RİFT

/ing. rift-çat qırılma/ uzunluğu yüz minlərlə kilometr, eni on, bəzəndə bir neçə yüz km-lə ölçülən, yer qabığının iri, xətti tektonik strukturu, adətən geniş tağvari qalxmanın fonunda gedən üfqi gərilmə zamanı əmələ gəlir. Bəzən R. daxilində daha kiçik qrabenlər və horstlar müşahidə edilir. Daha böyük riftlər rift qurşaqları, zonaları və ya sistemləri adlanır. /məs: Şərqi Afrika qırılmalar sistemi, Baykal rift sistemi/ рифт rift
RİF TİPLİ SAHİL
RİFT ÇİYİNLƏRİ
OBASTAN VİKİ
Rift
Rift (ing. rift) — çat, qırılma) — bir neçə yüz km məsafəyə (çox vaxt 1000 km-dən çox) xətti uzanan dərinlik mənşəli yarıqvari və ya yarğanvari struktur. Bir çox qitə və okean riftlərinin eni 30–70 km ölçülür. Eyni zamanda, çox dar (5–20 km, məsələn: Ölü dəniz) və çox enli (200–400 km, məsələn: Qırmızı dəniz) riftlər də məlumdur. Rift təsvirini Qreqori (1921) Şərq Afrika qrabenlər sistemi timsalında vermişdir. Rift adətən dar gərilmə zonası əmələ gətirir və vulkanizmlə səciyyələnir. Rift vulkanizmində qələvi süxurların əsasi tərkibli növləri (olivinli bazaltlar, analsimli bazaltlar, pikritlər) üstünlük təşkil edir, turş süxurlar (fonolitlər, traxitlər) isə məhdud yayılır. Rift növləri: 1) qitədaxili — Yer qabığının ilkin zəifləmiş zonaları boyu uzanan riftlər (məsələn: Şərq Afrika rift sistemi); 2) qitələrarası — qitə qabığının olmadığı zonalarda inkişaf edən (məsələn: Qırmızı dəniz və Ədən körfəzi) riftləri; 3) okeandaxili — okeanqabıqlı dar rift dərələri aralıq okean silsilələri və ya georiftogenallar. Riftlərin əmələ gəlməsi haqqında bir neçə fərziyyə vardır: 1) blokların diferensiasion hərəkəti nəticəsində; 2) aralanma — qaymaların horizontal yerdəyişməsi nəticəsində; 3) ikimərhələli (hər iki fərziyyəni birləşdirir): başlanğıc mərhələdə tağ qalxması baş verir, gərilmə qüvvələrinin təsirindən tağın mərkəzi hissəsi uçur və sonrakı mərhələdə qaymalar riftdən bir və ya iki tərəfə aralanır. Geologiya terminlərinin izahlı lüğəti.
Böyük Rift Dərəsi
Böyük Rift Dərəsi (ing.
Böyük Rift Dərəsi (Keniya)
Böyük Rift Dərəsi — Keniyada şimaldan cənuba doğru uzanan qitələrarası silsilə sisteminin bir hissəsidir. Tanzaniyada cənubdan başlayan və şimaldan Efiopiyaya doğru davam edən Şərqi Afrika riftinin şərq qolu olan Qreqori riftinin bir hissəsidir. Üç böyük tektonik plitənin, Ərəb, Nubiya və Somali plitələrinin qarşılıqlı əlaqəsi nəticəsində yaranan coğrafi bir inkişafla əmələ gəlmişdir. Keçmişdə, Madaqaskardan Suriyaya qədər uzanan Böyük Rift Dərəsininin bir hissəsi olduğu düşünülürdü. Vadidə Çeranqani təpələri və bir hissəsi hələ də aktiv olan vulkan silsiləsi var. İqlimi mülayimdir, temperaturu ümumilikdə 28 °C (82 °F)-dən aşağı olur. Ən çox yağıntı mart-iyun və oktyabr-noyabr aylarında yağır. Barinqo gölünün qərbindəki Tuqen təpələrində 14 ilə 4 milyon il əvvəl yarananan lava axınlarında qorunan fosillər var. Ərazi insanların əcdadları olan bir çox hominidlərin qalıqları da tapılmışdır. == Xüsusiyyətləri == Vadi şərqdən və qərbdən digər dərələrlə həmsərhəddir.
League of Legends: Wild Rift
League of Legends: Wild Rift – Riot Games tərəfindən Android və iOS platformaları üçün hazırlanmış, çoxoyunçulu onlayn döyüş arenası mobil oyunu. Oyun PC oyunu "League of Legends"in modifikasiya edilmiş mobil versiyasıdır. "League of Legends" oyununda olduğu kimi bu oyunda da oyunçular hər biri unikal bacarıqlara malik personajlarla ("çempion") oynayıb qarşı komandanın Neksusunu məhv etməyə çalışırlar. Hər oyun diskretdir; bütün çempionlar oyun davam etdikcə güclənirlər. "League of Legends: Wild Rift" izometrik baxış bucağından oynanılan çoxoyunçulu onlayn döyüş arenası oyunudur. Oyunun geympleyi PC versiyasına çox yaxın olsa da, mobil versiya olduğu üçün bəzi adaptasiyalara malikdir. "Wild Rift"də xəritənin ölçüsü daha kiçik, yenidən doğulma müddəti daha qısa və qızıl qazancı daha yüksəkdir. Buna görə də oyunlar daha qısa çəkir. Oyunun iki əsas modu var: Wild Rift və ARAM. Wild Rift əsas moddur, bu modda oyunçular istədikləri çempionları seçirlər. ARAM modunda isə bir koridor olur, oyunçular təsadüfi çempionlarla oynayırlar.
Riftiya
Riftiya və ya nəhəng borucuqlu qurdlar ? (lat. Riftia pachyptila) — poqonoforlar fəsiləsindən heyvan.
Şərqi Afrika rifti
Şərqi Afrika rifti və ya Şərqi Afrika rift sistemi — Şərqi Afrikada yerləşən, aktiv materik riftidir. Bu rift təxminən, 22–25 milyon il əvvəl, Miosen dövrdə inkişaf etməyə başlamışdı. Əvvəllər bu riftin Anadoluya qədər genişləyən Böyük Rift Dərəsinin bir hissəsi olduğu düşünülürdü. Dar bir ərazini əhatələyən rift Afrika pilitəsinin Somali və Nubiya adlanan 2 ayrı pilitəyə illik 6–7 mm (0.24–0.28 düym) sürətlə bölündüyü divergent tektonik tava sərhəddində formalaşır. Genişləmə davam etdikçə, litosferik ayrılma 10 milyon il ərzində baş tutacaq: Somali pilitəsi materikdən tamamilə qopacaq və yeni okean hövzəsi formalaşacaq.

Значение слова в других словарях