RATİFİKASİYA

(latın ratificatio-israr, iddia etmək, ratus - təsdiqlənmiş və facere-etmək sözlərindən) - beynəlxalq aktı rəsmi surətdə təsdiq etmə; dövlət adından, onun səlahiyyətli şəxsi tərəfindən öncə qəbul etdiyi (imzaladığı) hər hansı bir beynəlxalq müqavilənin (sazişin) - öhdəliyin tam hüquqi qüvvəyə mindirilməsindən ötrü, həmin akt(lar)ın dövlətin Ali hakimiyyəti orqan tərəfindən (bəzi dövlətlərdə-Parlament tərəfindən digər dövlətlərdə-dövlət başçısı tərəfindən) razılığı ifadə edən təsdiq edilməsi; təsdiqetmə siyasi-hüquqi prosesual qaydası. R. məsələsi dövlətin Konstitusiyası tərəfindən müəyyən edilir; tənzimlənir.
PUTÇ
RAYON
OBASTAN VİKİ
Ratifikasiya
Ratifikasiya التصديق – 1) dövlətin ali hakimiyyət orqanının dövlət və ya hökumət nümayəndəsi tərəfindən bağlanmış beynəlxalq sənədləri (müqavilə, saziş) təsdiq etməsi; 2) ali dövlət hakimiyyəti orqanı tərəfindən dövlətin müvəkkil şəxsinin imzaladığı beynəlxalq müqavilənin təsdiqlənməsi. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.

Значение слова в других словарях