Yeraltı sular
Yeraltı sular – Yer qabığının üst hissələrindəki süxur qatlarında maye, sülb və ya buxar halında olan sular; su saxlayan süxur xüsusiyyətindən asılı olaraq məsamə, çat və karst sularına bölünür. Yeraltı sular təzyiqsiz qrunt suları və təzyiqli artezian sularına ayrılır. Yeraltı suların tərkibi 60-dan çox kimyəvi elementlə doymuş olur. Yeraltı sular minerallaşma dərəcəsindən asılı olaraq şirin , şortəhər , şor, duzlu sulara bölünür. Temperaturuna görə soyumuş , çox soyuq , ilıq , isti , çox isti və qaynar olur. Tərkibindəki qazlar əsasən karbonlu, hidrogen-sulfidli, azotlu, kükürdlü, metanlı və qarışıq sulara ayrılır. Yeraltı suları-içməli sular, sənaye suları, mineral sular və termal sulara ayırırlar.
== Yeraltı suların çirklənməsi ==
Sənaye müəsisələrinin, xüsusilə energetika, neft-kimya və kimyəvi komplekslərinin fəaliyyəti, həmçinin neftin çıxarılması zamanı çirkləndirici maddələrin yeraltı sulara daxil olması. Kənd təsərrüfatı da çirklənmə mənbəyi ola bilər: tarlalardan gübrələrin yuyulması, maldarlığın çirkab axıntıları.
== Yeraltı su yataqlarının öyrənilməsinin əsas prinsipləri ==
Müxtəlif tip yeraltı su yataqlarnın öyrənilməsinin əsas prinsipləri aşağıdakılardır:
Hər bir obyektdə hidrogeoloji axtarış və kəşfiyyat işlərinin təşkilinin hidrogeoloji əsaslandırılması və iqtisadi səmərəlilik prinsipi
Bu prinsip iki hissədən ibarətdir: birinci hissədə şirin YSY-nin axtarış və kəşfiyyat işlərinin təşkili suya əvvəlcədən bildirilmiş təlabata uyğun aparılır.