Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İntervyu adası
İntervyu adası (ing. Interview Island) — Andaman adaları qrupuna daxil olan ada. Öz növbəsində Hindistanın müttəfiq Andaman və Nikobar adaları ərazisinə daxildir. Adanın şərq hissəsində bir kənd var. 2011-ci il siyahıya alınmasına görə adada 16 nəfər yaşayır. Adanın sahəsi 99 km²-dir. == Tarixi == 2004-cü il Hind okeanında zəlzələ və sunami hadisəsindən sonra ərazisinin böyük hissəsi su altında qalmışdır. 2015-ci ilə qədər quşları izləmək üçün müşahidə stansiyası fəaliyyət göstərirdi. Daimi yaşayış yerləri dəniz kənarındakı qərb sahillərində yerləşirdi.
İnterAz
International Azerbaijan Television və ya qısaca İnterAz — 2002-ci ildə Rusiyada yayıma başlayan, Rusiyanın ilk azərbaycandilli televiziya kanalıdır. == Tarixçə == İnterAz 2002-ci ildən yayımlanıb və Rusiya ərazisində Azərbaycan dilində yayımlanan ilk telekanaldır. Telekanal 2007–ci ildə Rusiya Federal Vergi Xidmətinin rayonlararası müfəttişliyində qeydiyyata alınıb, eləcə də kütləvi kommunikasiyalar və mədəni irsin mühafizəsi sahəsində qanunvericiliyə nəzarət Federal Xidmətindən teleproqramların hazırlanmasına dair ЭЛ № ФС 77–22625 şəhadətnaməsini alıb. Telekanal Azərbaycan və rus dillərində proqramlar yayımlayır. Rusiyanın aparıcı telekanalları ilə yaxın əlaqəyə malikdir. Telekanalın baş ofisi Moskvada yerləşir. Bakıda isə rəsmi nümayəndəliyi fəaliyyət göstərir. İnterAz kanalı 75-ci dərəcədə yerləşən LMİ-1 (ABS-1) peyki vasitəsilə həyata keçirdiyi açıq yayımla Rusiya və MDB ölkələri daxil olmaqla bütün Avrasiya və Şimali Afrikanı əhatə edir. Rusiyada yaşayan izləyicilər peyk antennalarından başqa, Raduqa operatoru və yerli kabel şəbəbkələri vasitasilə kanalı seyr edə bilərlər. 2001-ci ildən İnterAz televiziyasına rəhbərlik etmiş jurnalist Saleh Xudiyev 2016-cı ildə Bakıda vəfat edib.2001-2007-ci illərdə "İnterAz" televiziyasının vitse-prezidenti Vasif Babayev olub.2016 və 2017-ci ildə bir neçə dəfə İnteraz TV-nin fəaliyyətində problemlər yaranıb, televiziyanın Azerspace peykində yayımı dayandırılıb.2017-ci ilin oktyabrında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aparılmış monitorinqlər zamanı "İnteraz" Televiziyasında ölkədəki dini duruma mənfi təsir göstərə biləcək məqamlar aşkar olunduğu və bu barədə həmin televiziyaya Dövlət Komitəsinin mövqeyinin bildirildiyini açıqlayıb.Kanalın 2013-cü ildən fəaliyyətə başlayan "interaztv.com" xəbər portalının domeni 2021-ci ilin iyununda ABŞ Hökuməti tərəfindən 18 U.S.C. §§ 981, 982 və 50 U.S.C. 1701-1705 Sənaye və Təhlükəsizlik Bürosu, İxracın Mühafizəsi İdarəsi və Federal Təhqiqat Bürosu tərəfindən hüquq-mühafizə tədbirləri çərçivəsində bloklanıb.2023-cü ilin yanvarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakıda “İnteraz” TV-nin ofisində xüsusi əməliyyat keçirib.
İnterAz TV

Vena iliaca interna
Daxili qalça venası (lat. Vena iliaca interna), qarınaltı vena (lat.
Vena jugularis interna
Daxili vidaci vena (lat. Vena jugularis interna) — xarici vidaci vena ilə bərabər ümumi yuxu arteriyasına uyğundur. Bu damar vidaci dəlikdə beynin sərt qişasının "S"-ə bənzər cibindən başlayaraq əvvəlcə udlağın yan divarı ilə və daxili yuxu arteriyasının bayır və ön səthinə keçir və ən aşağıda sağ döş-körpücük oynağı nahiyəsində körpücükaltı vena ilə birləşərək bazu-baş venasını əmələ gətirir. Bəzi müəlliflər daxili vidaci venanın aşağı hissəsinə ümumi vidaci vena — lat. v. jugularis communis adını verirlər. Belə olan surətdə həmin damarın yuxarı hissəsi daxili yuxu arteriyasına və aşağı hissəsi ümumi yuxu arteriyasına uyğun olur. Daxili vidaci venanın körpücükaltı vena ilə birləşən yerinə venoz bucaq — lat. angulus venosus deyilir. Bu damarın yuxarı və aşağı uclarında birər genişlik (soğanaq) — lat.
