Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rümuzül-işarət
Rümuzül-işarət — Seyid Yəhya Bakuviyə məxsus, digər adı Təvilü və təfsirü-ihdinə-siratəl-müstəqim olan bu əsər nəsrlə yazılmışdır. Bu əsər Şirvanşah I Xəlilullah xanın iştirak etdiyi bir məclisdə, ehtimal ki, onun soruşduğu bir suala Seyid Yəhyanın verdiyi cavabdır və bu ayəinin mənasının açıqlamasını isə o, bir risalə şəklində daha sonra qələmə almışdır. Bu, Seyid Yəhyanın "bir adil şahın hüzurunda soruşulan" ifadəsindən məlum olur. Bu əsərdə Fatihə surəsinin V ayəsi olan "Bizi doğru yola yönəlt" mənasındakı "İhdinəs-siratəl-müstəqim" sözü təfsir və təvil edilərək, işarə, mükaşəfat və muayinə əhlinin qəlb yolundan nəyi hasil etdiyi izah olunur. Bu ayənin ixlas və inancın artmasına vasitə ola bilməsi məsələsinə toxunan müəllif : "Bu izahlar təfsir kitablarına bağlı qalmadan könülə doğan açıqlamalardır." — dedikdən sonra: "O gün belə soruşuldu:"Ənbiya və övliya necə olur ki, özləri də "Bizi doğru yola yönəlt"- diləyində olurlar. Onlar əslində doğru yolda deyillərmi ki, bu doğru yolu istəyirlər" – deyə soruşulan digər bir suala cavab vermişdir. Əsərin Bakı nüsxəsinin adı "Təvil və təfsiri" – İhdinə-siratəl-müstəqim"dir.
İdrət Abdulov
İdrət İbi oğlu Abdulov (5 oktyabr 2001; Lerik rayonu, Azərbaycan — 18 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İdrət Abdulov 2001-ci il oktyabrın 5-də Lerik rayonunun Orand kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan İdrət Abdulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İdrət Abdulov oktyabrın 18-də Ağdərə istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İdrət Abdulov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İdrət Abdulov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Eyn
𐔶 (səslənməsi: /e:/; transkripsiyası: Ē, ē) — Alban əlifbasının yeddinci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Են (En) kimi verilmişdir. Tədqiqatçılar Aşot Abramyan, Jost Gippert və Wolfgang Schulzenin fikrincə, hərfin əsl adı "ēyn" olmalıdır, erməni müəllif isə Է və Ե hərflərini səhv salmışdır. Gürcü dilçi Roman Loluanın fikrincə bu hərf Է hərfinin antiformasıdır.Alban əlifbasında həm uzun [e] səsinin, həm də [ey] diftonqunun qarşılığı kimi işlənilib. Rəqəmsal dəyəri 7 olmuşdur.
Eyr
Eyr-Nort — Avstraliyada ən böyük axarsız şor göl. Materikin quraq, səhralı cənub hissəsində, dəniz səviyyəsindən 16 m aşağıdadır. Yalnız yayda, ona çaylar töküldüyü vaxt su ilə dolur. Bu dövrdə sahəsi təqribən 15000 km²-ə çatır. İlin başqa fəsillərində quruyaraq, şoranlığa çevrilir. 1840-cı ildə gölü kəşf etmiş ingilis səyyahı C. Eyrin şərəfinə adlandırılmışdır. == Mənbə == Azərbaycan sovet ensiklopediyası Bakı 1979.
Azərbaycan işarət dili
Azərbaycan işarət dili — eşitmə və danışma məhdudiyyəti olan azərbaycandilli şəxslərin fikirlərini ifadə etmək üçün qolların, əllərin və barmaqların eyni zamanda istifadə etməsi. Azərbaycanda təxminən 31 000 eşitmə və danışma məhdudiyyətli insan var. == Mənşə == İşarət dili eşitmə və danışma məhdudiyyəti olan insanların istifadə etdiyi dildir. Bu dil rus dilindən götürüldüyünə görə Azərbaycan jestikası ilə üst-üstə düşmür, lakin Azərbaycan işarət dilinin mənfi xüsusiyyətləri də var: elmi jestika ilə ailə içi jestika fərqlənir. Məsələn, bir eşitmə və danışma məhdudiyyəti olan kiçik yaşlı uşaq evdə ailə jestikası ilə danışır, lakin məktəbə getdikdən sonra elmi jestika ilə tanış olur.[mənbə göstərin] == Azərbaycanda işarət dilinin əhəmiyyəti == Azərbaycanda eşitmə və danışma məhdudiyyətli insanların sayı kifayət qədərdir. Bununla əlaqədar olaraq dövlət onlara xüsusi qayğı göstərir. Onlar üçün 2 N-li və 3-N-li Respublika xüsusi internat məktəbləri fəaliyyət göstərir. Həmin məktəblərdə 790 şagird fəaliyyət göstərir. Universitetlərdə bu mövzuda bir çox layihələr və təlimlər keçirilir. Həmin şəxslərin bir çox hallarda ali təhsildən kənar qalmasına görə gələcəkdə eşitmə və danışma məhdudiyyəti olan şəxslər üçün xüsusi fakültələrin və ixtisasların açılması müzakirə olunur.
Ceyn Eyr
Ceyn Eyr – Şarlotta Brontenin çapdan çıxmış ilk romanı. Ceyn Eyr – ədəbi qəhrəman. Ceyn Eyr – 1934-cü ildə çəkilmiş film. Ceyn Eyr – 1943-cü ildə çəkilmiş film. Rəhmsiz – 1952-ci ildə çəkilmiş film. Ceyn Eyr – 1970-ci ildə çəkilmiş film. Ceyn Eyr – 1973-cü ildə çəkilmiş mini-serial. Ceyn Eyr – 1983-cü ildə çəkilmiş mini-serial. Ceyn Eyr – 1996-cı ildə çəkilmiş film. Ceyn Eyr – 1997-ci ildə çəkilmiş film.
Ceyn Eyr (müzikl)
Ceyn Eyr - 2000-ci ildə çəkilən müzikldır. Yazıçı Con Kayrd, bəstəkarı isə Pol Qordandır. == İstehsal tarixi == Müzikl seminarı 1995-ci ildə ABŞ-nin Nyu-York şəhərində yerləşən "Manhattan Theatre Club" adlı klubda keçirilmişdir. Bu seminarda müzikl tənqidçilər tərəfindən müsbət qarşılanmışdır. Müziklın ilk premyerası Kanadanın Toronto şəhərində "Royal Alexandra Theatre" adlı teatrda 1996-cı ildə keçirilmişdir. Rəsmi açılışı isə Nyu-York şəhərinin Manhetten bölgəsində yerləşən "Brooks Atkinson Theatre" adlı teatrda 10 dekabr 2000-ci il tarixində baş tutmuş və bağlanış mərasimi 10 iyun 2001-ci il tarixində son yetmişdir. "Ceyn Eyr" müziklın London premyerası "Royal Academy of Music" konservatoriyasında 2007-ci ilin iyun ayında keçirilmişdir.
