ROUND

round1

n 1. göy qübbəsi; 2. dairə, dairəşəkilli əşya; 3. dilim, parça, tikə (çörək və s. haq.); 4. halay; to dance in a ~ halay vurub oynamaq; 5. fırlanma; dövran, dövr etmə; earth’s yearly ~ yerin illik dövr etməsi / dövranı; 6. yoxlama, baş çəkmə; doctor’s ~ həkimin xəstəyə baş çəkməsi; to go / to make the ~ of yoxlamağa getmək, baş çəkmək;

◊ a ~ of cheers / of applause alqış gurultusu

round2

adj 1. girdə, yumru, dəyirmi; şaraoxşar, şarşəkilli; as ~ as a ball şar kimi girdə / yumru; 2. kök, dolu, koppuş; ~ cheeks koppuş yanaqlar

round3

v 1. girdələmək, yumrulamaq, dəyirmilənmək; halqalanmaq; Amazement rounded her eyes Təəccübdən onun gözləri halqalandı; 2. qurtarmaq, tamamlamaq; bitirmək; 3. qulağını kəsmək (itin); 4. dönmək; She rounded to look at me O mənə baxmaq üçün döndü

round4

adv 1. Hərəkətin dairəvi istiqamətdə getdiyini göstərir. 1) Azərbaycan dilinə yerlik hal şəkilçiləri (-da, -də) tərcümə edilir, to go ~ in the circle dairə içərisində fırlanmaq; 2) Azərbaycan dilinə boyunca sözü ilə tərcümə edilir; to run ~ dairə boyunca qaçmaq; 2. Hərəkətin ətrafa yayılmasını bildirir: Azərbaycan dilinə ətraf sözü və yönlük hal şəkilçiləri -a, -ə ilə tərcümə edilir: The news was soon carried round Xəbər tezliklə ətrafa yayıldı; 3. Hərəkətin təkrar olunduğunu göstərir. Azərbaycan dilinə yenə sözü və də ədatı vasitəsilə tərcümə edilir: Autumn / Winter came round Payız / Qış yenə də gəldi; 4. Əksər hallarda Azərbaycan dilinə tərcümə olunmur: The wheels turned round Təkərlər fırlandı

round5

prep 1. ətrafına, ətrafında; The Moon revolves round the Earth Ay yerin ətrafina / ətrafında fırlanır; 2. ətrafa; Look round you Ətrafına I Ətrafınıza bax / baxın; 3. təxminən, təqribən; ~ midday təxminən / təqribən günorta; 4. haqqında, barəsində; to write an article ~ smth. bir şey haqqında məqalə yazmaq

ROUMANIAN
ROUND-TABLE
OBASTAN VİKİ
Round Maple
Raund Meypl (ing. Round Maple) — İngiltərənin Saffolk qraflığında kənd. Edvardston yaxınlığında yerləşir.
Round Univercity Ranking
RUR reytinqi (ing. RUR Ranking - ing. Round University Ranking) — Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri. Mərkəzi Rusiyanın Moskva şəhərində yerləşir. == Tarixi == Bu qlobal reytinq cədvəli ilk dəfə 2010-cu ildə dərc edilmişdir. == Parametrlər == Hər bir ali məktəb 20 ayrı parametr üzrə, o cümlədən təhsilin keyfiyyəti, beynəlmiləlçilik və maliyyə dayanıqlığı meyarları üzrə qiymətləndirilir. == 2019 == 2019-cu ildə RUR reytinqinin dünyanın ən yaxşı universitetlərinin reytinq cədvəlinə 74 ölkədən 820 ali təhsil müəssisəsinin adı düşüb. Reytinq cədvəlinə ABŞ universitetləri liderlik ediblər. Siyahıda ölkələr arasında ikinci yeri isə 74 ali məktəblə Rusiya tutmuşdur.