Corat qutabı

Corat qutabı[1] — Azərbaycan milli mətbəxinə aid yeməklərdən biri.

Hazırlanma qaydası

[redaktə | mənbəni redaktə et]
Dəvə ətindən hazırlanmış Corat qutabı

Ələnmiş una su və duz qatılıb xəmir yoğrulur. 40 qramlıq kündələr hazırlanır. Sonra kündədən yuxa yayılır. Dəvə ətindən hazırlanmış qiymə yuxanın içinə qoyularaq qatlanır. Qutabın kənarları bərkidilir. Sonra soba qabının içinə qoyularaq üzərinə az miqdarda kərə yağı və ya su vurulur. 170-200 dərəcədə bişilirir. Yaymanın qızarması bişməsinə dəlalət edir. Süfrəyə verilən zaman qutabın üstünə sumaq və ya nar dənəsi səpilir.[2]

İnqrediyentlər

[redaktə | mənbəni redaktə et]

3 stəkan un, bir stəkan su, 1 çay qaşığı duz, 250-300 q dəvə əti, 2 baş soğan, 1 xörək qaşığı narşərab, zirinc, duz və istiot zövqə görə əlavə edilir.

  1. "Corat qutabı". 2017-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-26. (#redundant_parameters); (#redundant_parameters)
  2. ARB 24. "Dəvə qutabı necə hazırlanır?" (az.). Youtube.com. 08.02.2017. 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-09. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)