Ceyn Eyr (personaj)
Ceyn Eyr — Şarlotta Brontenin Ceyn Eyr əsərindəki baş qəhrəmandır. Hekayə Ceynin körpəlik və uşaqlıq illərində yetim qalması, əvvəlcə müəllim, sonra isə qubernator kimi işləməsi və işə götürən, sirli və əhvalı-ruhiyyəli Edvard Roçesterlə romantik münasibətindən bəhs edir. Jane tənqidçilər tərəfindən etibarlılığı, güclü düşüncəsi və fərdiliyi ilə qeyd olunur. Müəllif, adi bədii və bəlkə də qismən avtobioqrafik qəhrəmanlardan fərqli olaraq, Ceynini qəsdən yaraşıqsız bir fiqur kimi yaratmışdır. Jane, romantik və feminist yazılara göstərdiyi təsirə görə oxucular tərəfindən tənqidi bəyənmələrə görə məşhur bir ədəbiyyat xadimidir. Roman teatr, kino və televiziya da daxil olmaqla bir sıra başqa formalara uyğunlaşdırılmışdır. Ceyn Eyr ana tərəfdən dayısı və varlı arvadı xanım Ridlə yaşayan yetimdir. Cənab Ridin ölümündən sonra onun arvadı Ceynə qulluq etmək üçün qalır. Jane, Jane qayğısının yeganə səbəbinin xeyriyyəçilik olduğunu iddia edərkən ondan inciyən, ona etinasızlıq göstərən və sui-istifadə edən xalası tərəfindən pis rəftar edilir, bu da Ceynin Rid ailəsinə qarşı ümumi qəzəbinə səbəb olur. Böyük əmisi oğlu Con ilə şiddətli mübahisədən sonra Ceyn Qırmızı Otağa, cənab Ridin öldüyü və Ceynin təqib edildiyinə inandığı otağa qapanır.
Ceyn Eyr (roman)
Ceyn Eyr (ing. Jane Eyre) — 16 oktyabr 1847-ci ildə İngiltərənin "Smith, Elder & Co." nəşriyyatı tərəfindən nəşr olunmuş əsərdir. Bu əsər Şarlotta Brontenin ilk çapdan çıxmış romanıdır. == Süjet == Ceyn Eyrin valideynləri dünyadan köçdükdən sonra dayısı Cənab Rid onu öz himayəsi altında alır, lakin bir müddət sonra Cənab Rid dünyadan köçür və dayısının həyat yoldaşı olan Sara Ridin himayəsi altına keçir. Ceyn Eyr 10 yaşında olan zəif bir uşaqdır. Evdə yaşayanlardan hamısının ondan xoşları gəlmirdi. Bu səbəbdən evdə yaşayanlar onu pansion məktəbə göndərməyə qərar verirlər. Ceyn Eyr evi birdəfəlik tərk edərək, məktəbə gedir. O, bir xidmətçi tərəfindən qarşılanır. Ceyn Eyr buranı öz evinə bənzədir.
Brendan Eyx
Brendan Eyx (ing. Brendan Eich; 4 iyul 1961, Pitsburq, Pensilvaniya) — Amerikalı texnoloq və JavaScript proqramlaşdırma dilinin yaradıcısıdır. Mozilla layihəsini və Mozilla Korporasiyasını qurdu və Mozilla Korporasiyasının baş texniki direktoru və qısa müddətdə baş icraçı vəzifəsini icra etdi. O, Brave Brauzerinin baş direktorudur.
Eyc (hərf)
Ե, ե (adı: eyc, erm. եջ) — erməni əlifbasının beşinci hərfi. Orta əsrlərdə "yerkatagir", "qraçagir", "notrgir", "şxagir" yazı üslublarında istifadə edilmişdir.
Eyl Malk
Eyl Malk (ing. Eil Malk) — Palaunun tərkibinə daxil olan ada. mərcan mənşəlli adadır. Adada yaşayış yoxdur. == Coğrafiyası == Palau adasından 23 km cənub-şərqdə yerləşir. Uzunluğu 6 km, eni 4,5 km, sahəsi 19 km² təşkil edir. Maksimal hüündürlük 82 metrdir. İqlimi tropikdir. Tropik siklonların təsirinə məruz qalır. Bir hissəsi sıx şəkildə tropik meşə ilə örtülüdür.
Eyn-İsa
Əyn-İsa (bəzi mənbələrdə Eyn-İsa, Ayn-İsa Ayn İssa; ərəb. عين عيسى‎‎, kürd. Bozanê‎, türk. Ayn İsa) — Suriyanın Raqqa mühafəzəsinin Təll-Abyad rayonunda qəsəbə. Qəsəbə Təll-Abyad ilə Raqqa şəhərləri arasında yerləşir. == Tarix == Eyn-İsa 2015-ci ilin iyun ayında Xalq Qoruma Dəstələri (YPG), Qadın Qoruma Dəstələri (YPJ) və Raqqa İnqilabçılar Briqadası tərəfindən ələ keçirilmişdir. Baxmayaraq ki, çox keçməmiş İraq Şam İslam Dövləti döyüşçüləri tərəfindən yenidən zəbt edilmişdir, YPG qəsəbənin iyul ayının əvvəllərində yenidən ələ keçirmişdir. Suriya Ərəb Respublikasına tabe qoşunlar Əsəd rejiminin Suriya Demokratik Qüvvələri ilə apardığı danışıqlardan sonra 14 oktyabr 2019-cu ildə Eyn-İsanın nəzarətini ələ keçirmişdir ki, qəsəbənin Sülh Bulağı əməliyyatı çərçivəsində Türkiyə nəzarətinə düşməsinin qarşısını alsın. === Eyn-İsa qaçqın düşərgəsi === 2016-cı ilin aprel ayından bəri qəsəbənin yaxınlıqlarında Eyn-İsa qaçqın düşərgəsi fəaliyyət göstərir, hansı ki, 2018-ci ilin iyul ayında 9.000 məcburi köçkünə ev sahibliyi edirdi. Bu məcburi köçkünlərin əksəriyyəti Deyr əz-Zövr və Rəqqə mühafəzələridən gəlirdi.
Eyr (şəhər)
Eyr (ing. Ayr, şot.kelt Inbhir Àir) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Eyr Aoy
Eyr Aoy (藍井 エイル, Aoi Eiru, d. 30 noyabr 1988, Sapporo) – SME Records ilə əməkdaşlıq edən Yaponiya müğənnisi. Niconico video paylaşma platforması sayəsində kəşf edildikdən sonra 2011-ci ildə ilk sinqlı olan "Memoria"nı buraxmışdır. "Memoria" "Fate/Zero" anime serialının birinci bağlanış mahnısı olmuşdur. Eyr Aoyun mahnıları "Fate/Zero", "Sword Art Online", "Kill la Kill", "The Heroic Legend of Arslan" kimi bir çox anime seriallarında və "Rank Okoku" kimi verilişlərdə istifadə olunmuşdur. O, həmçinin ABŞ, Cənub-şərqi Asiya və Avropada keçirilən anime tədbirlərində iştirak etmiş və çıxış etmişdir. 2016-cı ilin oktyabrında sağlamlığı ilə bağlı problemlərə görə 2016-cı ilin noyabrında Nippon Budokanda baş tutacaq iki günlük konsertdən sonra qeyri-müəyyən müddətliyinə musiqidən ayrılacağını bildirmişdir. 2018-ci ilin fevralında aprel ayından musiqi dünyasına qayıdacağını açıqlamışdır. == Bioqrafiya == Aoy mahnı oxumağa liseydə təhsil alarkən qurduğu qrupda başlayıb. Yaponiya video paylaşma platforması Niconico sayəsində kəşf edildikdən sonra 19 oktyabr 2011-ci ildə "Memoria" adlı ilk sinqlını buraxmışdır.
Eyr yarımadası
Eyr yarımadası (ing. Eyre Peninsula) — Avstraliyanın cənubunda yerləşən yarımada. Ölkənin ayrıca bir regionu. == Coğrafiyası == Eyr yarımadası Cənubi Avstraliya ştatının ərazisində yerləşir. Şərqdən Spenser körfəzi, qərbdən isə Böyük Avstraliya körfəzi ilə əhatələnir. Şimaldan isə Qoler dağı ilə əhatələnir. İqlim baxımından qərb rayonları quraq, cənub rayomnları isə mülayimdir. Yay ayları orta temperatur 25—29 °C, daxili rayonlarda 34 °C, qış ayları isə 15—18 °C olur. Noyabrdan aprelə qədər Eyrdə meşə yanğınları müşahisdə edilir. Yarımada ərazisində Linkoln, Koffin-Bey, Qoler Reynciz milli parkları vardır.
