RATİN

I
сущ. ратин (шерстяная ткань для верхней одежды с завитым ворсом на лицевой стороне)
II
прил. ратиновый. Ratin palto ратиновое пальто
RASTLAŞMAQ
RAUND
OBASTAN VİKİ
Entertainment Software Rating Board
Entertainment Software Rating Board (ESRB) - ABŞ və Kanadada kompüter video-oyunları və başqa əyləncəli proqram təminatı üçün reytinqlərin qəbul və təyin olunması ilə məşğul olan qeyri-hökumət təşkilatı. 1994-cü ildə Interactive Digital Software Association (indiki adı – Entertainment Software Association) tərəfindən yaradılıb. Oyunun reytinqi məhsulun bağlamasının üzərində çap olunur, onun reklamında yerləşdirilir və saytında göstərilir. İstehsalçı şirkət rəsmi olaraq satışa buraxılmayanadək ona reytinq almağa borclu deyil, çünki işlənib hazırlanma gedişində oyunun məzmunu əhəmiyyətli dərəcədə dəyişilə bilər. Reytinq iki hissədən ibarətdir: reytinq nişanından və məzmunun qısa təsvirindən. Reytinq nişanı, adətən, bağlamanın üz tərəfində sol, yaxud sağ aşağı küncdə yerləşir və oyun üçün ən münasib yaş kateqoriyasını müəyyənləşdirir. Məzmunun təsviri qutunun arxa tərəfində, adətən, sol, yaxud sağ aşağı küncdə yerləşdirilir və oyunun məzmunun bəzi elementlərini sadalayır. ESRB reytinqlərinin loqotipində oyunun tövsiyə olunduğu yaş kateqoriyasının adının başlanğıc hərfləri göstərilir. Hazırda aşağıdakı loqotiplərdən istifadə olunur: • “EC” (“Early childhood”) – “Kiçik yaşlı uşaqlar”; • “E” (“Everyone”) – “Hər kəs”; • “E10+” (“Everyone 10 and older”) – “10 yaşdan yuxarı hər kəs”; • “T” (“Teen”) – “Yeniyetmələr”; • “M” (“Mature”) – “Yetkin yaşlılar”; • “AO” (“Adults Only 18+”) – “Yalnız böyüklər”; • “RP” (“Rating Pending”) – “Reytinq gözlənilir”. Əvvəllər mövcud olmuş “K-A” (“Kids to Adults”) – “Uşaqdan böyüyədək” reytinqi 1998-ci ildə “E” (“Everyone”) ilə əvəz olunub.
Fitch Ratings
Fitch Ratings — reytinq agentliyi kimi tanınan beynəlxalq korporasiya. Əsas fəaliyyəti dünya kredit bazarlarına kredit qabiliyyətinin qiymətləndirilməsinə görə analitik tədqiqatların nəticələrini və məlumatları hazırlamaqdır. == Fitch == Fitch qrupunun tərkibinə aşağıdakılar daxildir: Fitch Ratings Fitch Solutions — Fitch Ratings məhsullarını və xidmətlərini yayan xidmət Algorithmics — şirkətlərin risklərinin idarə edilməsi qərarının verilməsi sahəsində dünya lideri FitchTraining - kredit qabiliyyəti və korporativ maliyyələşmə üzrə treninqlərdə ixtisaslaşıb. == Mülkiyyətçilər və rəhbərlik == Fitch qrupunun səhmlərinin majoritar zərfi Fimalac S.A. şirkətinə məxsusdur (qərargahı Parisdədir). == Tarixi == Fitch Ratings Nyu-Yorkda Con Noulz Fitç tərəfindən 24 dekabr 1913-cü ildə Fitch Publishing Company nəşriyyatı kimi yaradılıb. 1924-cü ildə Fitch «AAA»-dan «D»-ya qədər reytinq şkalası dövriyyəyə buraxdı. 1997-ci ildə Fitch ilə IBCA Limited şirkətinin (qərargahı Londondadır) birləşməsi baş verdi və Fitch sahibi Fimalac S.A. holdinq şirkəti oldu. 2000-ci ilin aprelində Fitch qərargahı Çikaqoda olan Duff & Phelps Credit Rating Co-nı aldı. Fitch həmin il Thomson BankWatch şirkətini aldı. 2006-cı ilin oktyabrında Fitch Ratings brinci ixtisaslaşmış Derivative Fitch reytinq şirkətini təsis etdi.
Ratingen
Ratingen (alm. Ratingen‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya torpağının Düsseldorf inzibati dairəsində şəhər. Sahəsi 88.72 km2, əhalisi 91408 nəfərdir (2009).

Значение слова в других словарях