RAYONLARARASI
RAYONLAŞDIRILMAQ
OBASTAN VİKİ
Azərbaycan ərazisinin fiziki-coğrafi rayonlaşdırılması
Azərbaycanın fiziki-coğrafi rayonlaşdırılması — Azərbaycanın fiziki-coğrafi cəhətdən rayonlaşdırılması. == Ümumi məlumat == Azərbaycanın ərazisində müxtəlif relyef formalarına uyğun landşaft kompleksləri vardır. Ona görə də burada bir-birindən fərqlənən fiziki-coğrafi vilayətlər ayrılır. Böyük Qafqaz, Kiçik Qafqaz, Kür-Araz, Lənkəran və Orta Araz ölkədə ayrılan fiziki-coğrafi vilayətlərdir. Onlara bəzən təbii vilayətlər də deyilir. Azərbaycanda fiziki-coğrafi rayonlaşma ölkə → vilayət → yarımvilayət →rayon təsnifatına əsaslanır. Azərbaycanın fiziki-coğrafi vilayətlərə ayrılması, onların rayonlara bölünməsi zamanı geomorfolojı strukturlar və landşaft elementlərinin ümumiliyi əsas amil kimi nəzərə alınır. Onların əsasında burada Böyük Qafqaz və Kür-Araz fiziki-coğrafi vilayətlərinin daxil olduğu Qafqaz ölkəsi, Kiçik Qafqaz, Lənkəran və Orta Araz (Naxçıvan) fiziki-coğrafi vılayətlərinin aid edildiyi Ön Asiya ölkəsi ayrılır. Onlar isə fiziki-coğrafi rayonlaşmada daha kiçik bölgülər sayılan 5 fiziki-cografi vilayətə və 19 fiziki-coğrafi rayona bölünür. Azərbaycan Respublikası ərazisinin fiziki- coğrafi rayonlaşdırılması son 40–45 il ərzində bir sıra tədqiqatçılar (Şıxlinski, Zavriyev, 1949; Zavriyev, 1955; Gül, Müseyibov, 1958; Kərimov, 1959; Müseyibov, 1961; Qvozdetski, 1964; Müseyibov, Budaqov, Kərimov , Şirinov 1965 və b.) tərəfindən aparılmışdır.
Azərbaycanın sinoptik-iqlim rayonlaşdırılması
Gəncə-Qazax rayonu (sinoptik-iqlim rayonlaşdırılması)
Qazaxıstanın iqtisadi rayonlaşdırılması
Qazaxıstanın iqtisadi rayonlaşdırılması — Qazaxıstanın iqtisadi və coğrafi bölgələrə ərazi bölgüsü. Hazırda Qazaxıstanda beş iqtisadi və coğrafi bölgə şərti olaraq seçilir. Qazaxıstan Mərkəzi Asiyanın ən zəngin ölkəsidir. Bu ölkənin ərazisi Volqaboyundan Altay qədər, Qərbi Sibir ovalığından Tyan-Şana qədər uzanır. Ölkənin relyefi əsasən düzənlikdir. Qərbdə Karagiye çökəkliyi ilə birlikdə Xəzəryanı ovalıq. Mərkəz hissəsində Tuqay yaylası tutur. Cənubda isə qızılqum səhrası ilə turan ovalığı çıxır. Şərqdə Altay, Tarbaqatay dağları var. Şimalda isə Sibir düzənliyi var.

Значение слова в других словарях