Eyr şəhəri
Eyr (ing. Ayr, şot.kelt Inbhir Àir) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Eyşa Karrera
Eyşa Karrera (6 avqust 1973, Nyu-York, ABŞ) — ABŞ pornoaktrisası, ssenaristi və modelidir. 300-dən artıq pornoqrafik filmdə iştirak etmişdir. Eyşa Karrera ateistdir. == Həyatı == Eyşa Karrera 1973-cü ildə ABŞ-nin Nyu-York şəhərində anadan olmuşdur. Atası yapon, anası alman əsillidir. Ailədə 4 uşaqdan biridir. Uşaqlıq vaxtında piyano dərsləri almışdır. 1990-cı ildə barlarda striptizçi olaraq çalışmışdır. 1993-cü ildə isə artıq porno kassetlər yayımlamışdır. Bəzən "Cessika Bennett" ləqəbi ilə də filmlərdə iştirak etmişdir.
Eyşa Korrera
Eyşa Karrera (6 avqust 1973, Nyu-York, ABŞ) — ABŞ pornoaktrisası, ssenaristi və modelidir. 300-dən artıq pornoqrafik filmdə iştirak etmişdir. Eyşa Karrera ateistdir. == Həyatı == Eyşa Karrera 1973-cü ildə ABŞ-nin Nyu-York şəhərində anadan olmuşdur. Atası yapon, anası alman əsillidir. Ailədə 4 uşaqdan biridir. Uşaqlıq vaxtında piyano dərsləri almışdır. 1990-cı ildə barlarda striptizçi olaraq çalışmışdır. 1993-cü ildə isə artıq porno kassetlər yayımlamışdır. Bəzən "Cessika Bennett" ləqəbi ilə də filmlərdə iştirak etmişdir.
II Eye
II Eye (e. ə. XIV əsr, Ahmim[d], Sövhac mühafəzəsi[d] – e. ə. XIV əsr, Teben) — Misir fironu.
Yeş Atid
Yeş Atid (ivr. ‏יֵשׁ עָתִיד‏‎) — İsraildə mərkəzçi siyasi partiyadır. Yair Lapid tərəfindən 2012-ci ildə təsis edilmiş və İsrail cəmiyyətinin mərkəzi hesab etdiyi şeyi təmsil etməyə çalışır: dünyəvi orta sinif. Əsasən vətəndaş, sosial-iqtisadi və idarəetmə məsələlərinə, hökumət islahatı və ultra-pravoslavlar üçün hərbi azadolma layihələrinə son qoyulması ilə xarakterizə edilir. 2013-cü ildə etdiyi ilk seçkidə, Yeş Atid, 120 yerlik Knessetdə 19 yer qazanaraq, ikinci yeri tutdu. Bundan sonra Benyamin Netanyahunun Likud başçılıq etdiyi koalisiyaya daxil oldu. 2015 seçkisində partiya Netanyahunu dəstəkləməkdən imtina etdi; Əhəmiyyətli bir geriləmədən əziyyət çəkdikdən və yer itirəndən sonra müxalifətə qoşuldu.
Karolina Eyk
Karolina Eyk (alm. Carolina Eyck‎; 26 dekabr 1987, Berlin) — Termenvoks elektron alətində ifa edən alman musiqiçisi. Bu alətdə çalmağın ən məşhur müasir populyarlaşdırıcılarından biridir. == Bioqrafiya == Karolina Eyk 26 dekabr 1987-ci ildə anadan olub. Sorb mənşəli bəstəkar Karolina Eyk dünyanın aparıcı virtuozlarından biridir. Berlin Filarmoniyasında debütündən sonra o, Bazeldə keçirilən Bohuslav Martinu Beynəlxalq Musiqi Festivalına, Davos Festivalına (İsveçrə), Konzerthaus Berlin, Großes Festspielhaus Salzburg (Avstriya) və Teatro Nacional Lissabon (Portuqaliya) dəvət olunub. Polşa, Çexiya, Lüksemburq, İsveç, Finlandiya, Böyük Britaniya,İtaliya, İsveçrə, Avstriya, Yaponiya, Meksika, Çili, Portuqaliya, Macarıstan, Pakistan,Türkiyə və Amerika Birləşmiş Ştatları onun konsert verdiyi ölkələrdir.Konsert turları zamanı Eyk Heinz Holliger, Robert Kolinsky, Gerhard Oppitz, Andrey Boreyko, Michael Sanderling, Gürer Aykal, John Storgårds, Berlin Radio Simfonik Orkestri, Bern Simfonik Orkestri, Essencheil Philaster kimi digər musiqiçi və orkestrlərlə işləmişdir. Brandenburq Dövlət Orkestri, Ştutqart Filarmonik Orkestri, Lapland Kamera Orkestri, Heydelberq Simfonik Orkestri və Salzburq Motsart orkestri onun konsert verdiyi orkestrlər arasındadır. O, Yaponiyada və San-Fransiskoda Lera Auerbaxın "Kiçik su pərisi" tamaşası ilə Hamburq baletinin qonaq musiqiçisi olub. Eyk 2012-ci ildə Fazıl Sayın iki simfoniya olan "Mesopotamiya" və "Kainat"ın dünya premyerasında Theremin solo ifa edib.
Ey Ey Tet
Ey Ey Tet (13 dekabr 1992) — Myanmalı üzgüçü. Ey Ey Tet Myanmanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ey Ey Tet birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 30.25 saniyəlik nəticəsi ilə 70-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Siret çayı
Siret çayı (rum. Siret, ukr. Серет, mac. Szeret, antik dövrdə — Hierasus)— Dunayın sol qoludur. == Coğrafi mövqeyi == Başlanğıcını Karpat dağlarından götürür, daha sonra isə Moldova yüksəkliyindən keçir. Onun uzunluğu-740 km-dir. Hövzəsinin sahəsi isə- 43 960 km²-dir. Çay dağlıq ərazilərdən Ukrayna ərazisindən 115 km məsafədə axır. Daha sonra Rumıniyanın ərazisinə daxil olur. == Əsas qolları və qidalanması == Sucava, Balaca Siret-Ukrayna ərazisindən axan qollarıdır.
İsmət Abasov
İsmət Abasov (25 may 1954, İrəvan) — Azərbaycan Respublikasının keçmiş kənd təsərrüfatı naziri, İqtisad elmləri üzrə fəlsəfə doktoru, Yeni Azərbaycan Partiyasının üzvü. Azərbaycan Respublikası Baş nazirinin müavini. == Həyatı == İsmət Dursun oğlu Abasov 25 may 1954-cü ildə İrəvan şəhərində anadan olmuşdur. 1971-ci ildə İrəvan şəhəri M. F. Axundov adına 9 saylı orta məktəbi, 1976-cı ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1976–1980-ci illər Azərbaycan Dövlət Üzümçülük və Şərabçılıq Komitəsində Təchizat, Tədarük və Satış İdarəsində böyük mühəndis və şöbə rəisi, 1980–1989-cu illər Bakı Şampan Şərabları zavodunun planlaşdırma-istehsalat şöbəsinin rəisi və kommersiya məsələləri üzrə direktor müavini, 1989–1990-cı illər Bakı biskvit fabrikinin iqtisadi məsələlər üzrə direktor müavini, 1990–1993-cü illər Bakı 1 saylı şərab zavodunun iqtisadi məsələlər üzrə direktor müavini, 1993–1997-ci illər Bakı tütün kombinatında istehsalat üzrə direktor müavini, inzibati direktor, 1997–2004-cü illər Respublika Kənd Təsərrüfatı nazirinin 1-ci müavini işləmiş, 23 oktyabr 2004-cü ildən 22 oktyabr 2013-cü ilə kimi isə Respublikanın Kənd Təsərrüfatı naziri olmuşdur. İqtisad elmləri üzrə fəlsəfə doktorudur, 1990-cı ildə Bakı şəhər Sovetinin deputatı seçilmişdir. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2005-ci ildən isə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvüdür. 22 oktyabr 2013-cü ilə kimi Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti idi. İsmət Abasov 2010-cu il may ayının 13–14-də İrəvan şəhərində keçirilən BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı — FAO-nun 27-ci regional konfransında Əli Bayramov və Rəşad Məcidov ilə birgə iştirak etmişdir. 22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri vəzifəsindən azad edildikdən sonra həmin tarixdən Azərbaycan Respublikası Baş nazirinin müavini təyin olunmuşdur.
