EARTH-NUT
EARTHEN
OBASTAN VİKİ
Abbey Road
Abbey Road — Böyük Britaniyanın "The Beatles" rok qrupunun on ikinci studiya albomu. == Haqqında == Albom Apple Records leyblı ilə 26 sentyabr 1969-cu ildə buraxılmışdır. Abbey Road üzərində işlər 1969-cu ilin fevral ayından avqust ayınadək davam etmiş və qrupun bütün dörd üzvünün birlikdə işlədiyi sonuncu layihə olmuşdur (qrupun 1970-ci ildə buraxılmış və sayca sonuncu studiya albomu sayılan "Let It Be"nin böyük hissəsi 1969-cu ilin yanvarında yazılmışdı). Albomun prodüserliyini 1962-ci ildən qrup ilə işləyən Corc Martin etmişdir. Qrup üzvlərinin Ebbi-Roud küçəsini keçən zaman çəkilmiş albomun üz qabığındakı fotoşəkil geniş şöhrət qazanmışdır. Foto çəkiliş 8 avqust 1969-cu ildə baş tutmuşdur. Fotoqraf Lain Makmillanın şəkili çəkə bilmək üçün cəmi on dəqiqəsi var idi: Ebbi-Roud Londonun ən işlək küçələrindən biri olduğundan, küçənin bu sahəsi xüsusi olaraq polis tərəfindən bağlanılmışdı.
Off-road
Off-road (ing. off-road — yolsuzluq) — yolsuzluq maşını adlandırılan tamötürücülü avtomobil ilə çətin və keçilməz trayektoriya üzrə hərəkət etməni nəzərdə tutan aktiv istirahət və idman növü. Yolsuzluq avtomobilinin ekipajı ən azı iki nəfərdən ibarət olmalıdır: pilot və şturman. Şturman naviqasiya sistemi ilə, hərəkət marşrutunu müəyyən edir, keçilməz yollarda pilota tövsiyələr verir. Pilot yolsuzluq və ekstremal şəraitdə avtomobili yaxşı idarə etmək bacarıqlarına malik olmalıdır. Offroad-ı iki kateqoriyaya bölmək olar: idman və aktiv istirahət.
Portman Road
Portman Road İngiltərənin İpsviç şəhərində yerləşən bir futbol stadionudur. 1884-cü ildən bəri İpsviç Tovn futbol komandası matçlarını burada oynayır. Stadion ayrıca gənc milli komanda və A milli komanda matçlarına da ev sahibliyi etmişdir. Bu stadionda bəzi atletizm müsabiqələri və beynəlxalq xokkey matçları da oynanmışdır. Bundan əlavə Elton Con, Tina Törner, Red Hot Çili Peppers və REM kimi musiqiçilərin sayılı konsertlərinə də ev sahibliyi etmişdir. 2000-ci ildə stadionun tutumu 22,600-dən 30,311 'ə yüksəldilmişdir. 1975-ci ildə sahə kənarında ayaqda dayanmağa icazə verilərkən Lids Yunayted 'ə qarşı keçirilən FA Cup oyununda 38,010 nəfərlik tamaşaçı rekordu qırılmışdır. Dörd bölmədə yerlər tamamilə kreslolu hala gətirilmişdir.
Road&Traffic
Road and Traffic — Xəzər regionunda yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları kimi sektorların peşəkarlarını öz meydançasında bir araya toplayan biznes platforma. == Məqsəd == Sərgi yol, körpü və tunellərin layihələndirilməsi və inşası əsnasında bu sahənin mütəxəssislərinə müasir həll seçimlərini təqdim etmək, habelə bazarın tələbatlarını və intellektual nəqliyyat sistemi (İNS) sektoruna aid olan məhsullarınızın satış potensialını tədqiq etmək, Azərbaycanın ictimai nəqliyyat operatorları ilə görüşmək və bu sahə üzrə tenderlərdə iştirak etmək imkanı yaradır. == Tarix == === 2014 === Road&Traffic 2014 sərgisində Azərbaycan, Almaniya, Türkiyə və Fransa şirkətləri tərəfindən geniş çeşiddə yol-tikinti avadanlıqları, materiallar, infrastruktur və servis xidmətləri nümayiş etdirilib. === 2018 === "Road & Traffic 2018" sərgisində yol-tunel inşaatı, yol hərəkətinin idarə edilməsi sahəsində müasir informasiya texnologiyalarının tətbiqi və ictimai nəqliyyat sahəsi üzrə istehsalçı və operatorların görüşü baş tutmuş, eləcə də yol təhlükəsizliyi ilə bağlı problemlərin həlli yolları üzrə əldə olunan ən son nailiyyətləri nümayiş etdirilmişdir. === 2022 === Road&Traffic 2022 sərgisində Azərbaycan, Almaniya, Belarus, Yunanıstan, İtaliya, Qazaxıstan, Rusiya Federasiyası, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şirkətləri öz məhsul və xidmətlərini təqdim ediblər.