Inter Rail
Inter Rail və ya Inter-Rail — müəyyən bir müddət üçün əhatə etdiyi ölkələrdə 2-ci sinif səviyyəli bütün qatarlarla ödəniş etmədən minmə imkanını təmin edən xüsusi bir qatar bileti.Aprel 2007 tarixinə qədər regional bilet tətbiqi varkən, bu sistem yerini Global (Qlobal) ve tək ölkə şəklində iki növdə buraxmışdır. Inter Rail biletlərini ala bilmək üçün, nəzərdə tutulmuş ölkələrin birində və ya qonşu bir ölkədə ən az 6 ay yaşamış olmaq şərti vardır. Inter Rail biletlərini ala bilmək üçün, nəzərdə tutulmuş ölkələrin birində və ya qonşu bir ölkədə ən az 6 ay yaşamış olmaq şərti vardır. Bilet, istifadəçinin öz ölkəsindəki səyahətlərdə etibarsızdır. Inter Rail bileti, bəzi razılaşmalı dənizyolu və dəmiryolu parkurlarından müxtəlif nisbətlərdə endirim təmin etməkdədir. Azərbaycanın sərhəd qonşusu Türkiyədə Inter Rail biletləri, Ankara və İstanbul (Sirkeci) TCDD gar müdürlüklərində və müxtəlif səyahət agentliklərində satılmaqdadır. Biletlər 26 yaşından böyüklər üçün daha bahalıdır. Qiymətlər ölkəyə və səfərin müddətinə görə də dəyişməkdədir. == Global Bilet == Global bilet alan istifadəçinin yaşadığı ölkə xaric Inter Rail üzrə bütün bölgələrdə etibarlıdır. Avstriya (Lichtenstein daxil olmaqla), Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Çex Respublikası, Danimarka, Finlandiya, Almaniya, İngiltərə, İrlandiya, İspaniya, İsveç, İsveçrə, Yunanıstan, Macarıstan, Makedoniya Respublikası, İtaliya, Lüksemburq, Monteneqro, Niderland, Norveç , Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Türkiyə.
Tervu yarımadası
Tervu yarımadası — Kareliya Respublikasının cənubunda yerləşən yarımada. Yarımada Ladoqa gölünün qərbində yerləşir. Burada Xelmelyanselkaya körfəzi ilə Tervu buxtasını ayırır. Yarımadada çoxlu sayda göl və su mənbəyi vardlr. Yarımadanın uzunluğu 4,2 km, eni isə 3,7 km təşkil edir. Relyefi təpəlidir. Maksimal hündürlük 86,3 metrdir (Surimyaki dağı). Sahilləri sıldırımlı və qayalıdır. Yarımadanın yaxınlığında gölün dərinliyi 23 metrdir. Yaxınlığında yerləşən Myukrimyuksensari adası ilə ensiz boğazla ayrılır.
İnter (dəqiqləşdirmə)
İnter Bakı — Azərbaycanın futbol klubu
İnter Arena
ASK Arena (keçmiş adı: Şəfa stadionu, İnter Arena) — Azərbaycanın paytaxtı Bakı şəhərində stadion. ASK Arena Heydər Əliyev prospekti, köndələn 5 ünvanında yerləşir. Meydançanın tutumu 8125 nəfərdir. Meydança süni ot örtüyü ilə döşənmişdir. == İnşası == Stadion əvvəllər "Termist" adlanan arenanın əsasında UEFA-nın ayırdığı vəsait hesabına 2000-ci ildə AFFA tərəfindən əsaslı şəkildə yenidən qurulub və yenidənqurma işləri 4 milyon 500 min dollara başa gəlmişdir. 2001-ci ildən istifadəyə verilən arena ilk olaraq "Şəfa" stadionu adlandırılıb. Arena öncədən milli komandaların təlim-məşq bazası üçün nəzərdə tutulmuşdu. Əsas meydançada milli çempionatın ilk dövrəsində Olimpik klubu ev oyunlarını keçirib. 2014-cü ildə stadion Bakının "İnter" klubuna 4 milyon 250 min manata satılmışdır. Federasiya bu addımını stadionu öz imkanları hesabına saxlaya bilməməsi ilə əsaslandırıb.
