radioteleölçmə
radioteleskopik
OBASTAN VİKİ
Radioteleskop
Radioteleskop — Kainat obyektinin radiodiapazonda şüalanmasını müşahidə etmək üçün tətbiq olunan cihaz. Radioteleskopun əsas elementləri onun antenası və gücləndiriciyə malik həssas radioqəbuledicisidir. Radioşüalanma antena üzərinə düşərək əks olunub şüalandırıcıda toplanır ondan kabel vasitasilə siqnallar qəbulediciyə ötürülür, gücləndirildikdən sonra özü yazan cihazda — potensiometrdə qeydə alınır. Antenaların konstruksiyaları çox müxtəlifdir. Millimetrlik və Santimetrlik dalğaları qəbul etmək üçün antena diametri bir neçə on metr olan parobolik bütöv metal güzgüdən ibarət olur. Desimetrlik və metrlik diapazonlarda işləyən radioteleskopun antenası paraboloidə yaxın formalı metal şəbəkədən ibarət olur; belə antena bütöv metal antenaya nisbətən çox ağır olmadığından çox böyük ölçüdə düzəltmək nisbətən asan olur. Bu cür böyük teleskop, adətən, ekvatorial qurğuda quraşdırılır. Radioteleskopda nisbətən ensiz tezlik intervalında radioşüaları qeyd etmək olur. Geniş dalğa uzunluqları diapazonunda kosmik radioşüalanmaların müşahidələrini aparmaq üçün belə teleskopun antenası çox sayda müstəvi metal güzgülərdən düzəldilir. Bu güzgülər ardıcıl olaraq yan-yana elə qurulur ki, alınan bütöv səthin forması paraboloidin seqmentinə oxşamaqla qapalı halqa şəklində olsun.

Значение слова в других словарях