REKONSTRUKTİV

sif. \[lat. re- "yenidən" + construktio "qurma"\] tib. □ Rekonstruktiv cərrahiyyə - plastik cərrahiyyənin bir sahəsi olub anadangəlmə və ya bədbəxt hadisə, xəstəliklər nəticəsində əmələ gəlmiş qüsurların cərrahiyyə yolu ilə aradan qaldırılması. Konfransın proqramı hazırlanarkən plastik və rekonstruktiv cərrahiyyə sahəsində ən mübahisəli problemlərə toxunulması və konfransın elmi-praktik səviyyəsinin yüksək olmasına səy göstərilib. "Art of beauti" jurnalı, 2014, №11, səh. 117.
REKOQNİTİV
REKORDER
OBASTAN VİKİ
Rekonstruktiv cərrahi
Rekonstruktiv cərrahi (bərpa cərrahisi) doğuşdan gələn anormallıqlar, inkişaf anomaliyaları, qəza nəticəsindəki yaralanmalar, infeksiyalar, şişlər (xoşxassəli və bədxassəli) və digər xəstəliklər nəticəsində əmələ gələn zədələnmiş bədən qisimlərinə tətbiq edilir. Burada əldə ediləcək görünüşə diqqət edilsə də əsil məqsəd, yaralanmış və funksiyalarını itirmiş bədən qisimlərinə yenidən funksiya qazandırmaqdır. Rekonstruktiv cərrahi özü-özünə yaxşılaşması mümkün olmayan; ya da özü-özünə yaxşılaşdıqda tam yaxşılaşmayan və işləməsi mümkün olmayan orqanları – bədən qisimlərini bərpa edir və funksiyalarını geri qaytarır.
Rekonstruktiv yəhudilik
Rekonstruktiv yəhudilik (ivr. ‏יהדות רקונסטרוקציוניסטית‏‎; Romanizasiya: yahadút rekonstruktsyonistit) ya da (ivr. ‏יהדות מתחדשת‏‎; Romanizasiya: yahadút mitkhadéshet) Mordecai Kaplan tərəfindən yaradılmışdır. Bunlar daha əvvəllər mühafizəkar Yəhudilik içində iştirak etmişlər. Zamanla Kaplanın fikirləri digər Yəhudi məzhəblərinə də təsir etmişdir. Hərəkatın qurucusuna görə Yəhudilər də digər millətlər kimi bir millətdir. “Seçilmişlik” xüsusiyyəti yoxdur. Allah Yəhudiləri deyil, Yəhudilər Allaha seçmişlər. Bunlar yenidən dirilməyi və axirəti rədd edərlər. Tövrat Tanrı vəhyi deyil.

Значение слова в других словарях