Ət qutabı
Ət (quzu və ya dana əti ilə) qutabı - Azərbaycan milli mətbəxinə aid yeməklərdən biri. Türkiyə və İran milli mətbəxində də aid edilir. Qədimdə dəvə ətindən hazırlanırdısa, müasir dövrümüzdə əsasən dana və qoyun ətindən bişirilir.
400 qr quzu və ya dana əti,
2 baş soğan,
20 qram lavaşana və ya 40 qr nar,
440 qr buğda unu,
100 qr yağ,
sumaq,
darçın,
duz
istiot zövqə görə.
Ələnmiş una su və duz qatılıb bərk xəmir yoğrulur, sonra 1 mm qalınlığında yayılır. Boşqab ölçüsündə dairələr kəsilir. Yumşaq quzu və ya dana əti maşından soğanla birlikdə çəkildikdən sonra içinə lavaşana və ya nar əlavə edilib qarışdırılır. Xəmirdən kəsilmiş dairələrin bir tərəfinə çəkilmiş ət qoyulub o, biri tərəfi üstünə qatlanır, aypara şəklinə salınır, kənarları bükülür və qızdırılmış tavada yağda qızardılır. Süfrəyə verilən zaman qutabın üstünə sumaq səpilir.