Reyhanlı (Vedibasar)
Reyhanlı — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.
== Tarixi ==
Rayon mərkəzindən 8 km məsafədə yerləşir. 1728-ci ildə tərtib edilmiş «İrəvan əyalətinin icmal
dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Rehanlı, Rikanlı, Reyqanlu formalarında da göstərilir.
Toponim reyhanlı türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 4 aprel 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilərək Ayqavan qoyulmuşdur.
== Əhalisi ==
Burada 1918-ci ildə 442 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar 1919-cu ildə deportasiya olunmuşdur.