İsmət Axundov
İsmət Axundov — azərbaycanlı rəssam, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, Mirzə Qədim İrəvaninin nəticəsi, Münəvvər xanımın oğlu. == Həyatı == İ.Axundov 1925-ci ildə anadan olmuşdur, orta təhsilini İrəvanda almış, sonradan Ə.Əzimzadə adına rəssamlıq məktəbini bitirmişdir. Bədii fondun direktoru olmuşdur (1972-ci ilə kimi). Əsasən peyzaj janrında çalışmışdır. İçəri şəhər, Şamaxıya həsr olunmuş əsərləri xüsusi maraq doğurur.
İsmət Giritli
İsmet Giritli (17 aprel 1924, Krım, SSRİ – 3 fevral 2007, İstanbul) — türk hüquq professoru və yazıçısı idi. 1924-cü ildə Krımda anadan olub. İbtidai təhsilini burada başa vurduqdan sonra Kabataş Oğlanlar Liseyində oxudu . Sonra İstanbul Universiteti Hüquq Fakültəsinə daxil oldu və 1964-cü ildə həmin fakültənin inzibati hüquq şöbəsində professor oldu.1961 Konstitusiyasını hazırlayan elm adamlarından olan Giritli, Barolar Birliyinin Nümayəndəsi olaraq Təsis Məclisinin üzvü seçildi. Giritli həmçinin, Türk Milli Gənclər Təşkilatının başçısı və Birləşmiş Millətlər Təşkilatındakı Türk Nümayəndəliyində məsləhətçi olmuşdur. 1964–1968-ci illər arasında ilk TRT İdarə Heyətinin üzvü və sədri olmuşdur. Dr. Giritli, 1968-ci ilin yanvarında ilk televiziya yayımını edən komandanın başında idi. İsmet Giritli 1958–1959-cu illər arasında Nyu-Yorkdakı Kolumbiya Universiteti Hüquq Fakültəsində və 1968–1969-cu illər arasında Kolumbiya Universiteti Orta Şərq İnstitutunda qonaq professor olaraq çalışmışdır. Mühazirə Memorandumları (Əlli İllik Türk Siyasi İnkişafı 1919–1969) adı altında nəşr olundu 1971–1972-ci illərdə Vaşinqtonda Corctaun Universitetində Yaxın Şərqdə Amerika-Sovet rəqabəti mövzusunda dərs verdi və Vudro Vilson Mərkəzində ingiliscə olaraq yazdığı "Orta Şərqdə supergüclər" adlı kitab İstanbul Universiteti Hüquq Fakültəsi nəşrləri arasında yer aldı.
İsmət Hacıyev
İsmət Şölət oğlu Hacıyev (20 yanvar 1993; Quba, Azərbaycan — 27 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İsmət Hacıyev 1993-cü il yanvarın 20-də Quba şəhərində anadan olub. 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı. == Hərbi xidməti == İsmət Hacıyev 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun baş leytenantı olan İsmət Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsmət Hacıyev sentyabrın 27-də Madagizin azad edilməsi zamanı şəhid olub. Quba şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmət Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmət Hacıyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmət Hacıyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən İsmət Hacıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
İsmət Məmmədov
İsmət Hikmət oğlu Məmmədov (2 avqust 1993; Kürdəmir rayonu, Azərbaycan — 8 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İsmət Məmmədov 1993-cü il avqustun 2-də Kürdəmir rayonunun Sor Sor kəndində anadan olub. Ailəli idi. 2 yaşlı Dəniz adında qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan İsmət Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsmət Məmmədov oktyabrın 8-də Madagizin azad edilməsi zamanı şəhid olub. Kürdəmir rayonunun Sor Sor kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmət Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İsmət Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
İsmət Namazov
İsmət Nüsrət oğlu Namazov (17 iyul 1996, Mahmudlu, Şəmkir rayonu – 27 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İsmət Namazov 1996-cı il iyulun 17-də Şəmkir rayonunun Mahmudlu kəndində anadan olub. 2002–2013-cü illərdə Y. Əsgərov adına Mahmudlu kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. İnci və Tunar adında iki övladı yadigar qaldı. == Hərbi xidməti == İsmət Namazov 2014–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İsmət Namazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. İsmət Namazov oktyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şəmkir rayonunun Mahmudlu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmət Namazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmət Namazov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmət Namazov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
İsmət Nəcəfov
İsmət Məhəmməd oğlu Nəcəfov — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == İsmət Məhəmməd oğlu Nəcəfov 21 yanvar 1933-cü ildə Qax rayonunun Sarıbaş kəndində anadan olub. 1940-cı ildə Qax orta məktəbinə daxil olmuş, 1950-ci ildə həmin məktəbi medalla bitirmişdir. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika-riyaziyyat fakültəsinə daxil olmuş və universitetdə Lenin təqaüdü ilə oxumuşdur. 1955-ci ildə ADU-nu fizika ixtisası uzrə fərqlənmə diplomu ilə bitirmiş və 1956-cı ildə Moskva Dövlət Universitetinin nəzəri fizika ixtisası uzrə aspiranturasına daxil olmuşdur. 30 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Evlidir, İki övladı var. == Təhsili, elmi dərəcə və elmi adları == 1950–1955-ci illərdə Bakı Dövlət Universiteti fizika fakültəsinin tələbəsi. 1956–1959-cu illərdə MDU-nun aspirantı. 1959-cu ildə MDU-da "Tormozlanma şüalanması və elektron-pozitron cütünün yaranması proseslərində polyarizasiya effektləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
İsmət Qayıbov
İsmət İsmayıl oğlu Qayıbov (8 oktyabr 1942, Kirovabad – 20 noyabr 1991, Qarakənd, DQMV) — Azərbaycan Respublikasının ilk Baş Prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri. O, 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində şəhid olmuşdur. == Həyatı == === Erkən illəri === İsmət Qayıbov 8 oktyabr 1942-ci ildə Azərbaycanın Gəncə şəhərində müəllim ailəsində anadan olub. Əslən Qazax rayonunun Aşağı Salahlı kəndinin Qayıbovlar (II) soyundandır. Onun valideynləri, atası İsmayıl və anası Füruzə Respublikanın əməkdar müəllimi olub. Orta təhsilini Gəncə şəhərindəki 1 saylı orta məktəbdə almışdır. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirir. 1963-cü ildə əmək fəaliyyətinə başlamış, 1965-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, 1969-cu ildə Əli-Bayramlı Şəhər Komsomol Komitəsinin birinci katibi seçilir. === Prokurorluq fəaliyyəti === 1971-ci ilin mart ayında Azərbaycan SSR-in prokurorluq orqanlarına qəbul olmuş – 26 Bakı komissarı rayonunun prokuror köməkçisi vəzifəsinə təyin edilmişdir.
