qurğuşun sulfid

ру сульфид свинца en lead sulfide de Bleisulfid fr sulfure de plomb es sulfuro de plomo it solfito di piombo
qurğuşun oksid
qurğuşun tellurid
OBASTAN VİKİ
Qurğuşun(II) sulfid
Qurğuşun(II) sulfid PbS formullu mürəkkəb qeyri-üzvi maddədir.O, elektron qurğularda az istifadə olunur.PbS həmçinin qalenit də adlanır. Qurğuşun ionlarını həll etmək üçün sulfid duzları və ya hidrogen-sulfid alavə olunur.
Qurğuşun
Qurğuşun (Pb) (lat. Plumbum) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 82-ci element. Adətən bitkilərdə qurğuşunun miqdarı az olur: külün çəkisinin təxminən 1–2 mində bir faizi qədər. Qurğuşunun miqdarının son həddi müəyyənləşdirilməmişdir. Bitki məhsulları heyvan məhsullarına nəzərən daha çox qurğuşuna malik olurlar. Səbəbi yay yarpaq tökülməsi və havada qurğuşunun yüksək miqdarda olmasıdır. Amma, qurğuşunu toplayaraq bitkilər havanı təmizləyirlər. Qurğuşunun miqdarı çox olduqda yonca və yulafın böyüməsi ləngiyir. Çəkisi 70 kq olan yaşlı adamın orqanizmində 120 mq qurğuşun olur. Insan sutkada orta hesabla 26–42 mkq qurğuşun qəbul edir.
Natrium sulfid
Natrium sulfid- mürəkkəb qeyri üzvü maddədir. Kimyəvi formulu- Na2S. Natrium sulfid-oksigensiz duzdur. Sənayedə-Na2SO4•10H2O mirabilit mineralının közərdilməsindən alınır. Na2SO4+4H2→Na2S+4H2O Na2SO4+4C→Na2S+4CO Na2SO4+4CO→ Na2S+4CO2 Adi halda ağ rəngli çox hidroskopik tozdur. Parçalanmadan əriyir, termiki davamlıdır. Texniki natrium sulfid sarımtıl və ya qəhvəyi (qirmizımtıl) rəngdədir, tərkibində 60%-ə qədər natrium sulfid var. Suda yaxşı həll olur, anionundan hidroliz olur, məhlulda yüksək qələvilik yaradır. Havada dayanma müddətində məhlul bulanır (kolloid kükürd) və saralır (polisulfid rəngində). Tipik reduksiyaedicidir. Kükürdü birləşdirir.
Hidrogen-sulfid qazı
Hidrogen-sulfid qazı (H2S) - rəngsiz, kəskin iyli, suda yaxşı həll olan yanar qaz. Sıxlığı 1,538 q/l; hidrogen-sulfid qazı yüksək dərəcədə zəhərlidir. Havada ehtimal olunan miqdarı 0,01mq/l-ə yaxındır. Sərbəst halda biokimyəvi mənşəli təbii qazlarda (~1% yaxın), metamorfik və maqmatik qazlarda və həmçinin fumarollarda rast gəlinir. Təbii qazlarda hidrogen-sulfid qazı miqdarı, adətən 1%-dən çox olmur. Karbonat süxurların üstünlük təşkil etdiyi, xüsusilə sulfat mineralları ilə zəngin olan kəsilişlərin sularında həll olmuş hidrogen-sulfid qazı miqdarı yüksək olur. Hava Təbii qaz Fumarollar Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.