qılınclı-qalxanlı

qılınclı-qalxanlı
qılınclı
qılınclıot 2021
OBASTAN VİKİ
Qılınclı
Qılınclı (Laçın)
Qalxanlı (Sayınqala)
Qalxanlı (fars. قالقانلو‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 139 nəfər yaşayır (24 ailə).
Qalxanlı sarılıqotu
Qalxanlı sarılıqotu (lat. Erysimum cuspidatum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin sarılıqotu cinsinə aid bitki növü.
Qılınclı (Kəlbəcər)
Qılınclı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qılınclı kənd inzibati ərazi dairəsində kənd. Oykonimin etnotoponim olması ehtimali var. Bəzi mülahizələrə əsasən, qilicli (qilınclı) keçmişdə Azərbaycanın müxtəlif zonalarında yaşamış tayfalardan biridir. Odur ki, dağın adını "qilicli tayfasına məxsus yurd yeri" kimi mənalandırıb etnotoponim olduğunu qəbul etmək olar. Buna Azərbaycanın müxtəlif rayonlarında Qiliçli adlı obyektlərin olması da əsas verir. Yaşayış məntəqəsini Laçın rayonundaki Qilişli kəndindən köçmüş ailələr salmışlar. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Qılınclı kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Qılınclı Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
Qılınclı (Laçın)
Qılınclı — Azərbaycan Respublikasının Laçın rayonu Qarıqışlaq kənd inzibati ərazi dairəsində kənd. Qılınclı kəndi dağlıq ərazidədir. Yaşayış məntəqəsi Qilıcdaş adlanan sahədə salındiğına görə belə adlanmışdır. Həqiqətən kəndin cənub-şərq hissəsində qilınca oxşadığına görə yerli tələffüzdə Qilicdaş adlanan dik, sivri qaya var. Kəndin butun əhalisi vaxtila Kəlbəcər rayonu ərazisinə köçüb eyniadli kəndi salmışdır. İndiki sakinlər isə sonralar yaxınlıqdakı Qarıqışlaq kəndindən köçən ailələrdir. Oykonimlərin etnotoponim olması ehtimalı var. Bəzi mülahizələrə əsasən, qilicli (qilınclı) keçmişdə Azərbaycanın muxtəlif zonalarında yaşamış tayfalardan biridir. Odur ki, dağın adını “qılıclı tayfasına məxsus yurd yeri” kimi mənalandırıb etnotoponim olduğunu qəbul etmək olar. Buna Azərbaycanın müxtəlif rayonlarında Qılıçlı adlı obyektlərin olması da əsas verir.
Qılınclı (Urmiya)
Qılınclı (fars. قلينجلو‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 97 nəfər yaşayır (30 ailə).
Qılınclı (Duzluca)
Qılınclı — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. Kənd 1928-ci ildən eyni addadır.
Adi qalxanlı kazuar
Adi qalxanlı kazuar (lat. Casuarius casuarius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin kazuarkimilər dəstəsinin kazuarlar fəsiləsinin kazuar cinsinə aid heyvan növü.
Tut qalxanlı yastıcası