsiya Qomes (10 iyul 1985[…], Ridlingen[d], Baden-Vürtemberq) - Hücum mövqeyinde oynayan alman futbolçu. Almaniyanın Ştutqart formasını geyinir. Ştutqartda ikinci dönəmdən əvvəl Volfsburq, Beşiktaş (icarə), Fiorentina, Bayern Münhen və Ştutqart klublarında çıxış edib. O, Bayern Münhenə transferi ilə 2013-cü ilə qədər Alman Bundesliqasının ən bahalı (30 milyon avro) futbolçusu olub. 2006-07 mövsümündə Ştuttqartda göstərdiyi nəticə ilə Almaniyada ilin futbolçusu seçilib. == Klub karyerası == === VfB Ştuttqart === Qomes, peşəkar futbola 2003-04 mövsümündə II Ştuttqart klbunda başlayıb. İki mövsüm aralıqla gah II Ştutqartda gah da Ştuttqartda oynayıb. İki mövsümdə Qomes II Ştuttqartda 43 oyuna 21 qol vurub. Ştuttqartda isə ilk debütünü 9 mart 2004 tarixində UEFA Çempionlar Liqasında Çelsiyə qarşı edib. Bundesliqada isə ilk debütünü 8 may tarixində edib.
Mariya Karneyro Pereyra Qomes
Mariya Karneyro Pereyra Qomes (port. Maria Carneiro Pereira Gomes; 19 avqust 1875, Braziliya – 14 avqust 1925) — Braziliyanın birinci xanımı (1914–1918). Braziliyanın 9-cu prezidenti olmuş Bras Venseslaunun həyat yoldaşıdır.
Qazarkı-Qomər
Qazarkı-Qomər — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Qazarkı-Qomər kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Qomadzor
Qomadzor — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Sevan rayonunda, indiki Ermənistan Respublikası Geğarkunik mərzində kənd
Qomati çayı
Qomati çayı (ing. Gomti, ing. Gomati, hind. गोमती) — Qanq çayının qolu olub. Hindistan çayıdır. == Coğrafiyası == İnduizmin ən müqəddəs çaylarından hesab edilir. İnduizmə görə çay müdrik Vasiştxinin qızının özəlləşdirilmiş formasıdır. Belə ki, Qomati çayının suları ilə yuyunmaq bütün günahlardan təmizlənmək kimi izah edilir. Belə ki, Bxaqavata-puranedə bu çayın adı Hindistanın müqəddəs çay kimi çəkilir. Çayın mənbəyi Hindistanın Pilibxite bölgəsində Himalay dağlarındadır.
Qombe şimpanze müharibəsi
Qombe şimpanze müharibəsi (ing. Gombe Chimpanzee War) – Tanzaniyada yerləşən Qombe Çayı Milli Parkındakı iki şimpanze icması arasında 1974-78-ci illərdə baş vermiş konflikt. İki şimpanze icması əvvəllər Kasakela icması şəklində birlikdə yaşayırdılar. 1974-cü ildə 8 ay ərzində böyük şimpanze qrupu Kasakeladan ayrılaraq Kahama icmasını əmələ gətirmişdirlər. Separatçılar 6 erkək, 3 dişi və onların bala şimpanzelərindən ibarət idi. Kasakela icması isə 8 erkək, 12 dişi və onların bala şimpanzeləri ilə qalmışdır. Dörd il davam edən qarşıdurma nəticəsində Kasakela şimpanzeləri Kahamanın bütün erkək şimpanzelərini öldürmüş və həmin icmanı məhv etmişdirlər. Kasakela icması yaşayış arealını genişləndirsə də, digər bir şimpanze icması tərəfindən geri çəkilməyə məcbur olmuşdur. Hadisələr primatoloq Ceyn Qudoll tərəfindən müşahidə edilmişdir. == Arxaplan == Müharibədən öncə Qombe Milli Parkı Qombe Çayı Tədqiqat Mərkəzi kimi tanınırdı.
Qombe ştatı
Qombe ştatı (ing. Gombe State) — Nigeriyanın Şimal-şərgi geosiyasi zonasında ştat.
