REVALVASİYA

is. \[lat. re- "yenidən, geriyə" + fr. valuation "əşyanın daxili qiymətinə bərabər olan"\] iqt. Valyuta məzənnəsinin digər ölkələrin valyutalarına və ya beynəlxalq pul vahidinə nisbətən artması, yəni bu və ya digər valyutanın paritetinin dəyisməsidir (devalvasiyanın tərsidir). Adətən, revalvasiya qanunvericilik qaydasında bas verir, bu da yeni pariteti və baza dəyəri ətrafında enib-qalxmaların mümkün sərhədlərini müəyyən edən hüquqi aktların rəsmi mövcudluğunu tələb edir. Revalvasiyadan daxili pul dövriyyəsinin stabilləsdirilməsi və inflyasiya dövrlərindən sonra pulun alıcılıq qabiliyyətinin yüksəldilməsi üsulu kimi istifadə olunur. Revalvasiya ixracın dəyərinin bahalasmasına və idxalın ucuzlaşmasına səbəb olur.
REUTİLİZASİYA
REVERANS
OBASTAN VİKİ
Revalvasiya
Revalvasiya — əmtəələrin qiymətinin dəyişməsidir. Bu termin əsasən valyutanın revalvasiyası kimi istifadə olunur və sabit kursda ölkə pulunun xarici valyutalara nisbətən dəyərinin yüksəlməsi deməkdir. Pulun alıcılıq qabiliyyətini dəyişmədən, nominal dəyərini dəyişmək revalvasiya deyil, redenominasiyadır (bu köhnə valyutanı dəyişmədən yeni, adətən yüksək, valyuatının çıxarılmasıdır. Yeni köhnəni əvəz edir). Ümumi mənada, valyutanın revalvasiyası ölkənin rəsmi valyuta kursunun təməl xəttə nisbətən hesablanmış tənzimlənməsidir. Təməl xətt əmək haqqından qızılın dəyərinə, xarici valyutaya qədər hər şey ola bilər. Sabit kurs rejimində valyutanın rəsmi dəyərini yalnız dövlət orqanı (məsələn: mərkəzi bank) tərəfindən verilən qərar dəyişə bilər. Vergi revalvasiyası vergi səviyyəsini yavaşlatmaq və ya vergi gəlirlərindəki yüksəlişi dayandırmaq üçün edilən tənzimlənmədir. Bu xərcləməyə həvəsləndirən mühafizəkar ölçü hesab edilir. Əsasən, Daşınmaz əmlakın vergi revalvasiyasından istifadə edilir.

Значение слова в других словарях