retinopatiya

retinopatiya (tib.)
retinit
retinoskopiya
OBASTAN VİKİ
Retinopatiya
Retinopatiya — görmə qabiliyyətinin pozulmasına səbəb ola bilən gözün torlu qişasının hər hansı zədələnməsi. Damar patologiyaların nəticəsi olan torlu qişanın qanlanmasının pozulması buna əsas səbəb ola bilər. Retinopatiya çox vaxt hipertoniya, şəkərli diabet və digər sistem xəstəliklərinin ağırlaşması nəticəsində baş verir. Retinopatiyanın inkişafı görmə qabiliyyətinin pisləşməsinə və ya tam itməsinə səbəb olur. Xəstəlik dünya üzrə korluğun təxminən 5%-ni təşkil edir və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən prioritet göz xəstəliyi kimi təyin edilmişdir. Bir çox insanlarda xəstəlik simptomsuz keçir. Simptomlar ümumiyyətlə ağrısızdır və aşağıdakıları əhatə edir: Vitreus qanaxması Göz qabağına gələn kiçik hissəciklər Görmə zəifləməsi Gözlərə "pərdə düşür" Göz müayinəsi zamanı retinopatiya oftalmoloq və ya optometrist tərəfindən müəyyən edilir. Bu diaqnozu qoymaq üçün klinisist gözün arxasındakı retinanı yoxlamalıdır. Retinanı öyrənməyin bir neçə yolu var. Klinisist işıq altında göz bəbəyinə baxaraq birbaşa retinaya baxa bilər.