Earth Song
"Earth Song" (azərb. Yer Mahnısı‎) — Maykl Ceksonun "HIStory: Past, Present and Future, Book I" albomundan olan üçüncü sinql. Bu mahnı blyuz, opera və gospel musiqi elementləri əlavə edilmiş bir balladadır. Cekson bu mahnıdan əvvəl "We Are the World", "Man in the Mirror" və "Heal the World" kimi sosial məzmunlu mahnılar ifa etmişdi. Lakin "Earth Song" ilk mahnı idi ki, açıq şəkildə insanları təbiətin və heyvanların qayğısına qalmağa səsləyir, yaradılmış problemləri qabardırdı. Mahnının sözləri və musiqisi Maykl Cekson tərəfindən yazılmış, istehsal prosesinin həyata keçirilməsini isə Cekson, David Foster və Bill Bottrel təşkil etmişlər. Ümumilikdə mahnı müsbət reaksiya ilə qarşılanmış, lakin bəzi tənqidçilər mahnıda övüngənlik olduğunu qeyd etmişlər. Mahnı üçün 4 coğrafi məkanda olduqca bahalı klip çəkilmişdir. Klipin əsasında dünyanın dağıdılaraq öldürülməsi və yenidən doğulması durur. Mahnıya çəkilmiş klip 1997-ci ildə Qremmi mükafatı nominasiyasına düşmüşdür.
Google Earth
Google Earth — bütün dünyanın peyklərindən çəkilmiş müxtəlif dəqiqlikdəki görüntülərin görüldüyü, Google Labs tərəfindən alınan Keyhole adlı şirkətin təkmilləşdirdiyi bir kompüter proqramıdır. Sıx məskunlaşılan bəzi regionların detallı görüntüləri, internetdəki səhifəsindən endirilən proqramı kompütere yükləyərək araşdırıla bilər. 2005-ci il iyununda sadəcə ABŞ-nin bütövlükdə yüksək detallı görüntüləri mövcudikən, 2006-cı il iyundan etibarən dünyadakı şəhərlərin böyük bir qisminin detallı görüntüləri mövcuddur. Proqramda, koordinatları verilən nöqtəyə çatmaq mümkündür. Proqram ilk eşidildiyində, Rus Gizli Servisi, bu xidmətin, terorist hücum planlayanlara köməklik göstərəcəyini söyləyərək xidmətin dayandırılmasını tələb etmişdi. Ancaq bənzər peyk görüntülərinin kiçik bir ödəniş qarşılığında internette satıldığı göz önünə alınaraq əlaqədar məhkəmədə iddia ləğv olunmuşdur. Ayrıca Google təhlükəsizlik üçün hal-hazırkı görüntülərin yerinə sadəcə bu gündən bir neçə il əvvələ aid görüntüləri paylaşıma təqdim etmişdir. == Google Sky == "Google Earth"ın kosmosu izləməyə imkan vərən yeni xidmətidir. İstifadəçi kosmosu müşahidə edir, ulduzları, dumanlıqları, qalaksiyaları izləyə bilir, planetlərin istiqamətlərini izləyə bilir. Həmçinin ulduzlar və planetlərin zaman içində keçdikləri mərhələlər izlənə bilməkdədir.
Live from Earth (albom)
Live from Earth – Pet Benatarın 1983-cü ildə çıxardığı albomudur. Albomda Love Is a Battlefield və "Lipstick Lies" kimi məşhur mahnılar vardır.
