robotlaşmış 2021
rodamin
OBASTAN VİKİ
Robototexnika
Robototexnika — texnologiya ilə bağlı bir sahə olaraq, robotoları, onların dizayn edilməsini, qurulmasını, idarə edilməsi metodlarını, informasiya emalı üçün yaradılan kompüter sistemlərini öyrənir. Dünyanın bir çox ölkələrində bu elm sahəsinin inkişafına böyük dəstək vardır. Bu sahənin inkişafı öz növbəsində, sənayenin avtomatlaşdırılmasının sürətli inkişafına təsir göstərir. Çünki bu texnologiyalar sənayedə insan faktorunun gücünü azaltmağa kömək edir. Bu texnologiyaya maraq ən qədim zamanlardan mövcuddur. Çünki insanlar özləri yox, öz yerlərinə başqalarını işlətmək istəmişlər. Bu problem başlanğıcda qul əməyindən istifadə ilə həll olunsa da son bir neçə yüz ildə robotlar və digər avtomatlaşdırılmış sistemlər onların yerini almışdır. Bu sahəyə marağın ən qədim zamanlardan olmasına baxmayaraq, robototexnikanın araşdırılmasına və bir elm kimi öyrənilməsinə 20-ci əsrdən başlanmışdır. Günümüzdə robototexnika elmi bir çox sənaye, məişət və sosial problemlərin həlli üçün istifadə edilir. Robototexnika sözü "robot" sözündən əmələ gəlmişdir.
Robototexnikanın sıfırıncı qanunu
Robototexnikanın üç qanunu və ya Azimov qanunları – elmi fantastika yazıçısı Ayzek Azimov tərəfindən irəli sürülmüş qanunlar toplusu. Bu qanunlar robotların icbari davranışlarını müəyyənləşdirmək üçün nəzərdə tutulmuşdur. Robotexnikanın üç qanunu ilk dəfə Ayzek Azimovun 1942-ci ildə yazdığı "Dövrə" əsərində öz əksini tapmışdır. Bu qanunlar aşağıdakılardır: Bir robot bir insanı incidə bilməz və ya bir insanın incinməsinə qarşı laqeyd qala bilməz. Birinci qanunla ziddiyət təşkil etmədiyi hallarda, bir robot bir insanın verdiyi bütün əmrləri yerinə yetirməlidir. Birinci və ikinci qanunla ziddiyət təşkil etmədiyi hallarda, bir robot öz mövcudluğunu qorumalıdır. Robototexnikanın üç qanunu Azimovun robototexnika hekayələrinin əsas prinsipi olmuş, əsərlərində bir çox formada tətbiq olunmuşdur. Buna baxmayaraq, bu qanunlar başqa elmi fantastik müəlliflər tərəfindən də modifikasiya olunaraq istifadə olunmuş, elmi fantastikanın mövzularından birinə çevrilmişdir. Azimovun Üç qanunda etdiyi ən böyük modifikasiya sıfırıncı qanunu əlavə etməsi olmuşdur. Bu qanun digər üç qanunu qabaqlayır: 0.
Robototexnikanın üç qanunu