Sala-i-Qomes
Salas-i-Qomes və ya Sala-i-Qomes (isp. Isla Sala y Gómez) — Sakit okeanda yerləşən vulkanik ada. Çiliyə məxsus olan ada, Polineziyanın ən şərq nöqtəsi hesab edilir. == Coğrafiya == Ada iki qyanın zirvəsini təşkil edir. Bu qayalar ensiz bərzəxlə birləşir. Adanın sahəsi 15 ha-dır. 30 metr dəniz səviyyəsindən hündürlüyə sahibdir. Adanın uzunluğu 800 metrdir. Adada şirin su mənbəyi yoxdur. Sala-i-Qomes Şilinin qərb sahillərindən 3220 km qərbdə, Pasxa adasından isə 391 km şərqdə yerləşir.
Selena Qomez
Selena Mari Qomez (ing. Selena Marie Gomez; 22 iyul 1992[…], Grand Prairie[d]) — ABŞ aktrisası, müğənni. "Veyverli Pleysin sehrbazları" filmindəki Aleks Russo rolu ilə şöhrət qazanıb və bu rola görə Emmi mükafatı alıb.
Serxio Qomez Martin
Serxio Qomez Martin (4 sentyabr 2000-ci ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan Borussiya Dortmund klubunda yarımmüdafiənin sol cinahında çıxış edən peşəkar İspaniya futbolçusudur. == Klub karyerası == === Barselona === Martin Kataloniya əyalətinin Barselona vilayətinin Badalona şəhərində anadan olmuşdur. Qomez Traxana, Badalona və Espanyol klublarında çıxış etdikdən sonra 2010-cu ildə Barselona klubunun akademiyasına qəbul olmuşdur. Akademiyada inkişaf etdikdən sonra Qomez əvəzedici komanda ilə debütünü 6 yanvar 2018-ci ildə Sequnda Diviziyasında Real Zaraqoza klubuna qarşı oyunda etmişdir. O, Abel Ruizi əvəz etmiş və komandası rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. === Borussiya Dortmund === 30 yanvar 2018-ci ildə Bundesliqa təmsilçilərindən olan Borussiya Dortmund klubu ilə müqavilə imzalamışdır. O, əsas komandaya yüksələnə kimi klubun U-19 komandasında çıxış etmişdir. Qomez 1 iyul 2019-cu ilə kimi bu komandada çıxış etməlidir. O, əsas komanda ilə debütünü 8 aprel 2018-ci ildə etmişdir.
Sesiliya Qonzalez Qomez
Sesiliya Qonzalez Qomez (28 May 1961 – 3 Yanvar 2017) — PRİ partiyasının üzvü olan Meksikalı siyasətçi. O, Xalisko şəhərini Meksika Konqresinin LXII Qanunverici Orqanında deputat kimi təmsil edib. Qomez 3 yanvar 2017-ci ildə 55 yaşında ağır infarkt keçirdikdən sonra dünyasını dəyişib.
Soçil Qomes
Soçil Qomes (ing. Xochitl Gomez; 29 aprel 2006, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası. == Həyatı == Qomes 29 aprel 2006-cı ildə Kaliforniya ştatının Los-Anceles şəhərində meksikalı valideynlərin ailəsində anadan olmuşdur. Onun adı — Xóchitl Meksikanın yerli dili olan astek dilində "gül" deməkdir. == Karyerası == Qomes 5 yaşında yerli musiqi videolarında rol almağa başladı. "Dayələr klubu" teleserialında görünməzdən əvvəl "Genetikalaşmış", "Reyvenin evi" və "Sən pisliyin təcəssümüsən" teleseriallarında rol almışdır. Qomes 2019-cu il filmi "Kölgə canavarları" filmindəki roluna görə 2020-ci ildə "Cavan Aktyor Mükafatı" qazandı. Həmin ilin sonunda Qomesin "Doktor Strenc: Dəliliklərin multikainatında" filmində Amerika Çavesi canlandıracağı açıqlandı. == Şəxsi həyatı == Qomes "Black Lives Matter" hərəkatına dəstək olaraq 2017-ci ildə "Qadın marşları"nda iştirak etmişdir.

Значение слова в других словарях