REGISTRATION
REGRESS
OBASTAN VİKİ
Windows Registry
Windows Reestr (Windows Registry) – Kompüterdə sistemin bütün sazlanmalarını, quruluşunu özündə saxlayan bazadır. Burada işləyərkən çox ehtiyatlı olmaq lazımdır. Reestri görmək üçün Start – Run sətrində regedit yazıb Enter vurmaq lazımdır. Reestr 6 bölmədən ibarətdir: HKEY_CLASSES_ROOT – fayl genişlənmələri haqqında məlumatları özündə saxlayır, HKEY_CURRENT_USER – müəyyən istifadəçinin sazlanmaları, HKEY_LOCAL_MACHINE – kompüterdə olan proqramlar, drayverlər haqqında və digər əsas sazlanmalar, HKEY_USERS – bütün istifadəçilər haqqında məlumatlar, HKEY_CURRENT_CONFIG – kompüterin konfiqurasiyası. Reestrdə hər hansı dəyişiklik sistemin işinə təsir edir, buna görə də öz işində arxayın olmayanlara reestrdə işləmək məsləhət görülmür. Ehtiyat üçün reestrin kopyasını götürmək olar. Bunun üçün Start – Run sətrində regedit yazıb Enter vurmaq, File menyusundan Export seçmək, ad yazmaq və Save vurmaq lazımdır.