Qutman mağarası
Qutman mağarası (latış. Gūtmaņa ala) — Baltikyanı ölkələrin ən geniş və ən yüksək mağarası, Latviyanın Qauya Milli Parkında Qauya çayı hövzəsinə yaxın ərazidə yerləşir. Mağara son buzlaşma dövründən sonra ərimə sularının qayaların arasındakı qumları qazıması zamanı, 10000 il əvvəl meydana gəlməyə başlamışdır. Bu Latviyada ən qədim turistik məkandır. Mağaranın divarlarında 17-ci əsrə aid yazılar vardır. Bu mağara Turayda gülü haqqında əfsanənin başladığı yer olaraq bilinir.
Qutman mağarası Baltikdəki ən geniş və ən yüksək mağardır. Dərinliyi 18,8 metr, eni 12 metr və hündürlüyü 10 metrdir. Mağara Qauya çayının sahilindəki qumlu daşdan əmələ gəlmişdir; onun meydana gəlməsi çay və yeraltı mənbənin min illik qarşılıqlı əlaqəsi ilə əlaqələndirilir.
Mağara Latviyanın ən qədim turistik məkanı sayılır, çünki ziyarətçilər hətta ən erkən zamanlardan mağaranın divarlarında adlarını, ziyarət tarixlərini qeyd etməklə "bəzək" qoyurdular.