Windows Registry
Windows Reestr (Windows Registry) – Kompüterdə sistemin bütün sazlanmalarını, quruluşunu özündə saxlayan bazadır. Burada işləyərkən çox ehtiyatlı olmaq lazımdır.
Reestri görmək üçün Start – Run sətrində regedit yazıb Enter vurmaq lazımdır. Reestr 6 bölmədən ibarətdir:
HKEY_CLASSES_ROOT – fayl genişlənmələri haqqında məlumatları özündə saxlayır,
HKEY_CURRENT_USER – müəyyən istifadəçinin sazlanmaları,
HKEY_LOCAL_MACHINE – kompüterdə olan proqramlar, drayverlər haqqında və digər əsas sazlanmalar,
HKEY_USERS – bütün istifadəçilər haqqında məlumatlar,
HKEY_CURRENT_CONFIG – kompüterin konfiqurasiyası.
Reestrdə hər hansı dəyişiklik sistemin işinə təsir edir, buna görə də öz işində arxayın olmayanlara reestrdə işləmək məsləhət görülmür. Ehtiyat üçün reestrin kopyasını götürmək olar. Bunun üçün Start – Run sətrində regedit yazıb Enter vurmaq, File menyusundan Export seçmək, ad yazmaq və Save vurmaq lazımdır.