rapanui
rapid-çəkiliş
OBASTAN VİKİ
Rapanuilər
Rapanuilər — Pasxa adasında yaşayan yerli xalq. Polineziya mədəniyyətinin ən şərqdə yerləşən nümayəndələri olan rapanuilərin 60%-ə yaxını Pasxa adasında, qalan hissəsi isə Çilinin materikdə yerləşən hissəsində məskunlaşmışdır. Yerlilər ana dilləri ilə yanaşı, Çili İspan dilində də danışa bilirlər. 2002-ci ildə aparılan siyahıya almaya görə 3304 nəfər rapanuili Pasxa adasının Hanqa Roa kəndində yaşayır. Rapanuilərin əsas gəlir mənbəyi adada yerləşən moai adlanan heykəllərə görə adaya gələn turistlərdən əldə olunan vəsaitdir. Rapanui fəalları öz müqəddəratlarını təyin etmə və adaya sahib olmaq haqları üçün mübarizə aparırlar. 2010-2011-ci illərdə Pasxa adasında dəniz parkının yaradılmasına etiraz edən rapanui fəalları ilə Çili polisi arasında toqquşmalar yaşanmışdır. == Həmçinin bax == Pasxa adası Moai Makemake (mifologiya) Makemake (cırtdan planet) == Xarici keçidlər == Rapanui: The Edmunds and Bryan Photograph Collection—documenting Rapa Nui's archaeological wonders and everyday life during the early 1900s "Easter Island - Mysteries & Myths". Joseph Rosendo’s Travelscope. Archived from the original on 2013-06-15.