Battlefield 1942: The Road to Rome
Battlefield: 1942: The Road to Rome (azərb. Döyüş-meydanı 1942: Romaya yol‎) — 2002-ci ildə satışa çıxarılmış "Battlefield 1942" videooyunu üçün genişləndirmə paketi. Add-on "Digital Illusions CE" tərəfindən hazırlanmış və "Electronic Arts" videooyun nəşrçisinin təşəbbüsü ilə 2 fevral 2003-cü ildə Şimali Amerika, 7 fevral 2003-cü ildə isə Avropa iqtisadi regionu üçün satışa çıxarılmışdır. İkinci dünya müharibəsi dövründə İtaliyada baş verən döyüşləri təsvir edən 6 xəritə, eləcə də 8 nəqliyyat vasitəsi buraxılmışdır. Add-on oyuna Fransa və İtaliya hərbi qüvvələrini də əlavə etmişdir. Add-on vasitəsilə oyuna əlavə edilən yeni xüsusiyyətlərdən biri mühəndislərin əlbəyaxa döyüş üçün tüfənglərinə süngü yerləşdirə bilmələridir. Add-on oyuna iki yeni silah – İtaliyanın Breda 30 əl pulemyotunu və the Britaniyanın Sten avtomatını əlavə edir. Bunlarla yanaşı, add-on orijinal "Battlefield 1942"-nin giriş videoçarxına əlavə səhnələr yerləşdirir. == Qəbul == Rəy toplayıcısı "Metacritic"ə əsasən "Battlefield: 1942: The Road to Rome" "ümumiyyətlə yaxşı" rəylər almışdır. Add-on yeni çoxnəfərli rejimlərinin və silahların az olmasına görə tənqidlənmişdir.
The Last Airbender – The Burning Earth
Avatar: The Last Airbender – The Burning Earth, Avropada Avatar: The Legend of Aang – The Burning Earth kimi bilinir — Avatar: Aanq haqqında əfsanə cizgi serialın ikinci mövsumun (İkinci kitab: Torpaq) əsasında yaradılmış Wii, Nintendo DS, Game Boy Advance, PlayStation 2, və Xbox 360 üçün videooyun. Avatar: The Last Airbender videooyunun sikvelı.
Road to Revolution: Live at Milton Keynes
Road to Revolution: Live at Milton Keynes – Linkin Parkın 3-cü canlı albomudur. 21 Noyabr 2008 tarixinde çıxmışdır. Bu albom Green Day ile eyni yerde yazılmışdır. Bu albomda Collison Cource mahnıları üçün Jay-Z qonaq kimi çıxış etmişdir.
Avatar: The Last Airbender – The Burning Earth
Avatar: The Last Airbender – The Burning Earth, Avropada Avatar: The Legend of Aang – The Burning Earth kimi bilinir — Avatar: Aanq haqqında əfsanə cizgi serialın ikinci mövsumun (İkinci kitab: Torpaq) əsasında yaradılmış Wii, Nintendo DS, Game Boy Advance, PlayStation 2, və Xbox 360 üçün videooyun. Avatar: The Last Airbender videooyunun sikvelı.
Give Me Peace On Earth (Modern Talking)
Give Me Peace On Earth (azərb. Mənə sülh dünyası verin‎) – Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
The Lord of the Rings: The Battle for Middle-earth II: The Rise of the Witch-king
The Lord of the Rings: The Battle for Middle-earth II: The Rise of the Witch-king (azərb. Üzüklərin hökmdarı: Orta dünya uğrunda döyüş II: Cadugər kralın yüksəlişi‎) — "EA Los Angeles" və "BreakAway Games" tərəfindən hazırlanan, "Electronic Arts" şirkəti tərəfindən nəşr olunan və real zamanda strategiya janrında olan videooyun. Oyun eyniadlı kitablar seriyasına əsaslanaraq Piter Cekson tərəfindən çəkilmiş "Üzüklərin hökmdarı" filmlər seriyası əsasında istehsal olunmuşdur. Bu, "The Lord of the Rings: The Battle for Middle-earth II" videooyununun genişləndirmə paketidir. Videooyun 28 noyabr 2006-cı il tarixində Microsoft Windows platforması üçün satışa çıxarılmışdır. Videooyunun kampaniyası oyunçulara Anqmar ordusunu idarə etmək imkanını verir. Oyunçular orduya onun ilkin dövrlərindən Arnorun Fornost döyüşündə məhv olmasına qədər öndərlik edirlər. Oyunun epiloq missiyası oyunçuya Anqrmarı istila edən Qondor və elf qüvvələrini idarə etmək imkanını verir. "The Rise of the Witch-king" videooyununun hekayəsi daha çox "Kralın qayıdışı" filminin sonluğundan ilhamlanmışdır. İstehsalçılar missiyalar üçün Tolkinin müharibə ilə bağlı etdiyi qeydlərdən çox istifadə etmişdir.
вымеще́ние дистрикт запона кибернетиза́ция коксова́ться лжеучи́тель не то́лько..., а откры́ть пломбиро́вщица пу́ганый репрезентати́вность уясня́ть обкрути́ться пескари́ный плато́к belly-ache choir loft enrough outthrown radiotherapeutics refuse dump spacelab Teflon urologic victual