RING-ROAD

n dairəvi yol

RING-FINGER
RINGLEADER
OBASTAN VİKİ
Token Ring
Token Ring lokal şəbəkəsində kompüterlər məntiqi olaraq halqavari şəkildə birləşdirilir. Token Ring lokal şəbəkəsində informasiyanı ötürmək üçün markerdən (token) istifadə edilir. Marker içərisində yalnız xidməti məlumatlar olan bir paketdir. Markeri alan kompüter kanalı tutmuş hesab olunur, yəni öz informasiyasını göndərə bilər. İnformasiya paketlər şəklində göndərilir. Markeri alan kompüter paketini qonşu kompüterə ötürür. Paket öz ünvanına çatdıqda alıcı kompüter paketi özünə yazır, bu haqda paketdə lazımi qeydlər edir və paketi qonşu kompüterə ötürür. Paket yenidən onu göndərən kompüterə gəldikdə, o, halqadan geri alınır və yeni informasiya varsa onu göndərir. Göndəriləcək yeni informasiya yoxdursa, markeri qonşu kompüterə göndərir və proses təkrar olunur. "LOKAL ŞƏBƏKƏLƏR" (Mühazirə), İ.M.ƏLIYEV, t.e.n., AMEA İnformasiya Texnologiyaları İnstitutu İnformatika Əməliyyat sistemi Lokal şəbəkə Qlobal şəbəkə Kompüter şəbəkəsi Kompüter proqramları R. M. Metcalfe and D. R. Boggs.
Abbey Road
Abbey Road — Böyük Britaniyanın "The Beatles" rok qrupunun on ikinci studiya albomu. == Haqqında == Albom Apple Records leyblı ilə 26 sentyabr 1969-cu ildə buraxılmışdır. Abbey Road üzərində işlər 1969-cu ilin fevral ayından avqust ayınadək davam etmiş və qrupun bütün dörd üzvünün birlikdə işlədiyi sonuncu layihə olmuşdur (qrupun 1970-ci ildə buraxılmış və sayca sonuncu studiya albomu sayılan "Let It Be"nin böyük hissəsi 1969-cu ilin yanvarında yazılmışdı). Albomun prodüserliyini 1962-ci ildən qrup ilə işləyən Corc Martin etmişdir. Qrup üzvlərinin Ebbi-Roud küçəsini keçən zaman çəkilmiş albomun üz qabığındakı fotoşəkil geniş şöhrət qazanmışdır. Foto çəkiliş 8 avqust 1969-cu ildə baş tutmuşdur. Fotoqraf Lain Makmillanın şəkili çəkə bilmək üçün cəmi on dəqiqəsi var idi: Ebbi-Roud Londonun ən işlək küçələrindən biri olduğundan, küçənin bu sahəsi xüsusi olaraq polis tərəfindən bağlanılmışdı.
Off-road
Off-road (ing. off-road — yolsuzluq) — yolsuzluq maşını adlandırılan tamötürücülü avtomobil ilə çətin və keçilməz trayektoriya üzrə hərəkət etməni nəzərdə tutan aktiv istirahət və idman növü. Yolsuzluq avtomobilinin ekipajı ən azı iki nəfərdən ibarət olmalıdır: pilot və şturman. Şturman naviqasiya sistemi ilə, hərəkət marşrutunu müəyyən edir, keçilməz yollarda pilota tövsiyələr verir. Pilot yolsuzluq və ekstremal şəraitdə avtomobili yaxşı idarə etmək bacarıqlarına malik olmalıdır. Offroad-ı iki kateqoriyaya bölmək olar: idman və aktiv istirahət.
Portman Road
Portman Road İngiltərənin İpsviç şəhərində yerləşən bir futbol stadionudur. 1884-cü ildən bəri İpsviç Tovn futbol komandası matçlarını burada oynayır. Stadion ayrıca gənc milli komanda və A milli komanda matçlarına da ev sahibliyi etmişdir. Bu stadionda bəzi atletizm müsabiqələri və beynəlxalq hokkey matçları da oynanmışdır. Bundan əlavə Elton Con, Tina Törner, Red Hot Çili Peppers və REM kimi musiqiçilərin sayılı konsertlərinə də ev sahibliyi etmişdir. 2000-ci ildə stadionun tutumu 22,600-dən 30,311 'ə yüksəldilmişdir. 1975-ci ildə sahə kənarında ayaqda dayanmağa icazə verilərkən Lids Yunayted 'ə qarşı keçirilən FA Cup oyununda 38,010 nəfərlik tamaşaçı rekordu qırılmışdır. Dörd bölmədə yerlər tamamilə kreslolu hala gətirilmişdir.
Road&Traffic
Battlefield 1942: The Road to Rome
Battlefield: 1942: The Road to Rome (azərb. Döyüş-meydanı 1942: Romaya yol‎) — 2002-ci ildə satışa çıxarılmış "Battlefield 1942" videooyunu üçün genişləndirmə paketi. Add-on "Digital Illusions CE" tərəfindən hazırlanmış və "Electronic Arts" videooyun nəşrçisinin təşəbbüsü ilə 2 fevral 2003-cü ildə Şimali Amerika, 7 fevral 2003-cü ildə isə Avropa iqtisadi regionu üçün satışa çıxarılmışdır. İkinci dünya müharibəsi dövründə İtaliyada baş verən döyüşləri təsvir edən 6 xəritə, eləcə də 8 nəqliyyat vasitəsi buraxılmışdır. Add-on oyuna Fransa və İtaliya hərbi qüvvələrini də əlavə etmişdir. Add-on vasitəsilə oyuna əlavə edilən yeni xüsusiyyətlərdən biri mühəndislərin əlbəyaxa döyüş üçün tüfənglərinə süngü yerləşdirə bilmələridir. Add-on oyuna iki yeni silah – İtaliyanın Breda 30 əl pulemyotunu və the Britaniyanın Sten avtomatını əlavə edir. Bunlarla yanaşı, add-on orijinal "Battlefield 1942"-nin giriş videoçarxına əlavə səhnələr yerləşdirir. == Qəbul == Rəy toplayıcısı "Metacritic"ə əsasən "Battlefield: 1942: The Road to Rome" "ümumiyyətlə yaxşı" rəylər almışdır. Add-on yeni çoxnəfərli rejimlərinin və silahların az olmasına görə tənqidlənmişdir.
Road to Revolution: Live at Milton Keynes
Road to Revolution: Live at Milton Keynes – Linkin Parkın 3-cü canlı albomudur. 21 Noyabr 2008 tarixinde çıxmışdır. Bu albom Green Day ile eyni yerde yazılmışdır. Bu albomda Collison Cource mahnıları üçün Jay-Z qonaq kimi çıxış etmişdir.