İnter Milan
İnternasional Milan FK (it. FC Internazionale Milano) — İtaliyanın Milan şəhərini təmsil edən peşəkar futbol klubu. == Tarixi == 1908-ci ilin martın 9-da rəssam Corcio Mudjaninin rəhbərliyi altında Milan şəhərinin ikinci komandası - İnter təsis edilir. Klubun emblemini də Corcionun istəyi ilə yaradılıb.1910-cu ildə ilk dəfə İtaliya çempionu olan İnter 1950-ci illərədək bir neçə dəfə qızıl medalları bayram edib. 1954-cü ildə İnterin “qızıl dövrü” başlayır. Ellenio Erreranın rəhbərliyi ilə klub iki dəfə Avropa Çempionları Kubokuna sahib olur, bir neçə dəfə ölkə çempionluğunu və kubokunu qazanıb.1990-cı illərdə komanda ziddiyyətli dövrünü yaşayır. Bu illər kluba Covanni Trapattoni rəhbərlik edirdi. 1993-1994-cü illərdə klub yalnız bir xal sayəsində A seriyasında qala bilib. Sonra isə UEFA Kubokunu qazanıb. 1995-ci ildə klubun prezidenti Massimo Moratti, Ronaldo, Kristian Vyeri və Ernan Krespo kimi oyunçuları alıb.
Primus inter pares
Primus inter pares (azərb. Bərabərlərin birincisi‎) ― eyni rütbə, vəzifə və ya mövqeyə sahib insanlar arasında ən üstün olanı göstərmək üçün istifadə olunan termin. == Haqqında == Bu termin latınca eyni mənaya gələn Primus inter pares terminindən törəmişdir. Bu termin bu terminin aid olunduğu şəxsin texniki anlamda digərləri ilə bərabər mövqedə olduğunu, lakin digərləri tərəfindən xüsusi rola və ya avtoritetə layiq görüldüyünü bildirir. Bəzən, qrupun qeyri-rəsmi və ya gizli lideri mənasında da istifadə olunur. Günümüzdə İngilis Millətlər Cəmiyyətinin baş nazirləri, Avropa Komissiyasının rəhbərləri, Roma Katolik Kilsəsinin kardinalları və Şərqi Pravaslav Kilsəsinin patriarxları arasında iyerarxiyanı müəyyən etməkdə istifadə olunur. Bundan əlavə, Roma imperatorları tərəfindən xalqın gözündəki diktator görüntüsünü yox etmək üçün Princep (vətəndaşların birincisi) formasında istifadə olunmuşdur.
İnter Bakı FK
"Şamaxı" Futbol Klubu — Azərbaycanın Şamaxı şəhərini təmsil edən peşəkar futbol klubu. İkiqat Azərbaycan çempionu (2008 və 2010), və ikiqat Azərbaycan Kubokunun (2018 və 2021) qalibi. 2004-cü ilə kimi Xəzər Universiteti, 2017-ci ilə kimi "İnter", 2022-ci ilə kimi isə "Keşlə" adı altında mübarizə aparıb. == Tarixi == "Şamaxı" futbol komandasının tarixi 1997-ci ildən başlayır. Azərbaycanın özəl ali təhsil ocaqlarından olan Xəzər Universitetində həmin il eyniadlı komanda yaradılmış və həvəskarlar liqasının sırasına qoşulmuşdur. Növbəti mövsümdə də (1998/1999) "Xəzər Universiteti" Həvəskarlar liqasında oynamışdır. 1999/2000 mövsümündə isə "Xəzər Universiteti" Azərbaycan çempionatının güclülər dəstəsində oynamağa başlamışdır. Yüksək liqada debütü 11-ci yerlə nəticələnən komanda 2000/2001 mövsümündə 7-ci, 2001/2002 mövsümündə isə 3-cü yeri tutmuşdur. 2002/2003 mövsümünün ölkə birinciliyi keçirilməmişdir. 2003/2004 mövsümündə "Xəzər Universiteti" uğurla çıxış etmiş və Azərbaycan çempionatını 4-cü pillədə başa vurmuşdur.
İnter Bakı PİK

İnter Bratislava FK
İnter (Bratislava) — Slovakiyanın futbol klubu == Tarixi == 1940-cı ildə yaradılıb. == Avropa kuboklarında iştirak == 8 dəfə Avropa kuboklarında iştirak edib.
