Aleksandr Roinaşvili
Aleksandr Solomonoviç Roinaşvili (gürc. იაკობ სიმონის ძე გოგებაშვილი;1846[…], Duşeti və ya Qafqaz – 11 may 1898[…], Tiflis) — gürcü əsilli ilk peşəkar fotoqraf, etnoqraf və kolleksiyaçı olub. Özündən sonra XIX əsrin ikinci yarısında Gürcüstanda və Qafqazda görkəmli müasirləri, memarlığı və gündəlik həyatı əks etdirən geniş bir fotoşəkil mirası qoyub getmişdır.
== Həyatı ==
Aleksandr Roinaşvili 1846-cı ildə Duşetidə sənətkar ailəsində anadan olub. Erkən yaşlarında atasız qalmışdır. Ailəni toxuma işlərindən əldə etdiyi gəlirlə təmin edən anasının nəzarəti altında böyüyüb. 14 yaşında bir neçə məktəbi və iş yerini dəyişərək F.Xlamovun Tiflis emalatxanasında fotoqrafiya və ikon rəssamlığı ilə məşğul olan bir qohumu tərəfindən işə götürüldü. Aleksandr fotoqrafiyanı çox sevirdi və qısa müddətdə ustanın əsas köməkçisi olur.
Təxminən beş illik əməkdaşlıqdan sonra, Xlamov tələbəsinə və köməkçisinə öz işinə başlamaq üçün bir sıra foto avadanlıqlar hədiyyə etdi və 1860-cı illərin əvvəllərində Roinaşvili öz atelyesini "Sasuratxato" (gürc. სასურათხატო) adlandırdı və daha sonra daha iki studiya açdı: "Rembrandt" (gürc.