QUEEN
QUEEN-CELL
OBASTAN VİKİ
Queen
Queen – İngiltərə rok qrupu. 1970-ci ildə Smayl qrupunun dağılması ilə Brayan Mey, Rocer Teylor və Freddi Merkuri Londonda Queen qrupunu yaratdılar. Bir il sonra Con Dikonun qrupa daxil olması ilə qrup tamamlanmışdır. 70-ci illərin sonlarında məşhurlaşan qrup indiki dövrə qədər geniş heyran kütləsinə sahibdir. Nə qədər nəzərə alınmasa da qrupun arena rok, qlem rok, hard rok, hevi metal, pop rok kimi tərzlərin inkişafında böyük rolu olmuşdur. 1999-cu ildə Channel 4 tərəfindən keçirilən `Music of the Millenium sorğusunda Queen ən yaxşı ikinci qrup seçilmişdir. Queen qrupunun 18 albomu 18 sinql 8 DVD-si dünya üzrə məşhurluq qazanmış və ən çox albom satan qruplar arasında yerini almışdır. Dünya üzrə 300 milyon albom satmışdır. Bunun 35,5 milyonu ABŞ-də satılmışdır. == Üzvlər == Freddi Merkyuri – solist və pianoçu.
Bee Gees
Bee Gees — 1960-cı illərdə rok, 1970-ci illərdə disko musiqi ilə məşğul olmuş, dünyanın ən tanınmış qruplarından biri. == Haqqında == "Bee Gees" qrupu İngiltərədə doğulmuş, Avstraliyada böyümüş, ABŞ-də şöhrət qazanmış Berri, Robin və Moris adlı 3 qardaşdan ibarət olmuşdur. Qrup 1977-ci ildə World Music Awards Əfsanə mükafatına layiq görülüb. Qrup üzvü Moris Qibb 12 yanvar 2003-cü ildə, Robin Qibb isə 20 may 2012-ci ildə vəfat etmişdir. "Bee Gees" 7 dəfə Qremmi mükafatı qazanmış, albom və sinql satışları 225 milyonu keçmişdir.
Killer Queen
Queen qrupunun Sheer Heart Attack albomundan olan ən məşhur mahnısı.Mahnı hamını valeh edən fahişə haqqındadır. Maraqlı cəhət orasındadır ki, bu mahnıda Mariya Antuanetta , Xruşyov və Kennedi kimi tarixi şəxslərin adları çəkilir. Qlem-rok stilindədir. Bəzi fərziyyələrə görə narkotik asılılıqda olan Con Lennon bu mahnını dinlədikdən sonra arvadı ilə barışmış və yeni albom üzərində işləməyə başlamışdır.
Queen (album)
Queen – Queenin 1973-ci ildə satışa çıxan albomu. John Anthony, Roy Thomas Baker & Queen tərəfindən hazırlanmışdır. Bu albomda 2 sinql : "Keep Yourself Alive" və "Liar".
Queen Latifah
Kuin Latifa (ing. Queen Latifah) — ABŞ müğənnisi və aktrisası. == Həyatı == Dana Eleyn Ouens 18 mart 1970-ci ildə Nyu Cersi ştatının Nyuark şəhərində müəllim və polis ailəsində doğulmuşdur. 8 yaşında ikən "yumşaq", "incə" mənalarına gələn "Latifa" (ərəb. لطيفة‎) ləqəbini götürmüşdür. Kuin Latifanın 10 yaşı tamam olan zaman onun valideynləri ayrılmışdır. 1988-ci ildə Latifa musiqi karyerasına başlamış və 1989-cu ildə ilk "Salamlayıram Kraliça" (ing. All Hail the Queen) adlı albomunu çıxarmışdır. 1995-ci ildə çıxardığı "Qara hakimiyyət" (ing. Black Reign) albomuna daxil olan "U.N.I.T.Y." mahnısına görə Qremmi mükafatına layiq görülmüşdür.