İsmət Qurbanov
İsmət Firuz oğlu Qurbanov (22 aprel 1998; Şəmkir rayonu, Azərbaycan — 4 noyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İsmət Qurbanov 1998-ci il aprelin 22-də Şəmkir rayonunun Varlı Həyat kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan İsmət Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsmət Qurbanov noyabrın 4-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmət Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmət Qurbanov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmət Qurbanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
İsmət Səttarov
İsmət Rəcəb oğlu Səttarov (1983, Bakı) — Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri. == Həyatı == İsmət Səttarov 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin "İqtisadi kibernetika və tətbiqi riyaziyyat" fakültəsində təhsil almışdır. Texnika elmləri üzrə fəlsəfə doktorudur.2000–2004-cü illərdə bank sektorunda çalışıb, 2004-cü ildən 2010-cu ilə qədər isə Heydər Əliyev Fondunun Analitik-informasiya şöbəsində fəaliyyət göstərib.2011-ci ildən yeni yaradılmış "Region TV" adlı prodüser qrupunun direktoru vəzifəsini icra edib, 2014-cü ildən həmin prodüser qrupunun əsasında yaradılmış "Region TV" telekanalının direktoru olmuşdur. 2016-cı ildən ARB Media Qrupun rəhbəri, "ARB24" MMC-nin direktoru vəzifəsini icra etmişdir.İsmət Səttarov 2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə yenidən 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir.2020-ci il aprel ayının 6-da Milli Televiziya və Radio Şurasına sədr seçilmişdir.Evlidir, bir övladı var.
İsmət İmanov
İsmət Qismət oğlu İmanov (2 aprel 1998, Ərəbmehdibəy, Ağsu rayonu – 8 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == İsmət İmanov 2 aprel 1998-ci ildə Ağsu rayonunun Ərəbmehdibəy kəndində dünyaya göz açmışdır. Orta təhsilini 2004-2015-ci illərdə almışdır. İsmət orta məktəbi bitirdikdən sonra 2016-cı ilin 4 aprelində hərbi xidmətə yollanmışdır. Bu müddətdə Qazax rayonunda ön cəbhədə xidmət etmişdir. 2017-ci ilin oktyabr ayında hərbi xidmət müddəti bitdikdən sonra mülki şəxs olaraq fəaliyyət göstərmişdir. 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsindən sonra ölkədə qismən səfərbərlik elan olundu. İsmət İmanov da səfərbər olunmuş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon üzrə ünvanına yaxınlaşmışdır. Azərbaycan Ordusunun əsgəri olan Bəhrəm İlyasov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində 29 sentyabr 2020-ci ildən etibarən könüllü əsgər kimi iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Hadrutun, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
İsmət İnönü
Mustafa İsmət İnönü (türk. Mustafa İsmet İnönü; 24 sentyabr 1884[…], İzmir, Aydın vilayəti – 25 dekabr 1973[…], Ankara) — Türkiyə Respublikasının 2-ci prezidenti və 1-ci, 3-cü və 13-cü baş naziri. Etnik kökən olaraq kürd olan İsmət İnönü Bitlisli Kürümoğulları nəslindən olmuşdur. "Kürümoğulları" mənşə etibarilə türk-oğuz boyu olan "Göklən"lərin törəmələridirlər.Prezident vəzifəsini Mustafa Kamal Atatürkün ölümündən bir gün sonra, 11 noyabr 1938–22 may 1950-ci illər arasında icra etmişdir. Cümhuriyyət Xalq Partiyası konqresi tərəfindən ona "Milli şef" ünvanı verilmişdir. İnönü İstiqlaliyyət müharibəsində iştirak etmiş, Lozanna müqaviləsini imzalamış və dəfələrlə baş nazir vəzifəsini icra etmişdir. 1925–1937 illəri arasında 12 il fasiləsiz baş nazir olmasına baxmayaraq, Türkiyə Cümhuriyyəti tarixinin ən uzun müddətdə: cəmi 17 il 11 aylıq bir müddətdə baş naziri olmuş şəxsdir. Türkiyə Qurtuluş Savaşı dövründəki 1-ci və 2-ci İnönü döyüşlərində göstərdiyi xidmətlərə görə 1934-cü ildə Türkiyədə "Soyadı Qanunu" qəbul edildikdən sonra Mustafa Kamal Atatürk tərəfindən Mustafa İsmət Paşaya İnönü soyadı verilmişdir. == Erkən həyatı və Osmanlı dövrü == İsmət İnönü, 24 sentyabr 1884-cü ildə İzmirdə Rəşid Əfəndi və Cevriyə Təməlli xanımın ikinci oğlu olaraq dünyaya gəlir. Rəşid Əfəndi əslən Bitlisin tanınmış kürd ailələrindən biri olan Kürümoğulları nəslindəndir.
İsmət Əliyev
İsmət Rəşid oğlu Əliyev (1959, Əmirxeyir, Çəmbərək rayonu) — Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, polis general-leytenantı. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Apellyasiya Şurasının Sədri. == Həyatı == Əliyev İsmət Rəşid oğlu 1959-cu ildə Ermənistan Respublikasında Krasnoselsk rayonunun Əmirxeyir kəndində anadan olmuşdur. Ailəlidir, iki övladı var. 23 iyul 2015-ci ildə vəfat edən atası professor Rəşid Əliyev uzun illər Azərbaycan Texniki Universitetində İdman kafedrasının müdiri vəzifəsində çalışıb. == Təhsili == 1981-ci ildə fərqlənmə diplomu ilə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunu, 2010-cu ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. == Fəaliyyəti == 1981-ci ildən Daxili İşlər orqanlarında xidmət edir. 1981–2009-cu illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Avtomobil Müfəttişliyi İdarəsinin Təşkilati-analitik bölməsinin dövlət avtomobil müfəttişi; Baş dövlət avtomobil müfəttişi; Bölmə rəisi; Təbliğat və təşviqat şöbəsinin rəis müavini; İdarə rəisinin müavini; Dövlət yol polisi əməkdaşlarının hazırlanması üzrə Tədris Mərkəzinin rəisi; Dövlət Yol Polisi İdarəsinin rəis müavini; Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini; 2009–2014-cü illərdə isə DİN-in Baş Kadrlar İdarəsinin rəisi vəzifələrində işləmişdir. 2015-ci il 1 iyul tarixli 1310 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 805 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini təyin olunmuşdur.
Eye Cue (qrup)
Eye Cue — Broyan Traykovski və Mariya İvanovskadan təşkil olunan Makedoniyalı musiqi dueti. Onları bəzən səhnədə təbilçi İvo Mitkovski müşayiət edir. 2008 və 2010-cu illərdə qrupun "Magija" və "Not This Time" mahnıları Balkan ölkələrində hit olmuşdur. Eye Cue dueti "Lost and Found" mahnısı ilə Makedoniya Respublikasını 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. == Karyera == 13 fevral 2018-ci il tarixində Makedoniya Respublikasının MRT telekanalı Eye Cue musiqili duetinin "Lost and Found" mahnısı ilə Makedoniya Respublikasını Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini elan etmişdir. Mahnı duetin üzvü Broyan Traykovski tərəfindən bəstələnmiş və Makedoniya telekanalına daxil olan 382 mahnı arasından seçilmişdir. Eye Cue 8 may tarixində baş tutan müsabiqənin birinci yarımfinal mərhələsində 11-ci səhnə almışdır. Nəticədə qrup 24 xalla yarımfinalda 18-ci yeri tutaraq, final mərhələsinə yüksələ bilməmişdir. == Heyət == Broyan Traykovski (mak. Боjaн Траjковски) — vokalist Mariya İvanovska (mak.
