roden

vt qazıb çıxartmaq; kökündən təmizləmək
rodeln
Rodung
OBASTAN VİKİ
Ogüst Roden
Ogüst Roden (tam adı: Fransua Ogüst Rene Roden , fr. François-Auguste-René Rodin; 12 noyabr 1840[…], Paris – 17 noyabr 1917[…], Mödon[d]) — fransız heykəltaraş. Roden müasir heykəltaraşlığın əsasını qoyanlardan biri hesab edilsə də, lakin keçmiş ənənələrə qarşı çıxmamışdır. O daima sənəti üzərində çalışsa da, lakin heç vaxt Paris incəsənət məktəbinə qəbul olmamışdır. O mürəkkəb, qabarıq səthə malik unikal heykəltaraşlıq nümunələri yaratmasına baxmayaraq, onun bütün məşhur əsərləri kəskin tənqidlə üzləşmişdir. Buna səbəb işlərinin ənənəvi dekorativ, tematik mövzuda olan heykəltaraşlıq nümunələrinə zidd olması idi. Roden orijinal işlərini yaradarkən ənənəvi mifologiya və alleqoriya mövzularından yararlanmış, insan orqanizminin fərdi xarakteri və fiziki göstəricilərini verməyə çalışmışdır. O, işlərinə qarşı olan mübahisələrə həssas yanaşırdı. Bununla belə, öz üslubunu dəyişməkdən imtina edirdi. Sonrakı işləri hökumət və rəssamlıq cəmiyyəti tərəfdən ona xeyir gətirmişdir.
Cəhənnəm qapıları (Roden)
Cəhənnəm qapıları (fr. La Porte de l'Enfer) – fransız heykəltaraş Ogüst Rodenin italyan şair Dante Aligyerinin poeması "İlahi Komediya"nın ilk hissəsi olan "Cəhənnəm"dən bir səhnəni təsvir edən monumental əsəri. Heykəlin hündürlüyü 6, eni 4, dərinliyi isə 1 metrdir. Əsərin üzərində 180 fiqur var. Fiqurların tutduğu sahə 15 santimetrdən 1 metrə qədər dəyişir. Onların bir neçəsi Roden tərəfindən qəlibləşdirilib. == Tarixi == 1880-ci ildə Roden özünün başlıca sifarişini – məşhur "Cəhənnəm qapıları"nı yaratmaq tapşırığını aldı. Bu həlledici an idi – sifariş sübut edirdi ki, fransız rəsmi dairələri heykəltaraşlıqdakı yaradıcı cəhdlərə o qədər də düşmən deyildir. Bu özünü həmçinin rəssamlıqda da dəfələrlə göstərmişdi. Ona verilən tapşırıq Dantenin "İlahi komediyası" mövzusunda dekorativ həllin dizaynını vermək idi.
Rodentia
Gəmiricilər (lat. Rodentia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi. Bu dəstəyə 7 fəsilə və 18 cinsdə birləşmiş 37 növ daxildir. Fəsilələrin tərkibi aşağıdakı kimidir: Sciuridae (Sincabkimilər) fəsiləsinin Sciurus (Sincablar) cinsində 2 növ Hystricidae (Tirəndazkimilər) fəsiləsinin Hystrix (Tirəndazlar) cinsində bir növ Myocastoridae (Nutriyakimilər) fəsiləsinin Myocastor (Nutriyalar) cinsində bir növ Gliridae (Süleysinkimilər) fəsiləsinin Glis (Süleysinlər) və Dryomys (Meşə süleysinləri) cinslərində 2 növ Dipodidae (Ərəbdovşanıkimilər) fəsiləsinin Allactaga (Yer dovşanları) cinsində 2 növ Muridae (Siçankimilər) fəsiləsindən 4 cins: Rattus (Siçovullar) – 2 növ, Mus (Siçanlar) – 2, Apodemus (Meşə və Tarla siçanları) – 5, Micromys (Cırtdan siçanlar) – 1 Cricetidae (Siçancıqkimilər) fəsiləsinə daxil olan 8 cinsdən Calomyscus (Siçanabənzər siçancıqlar), Cricetulus (Boz siçancıqlar), Mesocricetus (Orta siçancıqlar), Ellobius (Korcalar), Arvicola (Su siçovulları) cinslərinin hərəsində bir növ, Meriones (Kiçik qum siçanları) – 5, Chionomys (Qar çöl siçanları) – 3, Microtus (Boz çöl siçanları) – 6 növ aiddir. Azərbaycan rodentofaunasının əsasını Cricetidae (8 cins və 19 növ) və Muridae (4 cins və 9 növ) fəsilələri təşkil edir. Ayrı-ayrı növlərin ərazimizdə yayılması müxtəlifdir (xəritə ). Geniş yayılmış, adi saylı və çoxsaylı növlərə Mus musculus (ev siçanı), Apodemus (Sylvaemus) uralensis (kiçik meşə siçanı), A. (S.) fulvipectus (sarıqarın siçan), Cricetulus migratorius (boz siçancıq), Arvicola terrestris (su siçovulu) aiddirlər. Onlar demək olar ki, 2300–2500 m hündürlüyə qədər bütün tipik lanşaftlarda məskən salmışlar. Arid landşaftlarda gəmiricilər əhalisinin əsasını yuxarıda qeyd olunan növlərlə yanaşı ilk növbədə Microtus socialis (ictimai çöl siçanı), Scarturus elater və Meriones (Qum siçanları) cinsindən olan iki növ təşkil edir. Sonuncular qeyribərabər yayılmışdır.