Rekuperasiya
Rekuperasiya — texnoloji proseslərdə sərf edilmiş maddələrin yenidən bərpa edilməsi və ilkin halda istehsalata qaytarılması prosesi.
== Ümumi məlumat ==
Rekuperasiya tulantıların sənayedə yenidən istifadə edilməsi kimi də başa düşülür. Belə ki, həlledicilərin rekuperasiyası adsorbentlərin köməyi ilə, xüsusi aparatlarda – adsorberlərdə həyata keçirilir. Adətən, bu məqsədlə aktivləşdirilmiş kömürdən istifadə edilir. Tərkibində həlledici buxarları olan hava, adsorbent layı içərisindən keçirilir. Adsorbent doydurulduqdan sonra ondan həlledicini ayırırlar.