Eyn Calut döyüşü
Əyn Cəllud yaxud Eyn Calut döyüşü (ərəb. معركة عين جالوت‎ maʿrakat ʿAyn Jālūt) — 1260-cı ilin 3 sentyabrında müsəlman məmlüklər ordusu ilə monqollar arasında Eyn Calutda ("Qoliafın quyusu"; indiki Qalileyanın cənub-şərqində Nazaret şəhəri yaxınlığındakı Yizreel vadisində "Xarod quyusu") baş vermiş döyüş. == Əvvəlki hadisələr == 1251-ci ildə Münke xan xaqan titulu götürdükdən sonra dərhal babası Çingiz xanın planını həyata keçirməyə başladı. O, qərb xalqlarını özünə tabe etmək məqsədinin icrası üçün Çingiz xanın digər nəvəsi olan qardaşı Hülakü xanı seçdi.Ordunun toplanması beş il vaxt aldı və 1256-cı ilə qədər Hülakü xan işğal üçün hazır deyildi. Hülakü xan monqolların İrandakı mərkəzindən döyüşü idarə edərək cənuba doğru hərəkətini davam etdirdi. O, müqavimət göstərmədən təslim olanlara yaxşı davranılmasını, ona qarşı çıxanlara qarşı isə amansız olmağı əmr etmişdi. Hülakü və ordusu bu şəkildə dövrünün ən güclü və uzunmüddətli sülalələrinə qalib gəlmişdir. Monqollar yürüş etdiyi yolun üzərindəki digər ölkələri də özlərinə tabe etdilər və onlar da imperiyanı ordu ilə təchiz edirdilər. Artıq monqollar Bağdada çatdıqda onların ordusunda Kilikiya erməniləri və hətta özlərinə tabe etdikləri Antoxiya knyazlığından frank qüvvələri də vardı. İrandakı sui-qəsdlərin qarşısı alındı.
Emys
Emys (lat. Emys) — heyvanlar aləminin tısbağalar dəstəsinin şirinsu tısbağaları fəsiləsinə aid heyvan cinsi. Orta ölçüyə malik olan və suda yaşayan tısbağalardır. Cins 2 növə bölünür: Emys orbicularis — Bataqlıq tısbağası Emys trinacrisAvropa bataqlıq tısbağası (Bataqlıq tısbağası) Avropa, Qərbi Asiya və Şimali Afrika ərazilərində geniş yayılmışdır. Emys trinacris növü isə 2005-ci ildə Siçiliya adasında qeydə alınmışdır. Bu cinsə (Emys) əvvələr 140 növ daxil idi.. Amerika bataqlıq tısbağaları əvvələr bu cinsə daxil edilsələrdə sonradan Emydoidea cinsinə aid edilmişdir Onlar digər tısbağalara nisbətdə sayları kifayyət qədərdir. Üstəlik qişlamanı rahat keçirirlər. Qışda yerin altında gizlənirlər. Eynən yayın isti vaxtlarıda bu addımı atırlar.
Eos
Eos (yunanca: Ηώς, yaxud Έως) – Yunan mifologiyasında dan şəfəqi ilahəsi, titan Hiperion və Teyanın qızı, Astreyanın həyat yoldaşı və Anem (külək) və Astrın (ulduz) anasıdır. Roma mifologiyasında Avrora adlanır. Astreyin arvadı, dörd külək tanrısının: Evr (cənub-şərq küləyi), Zefir (qərb küləyi), Not (cənub küləyi), Boreyin (şimal küləyi) anası. Rəvayətə görə dan şəfəqi ilahəsi Eos Areslə yatdığına görə Afroditanın qəzəbinə tuş gələrək sevgi düşgününə çevrilir. Mifologiyaya görə məhz səhər tezdən dan şəfəqinin qırmızımtıl rəngi Eosun keçirdiyi gecəyə görə utanmasına işarədir. Onun sevgililəri Klit və Kefal olmuşdur. O, öz sevgililərini xoşluqla olmadıqda zorla özünə tabe etdirirmiş. Yaraşıqlı Tifona vurulan Eos Zevsdən sevgilisini ölməz etməyi xahiş edir. Lakin, onun daim cavan qalmasını xahiş etməyi unudur. Lakin illər keçdikcə yaşlaşan Tifonun qayğısına qalsa da yatağı onunla bölüşməkdən çəkinir.
Eysk
Yeysk — Rusiya Federasiyasında yerləşən şəhər. Krasnodar diyarına daxildir.
Eyso
Eyso - Eyso sülaləsindən ilk Rükyu kralı. Gihonun baş naziri idi, o taxtdan əl çəkərkən yerinə gəlmişdi. Onun hakimiyyəti dövründə vergi sistemində və idarəetmədə inkişaflar başlamışdı. Kumecima, İheya kimi adalar krala vergi verməyə başlamışdı. Amami-Oşima adası da ələ keçirilmişdi. 1272-ci və 1276-cı illərdə Xubilay xanın elçilərini qəbul etmişdi.
Veys
Veys (Xuzistan) — İranın Xuzistan ostanının Bavi şəhristanının Veys bəxşində şəhər və bu bəxşin mərkəzi. Veys Morid (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. ‎Azad Veys-i Ülya (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Ğeys
𐕘 (səslənməsi /ɣ/, transkripsiyası Ġ, ġ) — Alban əlifbasının 41-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Փէս (Pʿēs) kimi verilmişdir. Tədqiqatçı Jost Gippertin fikrincə bu hərfin adı əslində "Ġēs" (Ğeys) kimi olmuşdur və erməni müəllif əslində hərfi "Xēs" kimi ifadə etmək istəmişdir. Buna səbəb kimi isə erməni dilində hələ Ղ hərfinin hələ "ğ" səsini ifadə etməməsi göstərilmişdir. Yəni, əlyazmadakı əlifbanın ilkin forması VIII əsrdən öncə hazırlanmalıdır. Erməni tədqiqatçı Aşot Abramyan yanlışlıqla bu hərfin transkripsiyasını "ǯ" kimi təklif etmişdi (o, bunu erməni əlifbasındakı Ջ qrafeminə bənzərliklə izah edirdi). Bu fikrə Georgi Klimov da qoşulmuşdur. Sergey Muravyev də səhvən bu hərfin /p/ səsi ilə izah etməyə çalışmışdır. Bu hərf Azərbaycan və Udi dillərindəki Ğ hərfinin qarşılığıdır.
Şeys
Şeys — Tövrata görə Adəmin oğludur, siryani dilində bağışlama və hədiyyə mənasını verir. Qabilin Habili öldürməsindən 5 il sonra dünyaya gəlmişdi. Digər qardaşlarının əksinə Şeys əkiz olaraq deyil, tək doğulmuşdur. Şeysin bir adı da Şetdir. Şet yəhudi dilində Allahın hədiyyəsi mənasını verir. O, dünyaya göz açanda Adəmın 130 yaşı vardı. Filosofların bəziləri Şeysin yunan Ağasazimon olduğunu iddia edirlər. Şeys həzrəti Adəmdən sonra peyğəmbər seçilmişdi. Tövratda Adəm və Həvvanın uşaqlarından təkcə Habil, Qabil və Şeysin adı çəkilir və Şeys onların üçüncü oğlu kimi qələmə verilir. Şeys 912 il yaşamış və çoxlu övladı olmuşdu.
Fikrət
Fikrət — kişi adı. Fikrət Babazadə — texnika elmləri doktoru, professor Fikrət Əmirov — Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Fikrət Həşimov — rəssam, dəzgah boyakarı. Fikrət Qəhrəmanov — tibb elmləri namizədi Fikrət MəmmədovFikrət Məmmədov (aktyor) — Aktyor. Filmlərdə iştirak edən. Fikrət Məmmədov (hüquqşünas) — Azərbaycan Respublikasının ədliyyə naziri. Fikrət Məmmədov (televiziya işçisi) — Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinin Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri.Fikrət Mursaqulov — baş redaktor.
Hicrət
Hicrət — ərəb sözü olub başqa yerə getmək, köçmək mənasını ifadə edir. Məhəmməd peyğəmbərin və onun tərəfdarlarının 622-ci ilin sentyabrında Məkkədən Mədinəyə köçməsi kimi tarixdə qalmışdır. Xəlifə Ömərin dövründə (634-644) Hicrət ili (622) müsəlman təqviminin başlanğıcı elan edildi. == Hicri təqvimi == Hicri təqvim, hicrətdən başlanan müsəlman təqvimidir. Hicri təqvim iki növdür: hicri-qəməri (ərəbcə-Ay) və hicri-şəms (ərəbcə-Günəş). Hicri-qəməri təqvimin ayları bunlardır: Məhərrəm; Səfər; Rəbiüləvvəl; Rəbiülaxır; Cəmadiyələvvəl; Cəmadiyəlaxır; Rəcəb; Şaban; Ramazan; Şəvval; Zilqədə; Zilhiccə.
