REPRİVATİZASİYA

(latın re-burada təkrar olunmanı, bərpa olunmanı bildirən önlük və privatus-şəxsi, xüsusi) - təkrar özəlləşdirmə, siyasi, iqtisadi təcrübədə olduqca nadir hallarda: a) ilkin özəlləşdirmə kompaniyası nəticəsində özəl sektora (şəxsi mülkiyyətə) keçmiş dövlət mal və mülkiyyətinin geri (dövlətin hesabına) qaytarılması ilə, təzədən özəlləşdirməyə çıxarılması (misal: Ukranada 2007-ci ildə yeni formalaşmış Hökumət - “Timoşenko Hökuməti” R. həyata keçirilmişdir). Burada müxtəlif səbəblərbəhanə kimi gətirilə bilər, misal: qeyri-qanuni özəlləşdirmə (qeyri-legitim orqanlar tərəfindən özəlləşdirmə); saxtakarlıq və korrupsiya ilə keçirilmiş ilkin özəlləşdirmə; real dəyərindən (bazar qiymətindən) xeyli ucuz qiymətə dövlət mülkiyyətinin satılması (özəlləşdirilməsi) və s. Belə halda R. ya bütün özəlləşdirilmiş mal və mülkə şamil edilir və ya konkret obyektlərə şamil edilir; b) vətəndaşlara məxsus olan malın, mülkün milliləşdirilməsindən (dövlət hesabına keçirilməsindən) sonra-təzədən vətəndaşlara (keçmiş sahiblərinə və ya onların nəslinin nümayəndələrinə) qaytarılması (misal: SSRİ ali dövlət dağılandan, süqutundan (1991) sonra, həmin dövlətin tərkibindən çıxan pribaltika respublikaları R. həyata keçirdilər). Bax həmçini denasionalizasiya.
REPATRİASİYA
RESPUBLİKA

Значение слова в других словарях