RUDIMENT

n 1. elementar / əsas biliklər; the ~ of arithmetic hesabın əsaslan; 2. başlanğıc, rüşeym; ~ of civilization mədəniyyətin / sivilizasiyanın başlanğıcı

RUDENESS
RUDIMENTARY
OBASTAN VİKİ
Rudiment orqanlar
Rudiment orqan — bioloji təkamül prosesində əsas funksiyasını itirmiş lakin saxlanılan orqanlardır. Rudiment orqanlar filogenezin yolunu müəyyən etməkdə kömək edir. Rudimentlər ölmüş və yeni orqanizmlərlə növlər arasında əlaqələri bərpa edir. Onlar həm də gərəksiz xüsusiyyətləri aradan götürən təbii seçməni təsdiqləyirlər. Alman anatomiyaçısı R. Viderşeym tərəfindən 1895-ci ildə ortaya atılan rudiment insan orqanları siyahısı apendiks, büzdüm sümüyü kimi təxminən 100 orqandan ibarət idi. (Apendiks, əsasən, apendisit kimi tanınan orqandır. Dilimizdə səhvən "apendisit" tələffüz edilən bu söz bu orqanın infeksiyaya uğramasına verilən addır). Ancaq elm inkişaf etdikcə Viderşeymin siyahısındakı orqanların hamısının orqanizmdə çox mühüm funksiya yerinə yetirdiyi məlum oldu. Məsələn, "rudiment orqan" hesab edilən apendiksin, əslində, orqanizmə daxil olan mikroblara qarşı mübarizə aparan limfa sisteminin bir hissəsi olduğu müəyyən edildi. Bu həqiqət 1997-ci il tarixli bir tibbi mənbədə belə bildirilir: Orqanizmdəki qalxanabənzər vəz, dalaq, apendiks, sümük iliyi kimi orqanlar limfa sisteminin hissələridir.

Значение слова в других словарях