RIM
RIMLESS
OBASTAN VİKİ
Jül Rime
Jül Rime (14 oktyabr 1873 – 16 oktyabr 1956, Süren, İl de Frans) — 1921–1954-cü illərdə FİFA prezidenti Bu mütəxəssis nə az, nə çox düz 33 il FİFA-ya rəhbərlik edib. Rime "Red Star" klubunun da yaradıcısı olub. Bir müddət Fransa Futbol Federasiyasına rəhbərlik edib. Rimenin fəaliyyəti dövründə ilk dəfə Dünya Çempionatının təşkil olunması ideyası ortaya çıxıb. 1928-ci ildə Amsterdamda keçirilən iclasda Dünya Çempionatının keçirilməsi ideyası hamı tərəfindən bəyənilir. 1930-cu ildə ilk mundial keçirildi. Uruqvaydakı çempionatda elə ev sahibləri qalib gəldilər. Rimeyə idmanın təbliğatındakı xidmətlərinə və müharibə əleyhinə gördüyü işlərə görə Nobel Sülh Mükafatına namizəd göstərilib.
Maks Rimelt
Maks Rimelt (alm. Max Riemelt‎; * 7 yanvar 1984 - Şərqi Berlin) - Almaniyalı kino aktyor. == Bioqrafiya == Maks Rimelt Berlin şəhərində anadan olub və indiyə kimi öz doğma şəhərində yaşayır. Onun bir qızı var. Maks heç bir teatr məktəbində təhsil almayıb. Buna baxmayaraq, o özünün ilk aktyorluq fəaliyyətini hələ 11 yaşında, oxuduğu məktəbin teatr dərnəyində həyata keçirmiş və orada bir çox tamaşalarda iştirak etmişdi. Geniş tamaşaçı auditoriyasına Maks Rimeltin adı 1998-ci ilin Milad bayramı günü təqdim olunan "İki tənha məşhur" adlı miniserialın təqdimatından sonra tanınmışdı. Serialın ardınca Maks tezliklə 50-dən artıq fərqli film və televiziya proyektlərində iştirak etməyə dəvət almışdı. Çəkilişlə parallel olaraq Maks uğurla təhsili davam etməyi özünə məqsəd qoymuşdu. 2007-ci ildə o aktyor peşəsində tam iş saatını götürərək, hərbi xidmətdən imtina etmiş və bundan sonra məktəb təhsilini tamamilə dayandırmağı qərara almışdı.
Rimer burnu
Rimer burnu (ing. Rymer Point) — Kanadanın Nunavut əyaləti ərazisində, Viktoriya adasında yerləşən Vollaston yarımadasının ucqar nöqtəsi. Şimal sahillərini Klauston boğazının suları yuyur. == Coğrafiyası == Burunun ağaşı sahələri əsasən karbonatlı suxurlardan ibarətdir. == Tarixi == Əvvəllər burunda Hudzon körfəzi şirkətinə aid olan çoxlu sayda ticarət postları olmuşdur. Bunlardan biridə Fort-Harmondur.
Rimessa
İrina Rimes
İrina Rimes, İrina Rimeş və ya İrra (tam adı: İrina Rimes, rum. Irina Rimes; 22 avqust 1991) — Moldova-Rumıniya müğənnisi və söz yazarı. Hazırda Rumıniyanın Buxarest şəhərində yaşayır və fəaliyyət göstərir.O, 2012-ci ildə Moldovada Fabrica de staruri istedad yarışmasının finalçısı olduqdan sonra məşhurlaşmışdır. 2018-ci ildə Vocea României (Rumıniyanın səsi) yarışmasında münsiflər heyətinin dörd üzvündən biri idi. == Həyatı və karyerası == === 1991–2015: Uşaqlığı və musiqidə ilk addımları === İrina 22 avqust 1991-ci ildə Floreşt rayonunda anadan olmuşdur. Valentina və Tudor Rimeşin ilk övladıdır. Özündən balaca Vitali adlı bir qardaşı var. İrina müsahibələrndə qeyd edirdi ki, ailəsi, xüsusilə də atası və ata nənəsi onda musiqiyə maraq oyatmışdır: nənəsinin çox yaxşı səsi vardı. "Nənəm kilsə xorunun üzvü olmuşdur, mən onun sobanın yanında əyləşib bizə necə şən mahnılar oxuduğunu xatırlayıram", deyə İrina qeyd edir. İrina hələ uşaq yaşlarından yazmağa və mahnı bəstələməyə maraqlı idi: "Mən şeir yazmağa məktəbə getməzdən əvvəl başlamışam.