İnter Milan FK
İnternasional Milan FK (it. FC Internazionale Milano) — İtaliyanın Milan şəhərini təmsil edən peşəkar futbol klubu. == Tarixi == 1908-ci ilin martın 9-da rəssam Corcio Mudjaninin rəhbərliyi altında Milan şəhərinin ikinci komandası - İnter təsis edilir. Klubun emblemini də Corcionun istəyi ilə yaradılıb.1910-cu ildə ilk dəfə İtaliya çempionu olan İnter 1950-ci illərədək bir neçə dəfə qızıl medalları bayram edib. 1954-cü ildə İnterin “qızıl dövrü” başlayır. Ellenio Erreranın rəhbərliyi ilə klub iki dəfə Avropa Çempionları Kubokuna sahib olur, bir neçə dəfə ölkə çempionluğunu və kubokunu qazanıb.1990-cı illərdə komanda ziddiyyətli dövrünü yaşayır. Bu illər kluba Covanni Trapattoni rəhbərlik edirdi. 1993-1994-cü illərdə klub yalnız bir xal sayəsində A seriyasında qala bilib. Sonra isə UEFA Kubokunu qazanıb. 1995-ci ildə klubun prezidenti Massimo Moratti, Ronaldo, Kristian Vyeri və Ernan Krespo kimi oyunçuları alıb.
İnter Turku FK
İnter (tam adı: Football Club International Turku) — Finlandiyada futbol klubu. 1990-cı ildə yaradılmışdır. Birlik Kuboku 2009-un qrup mərhələsində İnter Bakı komandasına 1:3 hesabı ilə məğlub olmuşdur.
İnter Zapreşiç FK
İnter (Zapresic) — Xorvatiyanın futbol klubu == Tarixi == 1929-cu ildə yaradılıb. == Liqa və Kubok nəticələri == == Avropa kuboklarında iştirak == 1 dəfə Avropa kuboklarında iştirak edib. == Uğurları == Xorvatiya Kuboku Qalib (1): 1992.
İnter Mayami FK
İnter Mayami (ing. Inter Miami CF) — Florida ştatının Mayami şəhərində yerləşən Amerika peşəkar futbol klubu. O, 2020-ci ildən ABŞ və Kanadanın ən yüksək futbol liqası olan MLS-də oynayır. Klub Devid Bekhemin rəhbərlik etdiyi Mayami Bekhem Yunayted investor qrupuna məxsusdur. 2023-cü ilin yayından dünya şöhrətli futbolçu Lionel Messinin bu futbol klubuna daxil olmasından sonra klubun reytinqti kəskin şəkildə artıb.
İnter Xaçmaz FK
İnter FK - və ya rəsmi şəkildə İnter Xaçmaz Futbol Klubu. 2018-ci ildə Xaçmazda qurulan qadın futbol klubudur. Klub 2023/2024-cü il futbol mövsümündə "Qızlar Yüksək Dəstəsi"ndə mübarizəyə davam edəcək. == Tarixi == İnter Futbol Klubu 2018-ci ildə yaradıldı. İlk adı "Üçgün" olub. Qızların futbola olan marağı Xaçmazda klubun "Yüsək Qızlar Liqasıda" fəaliyyətinə təkan verdi. Mart 2023 - 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bosniya və Herseqovinada keçirəcək oyunlar üçün Xaçmaz təmsilçisinin 4 futbolçusu da dəvət olunmuşdur.
Interim Register of Marine and Nonmarine Genera
Interim Register of Marine and Nonmarine Genera (azərb. Dəniz və Qeyri Dəniz Nəsillərinin Müvəqqəti Reyestri‎; IRMNG) — məlumatlar bazası. Zoologiyada 1758-ci ildən (bitkilər, çiçəklər və ağaclarda 1753) indiyə qədər nəşr olunmuş elmi adlardan ibarətdir. Məlumatlar bazasında 1,7 milyondan çox növ adı var. == Haqqında == Baza 2006-cı ildə Avstraliya bioloqu Toni Ris tərəfindən qurulmuşdur. O, bu və digər nailiyyətlətinə görə Ebbe Nilsen mükafatı almışdır. == İstinadlar == == Ətraflı oxu == Rees, Tony. "18.8. IRMNG—the Interim Register of Marine and Nonmarine Genera" (PDF). The Proceedings of TDWG. 2008.
2017-18 İnter Bakı PİK mövsümü
2017-18 İnter Bakı PİK mövsümü — Azərbaycanın top klublarından olan İnter Bakı klubunun Azərbaycan Premyer Liqasında 17-ci, Zaur Svanadzenin rəhbərliyi altında isə 3-cü mövsümüdür. == Heyəti == 21 İyun 2017 tarixində yenilənib == Transferlər == === Yay === == Yoldaşlıq oyunları == == Turnirlər == === Azərbaycan Premyer Liqası === ==== Nəticələrin icmalı ==== Son yeniləmə: 29 Aprel 2017.