Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ekvator
Ekvator — şimal və cənub yarımkürələri bir-birindən ayıran, yerin mərkəzindən keçən oxun fırlanma oxuna perpendikulyar müstəvi üzərində yerləşən xəyali dairəvi xətt, ən uzun paralel. Qvineya körfəzində Qrinviç meridianı ilə kəsişir. Ekvator xəttinin uzunluğu 40 min 76 kilometrdir. O yeganə ən böyük en çevrəsidir və onun coğrafi eni 0°-dır. Ekvator xətti Yerin forması sayəsində göyə ən yaxın nöqtəsidir. Eyni zamanda, dəniz səviyyəsinin ən yüksək nöqtəsi ekvatordur.
Eleanor Porter
Eleanor Tomlinson
Eleanor May Tomlinson (19 may 1992, London) — İngiltərə aktrisası.
Elevter Andronikaşvili
Elevter Luarsaboviç Andronikaşvili (gürc. ელეფთერ ანდრონიკაშვილი, rus. Элевтер Луарсабович Андроникашвили; 12 (25) dekabr 1910, Sankt-Peterburq – 8 sentyabr 1989, Tbilisi) — Sovet gürcü fiziki. == Həyatı == 1910 (25 dekabr) 1910 12 dekabr ildə Sankt-Peterburqda anadan olmuşdur. Əcdadları güclü zadəganlardan idilər. Onun qardaşı ədəbiyyatşünas İrakli Andronikaşvili idi. 1932-ci ildə Leninqrad Politexnik İnstitutunu bitirdi. 1934-1945-ci illərdə Tbilisi Dövlət Universitetində mühazirə dərsləri deyirdi. 1942-ci ildən Gürcüstan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda işləmiş, 1951-ci ildən bu institutun direktoru olmuşdur. 1940-1941-ci illərdə və sonra 1945-1948-ci illərdə Moskva Fizikia Problemləri İnstitutunda doktorluq dissertasiyası üzərində işləyir, 1948-ci ildə dərəcə alır.
Eleanor Anna Ormerod
Eleanor Anna Ormerod (ing. Eleanor Anne Ormerod; d. 11 may 1828 — ö. 19 iyul 1901) — ingilis entomoloqu. == Həyatı == Eleanor Ormerod iqtisadi entomologiya sahəsində fəxri doktorluq dərəcəsi almışdır. 1828-ci ildə İngiltərədə Qərbi Qlosterşirdə (İngiltərə) üst sinif bir ailənin 10 övladından biri olaraq dünyaya gəldi. Eleanor da bir çox digər qız uşaqları kimi ilk təhsilini evdə aldı və uşaqların təhsilinə böyük diqqət yetirən ağıllı, sənətçi qadın olan anası Sara tərəfindən yetişdirildi. Eleanor bacı və qardaşlarının da təhsil almasına kömək etdi. Bu təcrübəsi ona mikroskopdan istifadəni, anatomiyanın əsaslarını və canlıların təsnifatı üsullarını öyrətdi. Eleanor həm ailə kitabxanasını, həm də 800 hektarlıq malikanələrini kəşf edə bilmək üçün çox zaman xərclədi.
Eleanor Cek Gibson
Eleanor Cek Gibson (ing. Eleanor J. Gibson) 7 dekabr 1910, Peoriya[d], İllinoys – 30 dekabr 2002, Kolumbiya[d] – ABŞ psixoloqu. 1931-1949-cu illərdə Smit kollecində dərs demişdir. "Perseptiv öyrənmə və inkişafın prinsipləri" (1969) əsərində göstərirdi ki, perseptiv öyrənmə faydalı informasiyalarda sensor stimulyasiyanın əvvəllər buraxılmış imkanlarının yenidən qurulma mexanizminin reallaşdırılması üsuludur. Ən mühüm əsərlərindən biri "Oxu psixologiyası"dır (1975).