Dyula Qroşiç
Dyula Qroşiç (mac. Gyula Grosics; 4 fevral 1926 – 13 iyun 2014, Budapeşt) — Macarıstan milli futbol komandasında 86 dəfə oynayan və 1950-ci illərdə "Qızıl komanda"nın üzvü olan macarıstanlı qapıçı. Dünyanın ən yaxşı qapıçılarından biri hesab olunur. Qroçiş iştirak etdiyi futbol oyunlarında əsasən qara forma geyindiyi üçün "Qara panter" ləqəbini almışdı.
== Erkən həyatı ==
Dyula Qroşiç 4 fevral 1926-cı ildə Macarıstanın Doroq şəhərində anadan olmuşdur. Uşaq olarkən anası onun ruhani olmasını istəyirdi. Lakin Qroşiç 1943-cü ildə Doroq şəhərində ilk peşəkar futbol karyerasına başladı. İkinci Dünya müharibəsi dövründə o, Berlin-Roma-Tokio oxu ittifaqının tərkibində vuruşmuş və Amerika ordusu tərəfindən əsir götürülmüşdü.
== Futbol karyerası ==
1947-ci ildə Qroşiç Macarıstan milli futbol komandasının tərkibində debüt elədi. Ard-arda üç FİFA Dünya Kubokunda Macarıstanın formasını geyinmişdi.