rapanui

rapanui
rapakivi
rapanuilər
OBASTAN VİKİ
Rapanui Milli Parkı
Rapanui Milli Parkı Rapanui Milli Parkı (Pasxa adası) (rap. Rapa Nui, isp. Rapa Nui) Çilidə Pasxa adasında və ona bitişik adalarda yerləşən milli parkdır. Ada YUNESKO-nun ümumdünya irsi obyekti kimi şöhrətini və statusunu moai adlı çoxsaylı daş heykəllərə borcludur, onların yaradılması X—XVI əsrlərdə adada məskunlaşmış qədim Rapanui xalqına aid edilir. Milli park təxminən 7 min hektar ərazini əhatə edir. Çilinin 1888-ci ildə nəzarət etməyə başladığı ada Sakit Okeanda, Polineziya üçbucağının cənub-şərq küncündə, Cənubi Amerika sahillərindən 3700 km məsafədə yerləşir. Milli park 1935-ci ildə arxeoloji irsin qorunması və saxlanılması məqsədilə milli park və tarixi abidə statusu alıb. 1995-ci ildə milli park i (insan yaradıcılığının şah əsəri), iii (itirilmiş mədəni ənənənin unikal obyekti) və v meyarları əsasında YUNESKO-nun ümumdünya irs obyektinə çevrildi. Park Milli Meşə Korporasiyası (Corporación Nacional Forestal, CONAF) tərəfindən idarə olunur. Təbii və tarixi irsin qorunması üzrə tədbirlər Çili hökuməti tərəfindən maliyyələşdirilir.
Rapanuilər
Rapanuilər — Pasxa adasında yaşayan yerli xalq. Polineziya mədəniyyətinin ən şərqdə yerləşən nümayəndələri olan rapanuilərin 60%-ə yaxını Pasxa adasında, qalan hissəsi isə Çilinin materikdə yerləşən hissəsində məskunlaşmışdır. Yerlilər ana dilləri ilə yanaşı, Çili İspan dilində də danışa bilirlər. 2002-ci ildə aparılan siyahıya almaya görə 3304 nəfər rapanuili Pasxa adasının Hanqa Roa kəndində yaşayır. Rapanuilərin əsas gəlir mənbəyi adada yerləşən moai adlanan heykəllərə görə adaya gələn turistlərdən əldə olunan vəsaitdir. Rapanui fəalları öz müqəddəratlarını təyin etmə və adaya sahib olmaq haqları üçün mübarizə aparırlar. 2010-2011-ci illərdə Pasxa adasında dəniz parkının yaradılmasına etiraz edən rapanui fəalları ilə Çili polisi arasında toqquşmalar yaşanmışdır. Pasxa adası Moai Makemake (mifologiya) Makemake (cırtdan planet) Rapanui: The Edmunds and Bryan Photograph Collection—documenting Rapa Nui's archaeological wonders and everyday life during the early 1900s "Easter Island - Mysteries & Myths". Joseph Rosendo’s Travelscope. Archived from the original on 2013-06-15.