Sürət
Sürət — gedilən yolun zamana nisbətinə bərabər olan kəmiyyətdir. Düsturla ifadəsi isə belədir: v = s t {\displaystyle v={\frac {s}{t}}} Burada s-düzxətli bərabərsürətli hərəkətdə gedilən yol, t - həmin yolu getmək üçün sərf olunan zaman, v - isə sürətdir. Sürət vahidləri 1 s m s a n {\displaystyle 1{\frac {sm}{san}}} (SQS sistemində), 1 m s a n {\displaystyle 1{\frac {m}{san}}} (BS sistemində) -dir. Cismin hərəkət halı təkcə sürətin qiyməti ilə deyil, həm də hərəkətin istiqaməti ilə xarakterizə olunduğundan sürət vektorial kəmiyyətdir.
İffət
İffətli bir insan əxlaqsız hesab edilən cinsi fəaliyyətdən və ya hər hansı bir cinsi fəaliyyətdən çəkinər. İslamda evli və ya subay qadın və kişilər üçün qanuniliyin xaricində cinsi əlaqədə olmaq qadağandır. İslamda qadağan edilmiş hökmlər kişilərə və qadınlara eyni dərəcədə aiddir.
İmarət
İmarət stadionu — Ağdam şəhərində yerləşən stadion. İmarət Qərvənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. İmarət qəbiristanlığı — Ağdamda Qarabağ xanı ailəsinin məzarları olan məqbərə-kompleks. İmarət Tayfa İmarət (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. İmarət (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
İprit
İprit (kimyəvi adı: dixlordietilsulfid) — İprit yağlı maye halında olan maddədir. Kimyəvi təmiz iprit rəngsiz, texniki iprit isə tərkibində olan qarışıqların təsirindən tünd – qəhvəyi rəngdə, istiot və ya sarımsaq iyi verən maddədir. Xüsusi çəkisi 1,3 q/sm3 , qaynama temperaturu 2170 °C, donma temperaturu isə mənfi 140 C-dir. İprit suda çətin, yağ və üzvi həlledicilərdə isə yaxşı həll olur. Suda həll olmuş iprit normal temperaturda hidroliz olaraq tiodiqlikol və xlorid turşusu əmələ gətirir. == Toksiki xassələri == İprit orqanizmə hərtərəfli təsir göstərir. O, maye-damcı halında dəri üzərinə düşdükdə bir necə saatdan sonra (4–24 saat) dəridə qızartı əmələ gəlir, qızartı getdikcə böyüyür, 2–3 gündən sonra kiçik köplər əmələ gəlir, bu köplər getdikcə böyüyərək 3–5 gündən sonra partlayır, onun yerində yaralar əmələ gəlir və onları da uzunmüddətli müalicədən sonra sağaltmaq mümkün olur. Əgər iprit buxarları gözə düşərsə, 2–4 saatdan sonra gözlərin şişməsi, göz yaşlarının axması, işıqdan qorxma və görmə qabiliyyətinin pozulması halları baş verir. İprit buxarları tənəffüs yollarına düşdükdə 4–12 saatdan sonra zəhərlənmə halları özünü büruzə verir. Quru öskürək və səsin batması müşahidə olunur.
İvrit
İvrit dili, həmçinin ibri dili və ya ibrani dili (ivr.: עִבְרִית, ʿĪvrīt, tələffüzü [ivˈʁit ] ( dinlə) və ya [ʕivˈrit ] ( dinlə); səm.: ࠏࠁࠓࠉࠕ) — sami dillərinin Kənan dilləri qrupuna daxil olan dil. 1948-ci ildən İsrailin rəsmi dilidir. E.ə. II–I minilliklərdə Fələstin yəhudiləri bu dildə danışırdılar. Qədim yəhudi dilinin mühüm abidəsi olan "Əhdi-ətiq"in ən qədim hissəsi e.ə. XIII–XII əsrlərə aiddir. Eramızın əvvəlindən arami dilinin sıxışdırdığı ivrit dili mədəniyyət və din dili kimi qalmışdı. Orta əsrlərdən bədii, fəlsəfi, elmi və dini ədəbiyyat dilidir. XIX əsrin sonundan XX əsrin əvvəlindən yenidən danışıq dili kimi istifadə olunur. Müasir ivrit dili qədim yəhudi dilinin morfoloji xüsusiyyətlərini saxlamaqla, semantik və sintaktik cəhətdən idiş və digər german, Habelə slavyan dillərinin təsirinə məruz qalmışdır.
İzzət
Hörmət və ya Sayğı — şəxsiyyətə hörmətlə yanaşmaq, tənqidi şəxsin özü deyil onun fikrinə yönəltmək, etirazı mədəni şəkildə etmək, heç kimin fikrini "lağa" qoymamaq, hamının danışmaq hüququ olduğunu dərk etmək Yeri gəldikdə güzəştə getməyi bacarmaq, "özünə rəva bilmədiyini, başqalarına rəva bilmə" atalar sözünü unutmamaq.Hər kəsə hörmət edən, sayğı göstərən və eyni zamanda da özünə hörmət qazanmağa çalışan insan bacarmalıdır. "Buyurun", "bağışlayın", "zəhmət olmasa", "üzr istəyirəm", "minnətdaram" və s. kimi kəlmələri dildə vərdişə çevirmək bacarığı; fikrini əsaslandırmaq, əsassız fikirdən qaçmaq bacarığı; "Bu mənim şəxsi fikrimdir", "Bu onun şəxsi fikridir", "Hər kəsin öz fikrini söyləmək haqqı var" və s. kimi düşüncələrini normal qəbul etməklə ona dəstək vermək bacarığı.
İşarə
İşarə — Dildə müəyyən mənanın ifadəçisi, göstəricisi, semiotikanın əsas məfhumu. Dilçilikdə işarə olunanla işarə edən arasında kauzal əlaqəni bildirən siqnal və ya əlamət. Məsələn, dərinin sarı rəng olması müəyyən xəstəliyin simptomu ola bilər. Ancaq "sarı" rənglər spektrində konkret bir rəngin adıdır. F. de Sössür dili işarələr sistemi kimi götürür və onun aşağıdakı əlamətlərini müəyyən edir: a) ikitərəflilik. İşarə bir tərəfdən səsi və ya qrafik reallaşan (işarələyən), o biri tərəfdən isə ideyanı, cismin konsepsiyasını bildirir (işarələnən). Məlumdur ki, Ç.Pirs (1839-1914) işarənin güclü tərəfindən çıxış edirdi; işarənin substansiyası, işarələnən və danışan; b) ixtiyarilik. İşarələyənlə işarələnən arasındakı əlaqə şərti olsà da, ixtiyaridir, çünki onlar arasında əlaqənin heç bir motivi yoxdur; c) xəttilik. Mənaca dərk edilən hər bir işarə müəyyən zaman daxilində baş verir.İşarə nəzəriyyəsində üç, bəzən isə dörd aspekt fərqləndirilir: sintaktik aspekt işarələr arasındakı əlaqəni öyrənir (sintaksis), semantik aspekt işarə ilə onun ifadə etdiyi məna arasındakı əlaqəni (semantika), praqmatik aspekt işarə ilə onun spesifik tətbiqi məqam arasındakı əlaqəni (praqmatika) və nəhayət, siqmatik aspekt (işarə ilə xarici aləm arasındakı əlaqəni öyrənir) (siqmatika).
