Ratte

die; -, -n siçovul, yekə siçan; fig. die ~ verlassen das sinkende Schiff siçanlar gəmini tərk edir (qorxaqlar, yalançı dostlar, etibarsız adamlar təhlükəli bir anda bir quruluşdan, bir şəxsdən ayrılırlar)
Ratskeller
Rattenfänger
OBASTAN VİKİ
Landkreuzer P. 1000 Ratte
Landkreuzer P. 1000 Ratte (Rat), İkinci Dünya Müharibəsi zamanı faşist Almaniyasının ordusu olan Wehrmacht tərəfindən istifadə üçün nəzərdə tutulmuş super ağır tankdır. 1942-ci ildə Adolf Hitlerin təsdiqi ilə Krupp şirkəti ilə birlikdə hazırlanan tank layihəsi 1943-cü ildə Albert Speer tərəfindən ləğv edilmiş və bir daha tamamlana bilinməmişdir. Ümumilikdə 1800 ton olması planlaşdırılan tank Almanların indiyə qədər istehsal etdiyi ən ağır tank olan Panzer VIII Maus tankından on qat daha ağır idi. Əgər istehsal edilsəydi, dünya tarixinin ən ağır tankı olardı. Rəngli rəsm-1 Rəngli rəsm-2 Əsas silah olaraq qülləsində istifadə olunacaq iki ədəd 280 mm-lik top Gneisenau sinifli döyüş gəmilərində istifadə edilmişdir. Layihə ləğv edilməmişdən əvvəl istehsal edilən böyük qüllə daha sonra Norveçdəki sahil mühafizə istehkamına quraşdırılmışdır. Lakin onun harada olduğunu tapmaq mümkün olmamışdır. Digər silahları bir ədəd 128 mm-lik top, 8 ədəd 20 mm-lik Flak 38 zenit silahı və iki ədəd 15 mm-lik Mauzer 151/15 pulemyotu olmalı idi. Tankın hərəkəti biri 8500 at gücü hasil edə bilən iki ədəd MAN V12Z32/44 24 silindrli dəniz dizel mühərriki və ya hər biri 2000 at gücü hasil edə bilən 8 ədəd Daimler-Benz MB501 20 silindrli digər bir dəniz dizel mühərriki ilə təmin edilməli idi. Hər iki variantda da, ümumilikdə 16.000 at gücü təmin ediləcəkdi.