RANQ

is. \[alm. rang < fr. rang "yer, rütbə"\] 1. Rütbə, kateqoriya və s.-yə görə fərqlənmə dərəcəsi. Bu sözdən daha çox hərbdə, diplomatiyada istifadə olunur. □ Diplomatik ranq. 2. tərc. Tezlik lüğətlərində sözformaların və lüğət vahidinin sıra nömrəsi; sıra ardıcıllığı. □ Ranq tezlik lüğəti – 1) Lüğət vahidlərinin azalma tezliyi üzərində qurulmuş lüğət. 2) Ranq üzrə sözlərin, daha doğrusu, onların işlədilməsi (rast gəlinməsi) tezliyi üzrə olan tezlik lüğəti.
RAKURS
RAPİD-ÇƏKİLİŞ
OBASTAN VİKİ
Gəmi ranqı
Gəmi ranqı — döyüş gəmilərinin topların miqdarına, top göyərtəsinin, o cümlədən heyətin sayına görə təsnifat sistemidir. Təsnifat ilk dəfə İngiltərədə yaranmış və sonralar bir qədər düzəlişlərlə digər dəniz dövlətləri tərəfindən geniş istifadə olunmuşdur.
Kristina Ranqelova
Kristina Ranqelova (24 yanvar 1985) — Bolqarıstanı təmsil edən bədii gimnast. == Karyerası == Kristina Ranqelova Bolqarıstanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Matrisin ranqı
Matrisin ranqı— verilmiş matrisin sıfırdan fərqli minorlarının ən yüksək tərtiblisinin tərtibi. == Elementar çevrilmələr == Matrisin ranqını taparkən matrisin elementar çevirmələri adlanan aşağıdakı çevirmələrdən istifadə etmək olar: Matrisin 2 sətir və ya sütunun yerini dəyişmək; Matrisin 2 sətir və ya sütunu toplamaq və ya çıxmaq; Matrisin hər hansı bir sətir və ya sütunu ixtiyari ədədə vurub, digər sətir və ya sütunun üzərinə əlavə etmək; Bu zaman matrisin üzərində aşağıdakı əməlləri aparsaq matrisin ranqı dəyişməz. Bütün elementləri sıfır olan sətir və ya sütunları kənarlaşdırmaq (nəzərə almamaq) olar. Hər hansı sətir və ya sütun, başqa bir sətir və ya sütunun ixtiyari ədədə vurulmasından alınarsa onda bu sətir və ya sütunu kənarlaşdırmaq olar. Başqa sözlə, mütənasib sətir və ya sütunlardan kənarlaşdırmaq olar. == Matrisin ranqının tapılması == Matrisin ranqını tapmaq üçün bu matrisin sətir və ya sütunlarından düzəldilmiş minorunu yoxlamaq lazımdır. Əgər bunlardan birinin determinantı sıfırdan fərqlidirsə, onda matrisin ranqı bu minorun tərtibinə bərabərdir. Əgər bu minorlardan hamısının determinantı sıfıra bərabər olarsa, onda bir vahid az olan minorlara keçirik. Əməliyyatı etdikdən sonra aldığımız minor sıfırdan fərqlidirsə, matrisin ranqı bu minorun tərtibinə bərabərdir. Əks halda yenə bir vahid az olan minorlara keçirik.
Ranqipo
Ranqipo (ing. Rangipo Desert) — Yeni Zelandiyanın Şimal adası ərazisində yerləşın nisbətən sərt iqlimə malik yarımsəhra. Şimal adasında yerləşən Mərkəzi vulkanik platosunuun daxilində yerləşir. Səhranın ümumi sahəsi 1000 km² təşkil edir. Səhranın mərkəzindən magistral avtomobil xətti keçir. Səhrandan şimalda ən iri krater gölü olan Taupo yerləşir. Yaxınlığında Tonqariro və Nqauruxoe aktiv vulkanları vardır. Səhra Kaymanava dağları regionunda 600–1500 m yüksəkliklərdə qərarlaşır. İl ərzində 1500–2500 mm yağıntının düşməsinə baxmayaraq, güclü küləklər, süzülmə və eniş relref suyun bölgədə qalıcılığını mümkünsüz edir. Sahil ərazilərdə cəmi 30 gün şaxta müşahidə edildiyi halda səhrada bu rəqəm 270 günə çatır.
Ranqo (cizgi filmi, 2011)
Ranqo Qrem Kinqin rejissorluğu və Qor Verbinskinin prodüserliyi ilə 2011-ci ildə Vestern janrında ekranlaşdırılmış Amerika kompüter animasiyası filmidir. Ranqo həmçinin Oskar mükafatı qazanıb.
Ranqout
Ranqout (niderl. rondhout, hərfən yumru ağac) — yelkənlərin qaldırılması və açılması (dartılması) və işlək vəziyətdə saxlanılması üçün zəruri olan qurğuların ümumi adı. Qədim zamanlardan ranqout istisnasız olaraq ağacdan düzəldildiyinə görə, onun bütün hissəslərini adətə görə indi də ranqout ağacları adlandırırlar, baxmayaraq ki hal hazırda ranqoutun istehsalı üçün qeyri ağac materiallardan istifadə edirlər. Ranqoutlara aiddir: Dor — reylərin və takelajın bərkidilməsi üçün əsas olan şaquli (dik) dayanan ranqout ağacları. Stenqalar — dorların və stenqaların birləşdirildiyi yerdə marslar və salinqlər quraşdırılır. Reylər — düz yelkənlərin daşınması üçün, üfuqi ranqout ağacları. Yuxarı şkatorinlə reylərə bərkidilirlər. Rü (latın reyləri) -latın yelkəninin daşınması üçün nəzərdə tutulur. Qafel — ranqoutun başqa hissələri kimi, çəpinə yelkənlərin daşınması üçün nəzərdə tutulur, qafelin xüsusiyəti — bir göyərtənin traverzindən əks göyərtənin traverzinə azad yerdəyişmə imkanındadı. Qiklər — çəpinə yelkənlərin alt şkatorinlərinin dartılması(açılması) üçün nəzərdə tutulan ranqout ağacları, hərəkətli ya da bərkidilmiş ola bilərlər.

Значение слова в других словарях