İşlər
Peşə, iş, məşğuliyyət ya da sənət — insanın fiziki və mənəvi qüvvəsinin tətbiq sahəsi olub, xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş insanın əmək fəaliyyətidir. Əməyin ilk bölgüsü müəyyən insan qruplarının və ya fərdin heyvandarlıqla və əkinçiliklə məşğul olması ilə başlandı. Qrupların və ya fərdlərin birinin heyvandarlıq, digərlərinin isə əkinçilik məhsullarına ehtiyacı yarandı. Beləliklə əmək məhsullarının mübadiləsi prosesi başlandı. Müxtəlif məhsulların mübadiləsi tədricən mürəkkəb xarakter aldıqca, yeni peşələrə, yəni tacirlərə ehtiyac yarandı. Bu peşə sahibləri əmək məhsullarının mübadiləsi ilə məşğul olmağa başladılar. Cəmiyyətin sonrakı inkişafı nəticəsində müxtəlif sənətlər və sənətkarlar, ovçular, dəmirçilər, daşyonanlar, xarratlar, dərzilər və sairə meydana cıxdı və bu da əmək bölgüsündə növbəti mühüm mərhələ oldu. == Peşə və ixtisaslar, onların seçimi == Hər hansı bir peşə (ixtisas) müəyyən qabiliyyət tələb edir, peşələrin (ixtisasların) hamısı üçün isə zəruri olan qabiliyyətlərin, məsələn, yaradıcılıq qabiliyyətinin olması vacibdir. Müəyyən peşəni və ya ixtisası öyrənmək və bu sahədə uğurla çalışmaq üçün insan peşənin şəxsiyyət qarşısında qoyduğu tələblərə uyğun olmalıdır və peşə (ixtisas) seçən şəxslərdən konkretlik, dəqiqlik, icra intizamı, səliqəlik tələb olunur. Bu keyfiyyətlər bəzən bir çox sahələrdə böyük əhəmiyyət kəsb etmir, lakin texnika ilə işləyən şəxslər üçün həyati əhəmiyyətə malikdir.
Şirkət
Şirkət və ya Firma - iki və daha çox fiziki şəxs yaxud hüquqi şəxsin mülkiyyətdən istifadə etməklə, məhsul istehsalı və satışından və ya xidmət göstərilməsində sistematik olaraq gəlir əldə edən hüquqi şəxs
Əşrəf
Əşrəf — ad. === Qadınlar === Əşrəf Pəhləvi- sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin əkiz bacısıdır. Əşrəf xanım Qovanlı-Qacar- İran şahzadəsi. Əşrəf Dehqani- İran xalq partizanları-fədailərin təşkilatçısı və rəhbəri. === Kişilər === Şair Əşrəf - şair Əşrəf Yusifzadə- Aktyor Əşrəf Hüseynov- riyaziyyatçı, Azərbaycanın Əməkdar Elm Xadimi Əşrəf Həsənov- dirijor, pedaqoq, Azərbaycanın xalq artisti (1959), peşəkar təhsil almış ilk azərbaycanlı dirijorlardan biri. Əşrəf Mehdiyev- Qeyrət Partiyasının və Azərbaycan Repressiya Qurbanları Assosiasiyasının sədri. Əşrəf Əliyev- sərbəst güləş üzrə 74 kq çəkidə 2011-ci il dünya bürünc medalçısı. Əşrəf Abbasov- Azərbaycan bəstəkarı, musiqişünas və pedaqoq. Əşrəf Veysəlli- şair Məlik Əşrəf Sulduz- (1344-1356), Elxanlı dövlətinin əmiri, Azərbaycanın hakimi. Mollalar Əşrəf — Azərbaycanlı şair, mühəndis-mexanik, maşınqayırma sənayesi alimi.
Nifrət
Nifrət müəyyən insanlara, əşyalara və ya ideyalara qarşı güclü mənfi emosional reaksiyadır, adətən nəyəsə qarşı müqavimət və ya nifrətlə bağlıdır. Nifrət çox vaxt güclü qəzəb və ikrah hissi ilə əlaqələndirilir. Nifrət bəzən sevginin əksi olaraq görülür. Nifrətlə bağlı bir sıra müxtəlif təriflər və perspektivlər irəli sürülmüşdür. Filosoflar nifrətin mahiyyətini və təbiətini anlamaqla məşğul olmuşlar, bəzi dinlər isə buna müsbət baxır və müəyyən qruplara qarşı nifrəti təşviq edir. Sosial və psixoloji nəzəriyyəçilər nifrəti utilitar mənada başa düşürlər. Bəzi ictimai nifrət nümayişləri bəzən tolerantlığa dəyər verən plüralist mədəniyyətlər kontekstində qanuni olaraq qadağan edilir. Nifrət emosiyaların geniş diapazonunu əhatə edə bilər və mədəni kontekstdən və emosional və ya intellektual reaksiyaya səbəb olan vəziyyətdən asılı olaraq çox fərqli ifadələrə malik ola bilər. Nifrətin baş verdiyi kontekstdən asılı olaraq, müxtəlif cəmiyyətlər ona müsbət, mənfi və ya neytral baxa bilər. == Emosiya == Bir emosiya olaraq nifrət qısamüddətli və ya uzunmüddətli ola bilər.
Ceyn Eyr (film, 1934)
Ceyn Eyr (ing. Jane Eyre) — 1934-cü ildə rejissor Kristi Kaban tərəfindən məhəbbət janrında çəkilmiş ağ-qara filmdir. Bu film Ceyn Eyr əsərinin ilk səsli ekranlaşdırılmış filmidir. Filmin məzmunu romandan fərqli cəhətləri ilə seçilir. == Rollarda == == Xarici keçidlər == Jane Eyre — Internet Movie Database saytında.
Ceyn Eyr (film, 1943)
Ceyn Eyr (ing. Jane Eyre) — 1943-cü ildə Robert Stivenson tərəfindən məhəbbət janrında çəkilmiş filmdir. == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Ceyn Eyr — Internet Movie Database saytında.
Ceyn Eyr (film, 1970)
Ceyn Eyr (ing. Jane Eyre) — 1970-ci ildə məhəbbət janrında çəkilmiş film. Film Ceyn Eyr əsərinin mövzusu əsasında çəkilmişdir. Film 1972-ci ildə Emmi mükafatına layiq görülmüşdür. == Məzmun == Ceyn Eyr valideynləri itirən bir uşaqdır. Ceyn Eyr internat məktəbində oxuyur və buranı bitirdikdən sonra Roçester ailəsində mürəbbiyə kimi işləməyə başlayır. Br müddət Roçester ondan xoşlanmasa da zaman keçdikcə Ceyn Eyr Roçesterin bəraətini qazanmağa başlayır. Onlar arasında sevgi münasibətləri başlayır. Roçester Ceyn Eyr ilə evlənməyə hazırlaşır. Lakin bu zaman Roçesterin gizli saxladığı mövzu haqqında Ceyn Eyr xəbər tutur.
Xarici İşlər Nazirliyi (İsveç)
İsveç Xarici İşlər Nazirliyi (isv. Utrikesdepartementet) — İsveç Krallığının digər dövlət və beynəlxalq təşkilatlarla əlaqələrdən məsul olan mərkəzi hökumət orqanı. == Tarixi == Xarici İşlər Nazirliyinin tarixinə görə 1791-ci ildə Kral III Qustav Beynəlxalq yazışma üçün kral kabineti yaradır. 1840-cı ildə təşkilat adını dəyişərək rəsmi olaraq Xarici İşlər Nazirliyi adını aldı.
İsveç Xarici İşlər Nazirliyi
İsveç Xarici İşlər Nazirliyi (isv. Utrikesdepartementet) — İsveç Krallığının digər dövlət və beynəlxalq təşkilatlarla əlaqələrdən məsul olan mərkəzi hökumət orqanı. == Tarixi == Xarici İşlər Nazirliyinin tarixinə görə 1791-ci ildə Kral III Qustav Beynəlxalq yazışma üçün kral kabineti yaradır. 1840-cı ildə təşkilat adını dəyişərək rəsmi olaraq Xarici İşlər Nazirliyi adını aldı.