Qırmızıqarın təlxə
Qırmızıqarın təlxə(lat. Dolichophis schmidti) — Suilanıkimilər fəsiləsinə aid ilan növü.
Müasir zamana qədər bu növ Xəzər təlxəsinin bir yarımnövü hesab edilirdi. Onların əsas fərqləri ondadır ki, Qırmızıqarın təlxə əsasən Qafqazda yayılmışdır. Digər fərqi isə qarın nahiyəsi isə qırmızı olmasıdır.
Onların bədənindəki pulcuqlar hamarlığı ilə seçilir.
Onlara Mərkəzi Anadoludan İranın şimalına qədər olan ərazilərdə, Dağıstanın cənubunda, Azərbaycanda, Gürcüstanda, Ermənistanda və Türkmənistanın Bir çox çaylarının kənarlarında yayılmışdır. Yarımnövləri yoxdur.
Onlar düzən çaylarının kənarlarından başlayaraq, hündürlüyü 1000–1500 metr olan dağ çaylarının dərələrində belə rast gəlinir. Gün zamanı aktiv olur.