REYHANLI

прил. с базиликом, базиликовый
REYHANİ
REYKA
OBASTAN VİKİ
Reyhanlı
Reyhanlı (Vedibasar) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.
Reyhanlı (Vedibasar)
Reyhanlı — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 8 km məsafədə yerləşir. 1728-ci ildə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Rehanlı, Rikanlı, Reyqanlu formalarında da göstərilir. Toponim reyhanlı türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 4 aprel 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilərək Ayqavan qoyulmuşdur. Burada 1918-ci ildə 442 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar 1919-cu ildə deportasiya olunmuşdur.
Reyhanlı (Zəngibasar)
Reyhanlı — İrəvan quberniyasının İrəvan qəzasında, keçmiş Zəngibasar (Masis) rayonunda, indi Ararat vilayətində kənd. == Tarixi == Kənddə ancaq azərbaycanlılar yaşamışlar. 1832-ci ildə kənddə 80, 1873-cü ildə 277, 1886-cı ildə 308, 1905-ci ildə 405, 1914-cü ildə 599 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə Zəngibasar mahalının başqa kəndləri kimi, Reyhanlı kəndi də ermənilərin təcavüzünə məruz qalmış, kənd dağıdılmış, talan edilmiş, yandırılmış, əhalisinin bir qismi ermənilər tərəfindən qətlə yetirilmiş, sağ qalanlar didərgin salınmışdır. Sovet hakimiyyətinin ilk illərində kəndə qayıtmaq imkanı qazanmış reyhanlılar oranı yenidən bərpa etmişlər. 1931-ci ildə kənddə 133 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, Reyhanimin əhalisi 1950-ci ildə Uluxanlı stansiyasında yük vaqonlarına doldurularaq Azərbaycana deportasiya edilmişdir. 1953-cü ildə İ. Stalinin vəfatından sonra əhalinin bir qismi kəndə qayıtmışdır. Lakin bu vaxt Reyhanlı bir kənd kimi ləğv edildiyindən onlar öz kəndlərində yaşasalar da, Həbilkənd (Kalinin) qəsəbəsinin sakinləri sayılmışlar. Kənd əhalisinin sonrakı taleyi isə 1988-ci il soyqırımı ilə nəticələnmiş, onlar öz ata-baba yurdlarından növbəti dəfə zorakılıqla qovulmuşlar.
2013 Reyhanlı partlayışları
2013 Reyhanlı partlayışları (türk. 2013 Reyhanlı saldırıları) - 2015-ci ilin 11 may tarixində Türkiyənin Hatay vilayətinin Reyhanlı mahalında yerli vaxtla saat 13:55-da baş vermiş bombalı intihar hücumu. Terror aktı nəticəsində 52 nəfərin həlak olduğu və 146 nəfərdən çox şəxsin yaralandığı bildirilir.
Aşağı Reyhanlı (Çaldıran)
Aşağı Reyhanlı (fars. ريحانلوي سفلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 15 nəfər yaşayır (5 ailə).
Yuxarı Reyhanlı (Çaldıran)
Yuxarı Reyhanlı (fars. ريحانلوي علي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 215 nəfər yaşayır (42 ailə).
Reyhanlı-i Vusta (Çaldıran)
Reyhanlı-i Vusta (fars. ريحانلوي وسطي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 38 nəfər yaşayır (11 ailə).

Значение слова в других словарях