Queen Qrupu
Queen – İngiltərə rok qrupu. 1970-ci ildə Smayl qrupunun dağılması ilə Brayan Mey, Rocer Teylor və Freddi Merkuri Londonda Queen qrupunu yaratdılar. Bir il sonra Con Dikonun qrupa daxil olması ilə qrup tamamlanmışdır. 70-ci illərin sonlarında məşhurlaşan qrup indiki dövrə qədər geniş heyran kütləsinə sahibdir. Nə qədər nəzərə alınmasa da qrupun arena rok, qlem rok, hard rok, hevi metal, pop rok kimi tərzlərin inkişafında böyük rolu olmuşdur. 1999-cu ildə Channel 4 tərəfindən keçirilən `Music of the Millenium sorğusunda Queen ən yaxşı ikinci qrup seçilmişdir. Queen qrupunun 18 albomu 18 sinql 8 DVD-si dünya üzrə məşhurluq qazanmış və ən çox albom satan qruplar arasında yerini almışdır. Dünya üzrə 300 milyon albom satmışdır. Bunun 35,5 milyonu ABŞ-də satılmışdır. == Üzvlər == Freddi Merkyuri – solist və pianoçu.
Drag queen
Dreq-kvin (ing. Drag queen) – əyləncə məqsədləri üçün qadın kimi geyinmək və gender rolunu təqlid etmək və bunu daha da şişirtmək üçün dreq geyimindən və makiyajdan istifadə edən bir şəxsdir, adətən kişidir. Tarixən drag-queenlər gey mədəniyyətinin bir hissəsi olublar. Dreq şoularina dodaq sinxronizasiyası(sinxrobuffonada), canlı oxuma və rəqs daxildir. Onlar adətən LGBT qürur paradlarında, dreq yarışmalarında, karnavallarda və gecə klublarında çıxış edirlər. Dreq kvinlər növü, mədəniyyəti və fədakarlığına görə fərqlənirlər. Kişi kimi geyinib və kişiləri təqlid edərək əyləndirən qadınlara isə dreq kinq (ing. drag king) deyilir. Ara-sıra dreq obrazlarında çıxış edənlər LGBT icmasına aid olmaya bilərlər. Yaradıcılığının bir hissəsində əks cinsi parodiya edən hər kəs drag queen və ya drag king deyil.
Pearl (drag queen)
Pearl, bəzən Pearl Liaison kimi tanınan, amerikalı dreq ifaçısı və musiqi prodüseri Metyu Ceyms Lentinin səhnə adıdır, o , RuPaul's Drag Race- in yeddinci mövsümündə ictimaiyyətin diqqətini cəlb edərək ikinci yerə layiq görülmüşdür. == Erkən həyatı == Lent anası və iki bacısı ilə Florida ştatının Sent Pitersberq şəhərində böyüyüb. O, uşaqlıq illərindən "böyük brilyant üzükləri və xəzləri olan zəngin yaşlı xanımları" təqlid etmək üçün çox vaxt sərf edirdi, bu da nəticədə onun dreq ifaçı olmağına gətirib çıxartdı. == Dreq karyerası == Çikaqoya köçdükdən sonra Lent 2012-ci ildə Kim Chi və Trixie Mattel ilə birlikdə Pearl səhnə adından istifadə edərək dreq kimi çıxış etməyə başladı. Lent əvvəlcə dreq obrazından hobbi kimi istifadə etməyi planlaşdırırdı, lakin tez bir zamanda konsert sifarişləri artmağa başladı. Daha sonra Nyu-Yorkun Bruklin şəhərinə köçdü. 2014-cü ilin dekabrında Pearl Logo TV -də RuPaul's Drag Race-in yeddinci mövsümünün iştirakçısı olduğu elan edildi. Müsabiqəyə ləng başlasa da, Pearl iki əsas nominasiyada qalib gəldi və nəticədə digər rəqibləri Ginger Minj və Violet Çaçki ilə birlikdə finala keçdi. Mövsümün finalında Violet Çaçki qalib gəldi və Pearl isə ikinci oldu. === Musiqi sahəsində === 2 iyun 2015-ci ildə Lent ilk sinqlı olan "Love Slave" üçün klip çəkərək Pleasure albomunu buraxdı.
God Save the King/Queen
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı himni, «Allah Kralı/Kraliçanı hifz elə!» (ing. God Save the King/Queen) — vətənpərvər mahnı, Böyük Britaniyanın dövlət himni, Böyük Britaniyanın vacib dövlət və ictimai tədbirlərində və hadisələrində səsləndirilir. Həmçinin Kanada, Avstraliya, Yeni Zelandiya və Millətlər Birliyinə daxil olan bir sıra ölkələrin kral himni. Britaniya kral ailəsinin himni. Norveçin kral himni (mllli himn deyil) — Kongesangen, norveç dilində oxunur; 1871-1918-ci illərdə — Almaniya İmperiyasının himni ( Q.Hariesin mətni ilə).