Battlefield 1942: The Road to Rome
Battlefield: 1942: The Road to Rome (azərb. Döyüş-meydanı 1942: Romaya yol) — 2002-ci ildə satışa çıxarılmış "Battlefield 1942" videooyunu üçün genişləndirmə paketi. Add-on "Digital Illusions CE" tərəfindən hazırlanmış və "Electronic Arts" videooyun nəşrçisinin təşəbbüsü ilə 2 fevral 2003-cü ildə Şimali Amerika, 7 fevral 2003-cü ildə isə Avropa iqtisadi regionu üçün satışa çıxarılmışdır. İkinci dünya müharibəsi dövründə İtaliyada baş verən döyüşləri təsvir edən 6 xəritə, eləcə də 8 nəqliyyat vasitəsi buraxılmışdır. Add-on oyuna Fransa və İtaliya hərbi qüvvələrini də əlavə etmişdir. Add-on vasitəsilə oyuna əlavə edilən yeni xüsusiyyətlərdən biri mühəndislərin əlbəyaxa döyüş üçün tüfənglərinə süngü yerləşdirə bilmələridir. Add-on oyuna iki yeni silah – İtaliyanın Breda 30 əl pulemyotunu və the Britaniyanın Sten avtomatını əlavə edir. Bunlarla yanaşı, add-on orijinal "Battlefield 1942"-nin giriş videoçarxına əlavə səhnələr yerləşdirir.
== Qəbul ==
Rəy toplayıcısı "Metacritic"ə əsasən "Battlefield: 1942: The Road to Rome" "ümumiyyətlə yaxşı" rəylər almışdır. Add-on yeni çoxnəfərli rejimlərinin və silahların az olmasına görə tənqidlənmişdir.