Almaz qəfəsli (Faberje yumurtası)
"Almaz qəfəsli" (rus. “Алмазная сетка”) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. 1892-ci ildə Karl Faberje tərəfindən hazırlanmış, bu yumurta imperator III Aleksandr tərəfindən pasxa sürprizi olaraq arvadı Mariya Fyodorovna üçün sifariş olunmuşdur.
Yumurta bavenit suxurundan hazırlanmışdır. Diaqonal istiqamətdə toxunulmuş qızıl qəfəsə başdan-başa brilliant daşlar düzülmüşdür. Qəfəsin diaqonal millərinin birləşdiyi yumurtanın yuxarı və aşağı qütblərində iki böyük brilliant daş yerləşir. Yumurtanın içərisi sürpriz üçün nəzərdə tutulmuş, ağ atlasla örtülmüş boşluğa malikdir.
Almaz qəfəsli yumurtanın sürprizi ilk dəfə Faderje emalatxanasında hazırlanmış mexanizmli fil fiquru olmuşdur. Fiqur xüsusi açar vasitəsilə qurula bilirmiş. Filfiquru Danimarka krallığının gerbindəki fil ilə eynilik təşkil edir.